Xanarşin yaşayış yeri
Naviqasiyaya keç
Axtarışa keç
Xanarşin — neolit dövrünə aid edilən yaşayış yeri. Azərbaycanın Ağcabədi rayonudakı Kələbədin kəndinin qərbində yerləşir. Təpənin diametri 160 metr və hündürlüyü 2 metrdir, onun şimal-şərq, cənub-qərb və şərq hissəsi həyətyanı sahələrlə əhatə olunmuşdur. Təpənin səthi ciddi şəkildə dağılmış və zibillənmişdir. Təpənin dağılmış hissələrində mədəni təbəqə yatımının aydın seçilməsinə baxmayaraq, çox az sayda maddi-mədəniyyət nümunələri tapılmışdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Xaqani İmran oglu Almammadov. Qarabağın arxeoloji abidələri toplusu. I kitab. Bakı: Çap Art nəşriyyat evi, 2016
Arxeologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |