Xəlitə
Xəlitə ya Ərinti iki və daha artıq metallardan alınmış, metal xassəli makroskopik bircinsli sistemdir. Xəlitələr əsas elementin adı ilə adlanır (məsələn: dəmir xəlitəsi, çuqun xəlitəsi, alüminium xəlitəsi və s.). Xəlitəyə daxil edilən elementlərə legirləyicilər, prosesə isə legirləmə deyilir.
Alınması
[redaktə | mənbəni redaktə et]Xəlitələr iki üsulla alınır:
1. Metallarla birlikdə əridilərək qarışdırılır və soyudulur 2. Metal tozlarının qarışığı yüksək təzyiq və temperaturda bişirilir (tozvari metallurgiya üsulu).
Quruluşu
[redaktə | mənbəni redaktə et]Xəlitələr kristallik halda çoxlu sayda kiçik, bir-birinə nisbətən müxtəlif səmtlərə malik kristallardan (dənəciklərdən) ibarət olan polikristallik cismdir. Kristal xəlitələrin fazaları bərk məhlul və ya iki və daha artıq elementin kimyəvi birləşməsindən təşkil olunur. Xəlitənin strukturu fazaların forması, ölçüsü və qarşılıqlı yerləşməsi ilə təyin olunur. Xəlitələrin əldə olunması onun ərinti şəklində olan təşkiledicilərinin ardıcıl bərkiyərək kristal və ya amorf strukturu yaratması ilə baş verir. Xəlitələr həm də →toz metallurgiyasının köməyi ilə hazırlana bilir. Digər üsul bir təşkiledicinin digəri ilə diffuziya yolu ilə doydurulmasıdır.
Xəlitələrin strukturunu və xassələrini dəyişmək mümkündür. Müxtəlif növ emal üsullarının köməyi ilə deformasiya və digər təsirlərə məruz qalan xəlitə strukturlu materialda, tökmədən sonra yaranmış iri kristallar xırdalanır və daha narın tərkib əmələ gəlir. Bu zaman lifli strukturların yaranması da mümkündür. Termiki emal zamanı xəlitələrin fiziki mexaniki xassələri dəyişilir. Qızdırılıma temperaturu və soyudulma sürəti yeni xassələrin yaranmasında böyük rol oynayır.
Xassələri
[redaktə | mənbəni redaktə et]Xəlitələr tətbiq sahəsindən asılı olaraq sinifləşdirilirlər. Konstruksiya xəlitələri maşın hissələrinin, tikinti konstruksiyalarının və digər qurğuların hazırlanmasında tətbiq tapır. Bu xəlitələrin yüksək möhkəmliyi, zərbə özlülüyü, yorulmaya qarşı davamlığı, dinamik və zərbə yükləmələrinə qarşı davamlığı maşınların etibarlı və uzunömürlü işləməsi üçün əhəmiyyətli rol oynayır. Maşınqayırmada tətbiq olunan xəlitələrin əsasını polad və çuqun, aviasiya və avtomobilqayırmada alüminium və titan təşkil edirlər. Alət xəlitələrindən ölçmə alətləri və metalkəsən alətlər hazırlanır. Sürtünən səthlərdə yaranan yeyilməni və onun hissələrin uzunömürlülüyünə təsirini azaltmaq üçün tribotexniki xəlitələrdən istifadə olunur. Yeyilməyə qarşı işlənən xəlitələr çuqun və Pb, Sn, Yn və ya Al elementlərinin qarışığından ibarət olur. Son zamanlar Ti əsaslı forma yaddaşına malik xəlitələr də işlənib tətbiq olunmaqdadır. Bu xəlitələr dəfələrlə deformasiya olunmalarına baxmayaraq, qızdırıldıqda öz əvvəlki formasını alır.
Sənayedə istifadə olunan xəlitələr
[redaktə | mənbəni redaktə et]Xəlitələr təyinatına görə bölünürlər: konstruksiya, alət və xüsusi.
- Konstruksiya xəlitələri:
- Xüsusi xassəli konstruksiya xəlitələri:
- Yastıqların hazırlanmasında:
- Kəsici alətlərin hazırlanmasında:
Təsnifatı
[redaktə | mənbəni redaktə et]Texnikada 5000-dən çox xəlitə tətbiq olunur. Onları aşağıdakı əlamətlərə görə təsnif edirlər: komponentlərin sayına görə (ikili, üçlü və s.), quruluşuna görə (homogen və heterogen), xarakter xüsusiyyətlərinə görə (çətinəriyən, paslanmayan və s.), xəlitənin əsasını təşkil edən metala görə (qara, əlvan ) və s.
Bir də bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Лахтин Ю.М.. Металловедение и термическая обработка металлов. Учебник для вузов. — 3-е. — Москва: Металлургия, 1983. — 360 с