Müzakirə:ABŞ

Vikipediya, azad ensiklopediya
Gadir (müzakirə | töhfələr) (Adı 2: Cavab) tərəfindən edilmiş 12:05, 5 iyun 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

Ən son rəy:4 ay öncə, Gadir tərəfindən "Adı" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Adı

[mənbəni redaktə et]

Cənab Drabdullayev, məqalənin ilk cümləsi "Amerika Birləşmiş Ştatları (ing. United States of America), ABŞ (ing. USA), Birləşmiş Ştatlar (ing. United States) və ya sadəcə Amerika (ing. America) — 50 ştatdan, bir federal ərazidən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət federativ respublika." olsa daha yaxşı olardı məncə. --► Hörmətlə: Oy℧ᵰcu A¥khăn(hail sithis!) 15:09, 21 aprel 2018 (UTC)Cavabla

@Drabdullayev17. samral müzakirə 16:09, 20 may 2024 (UTC)Cavabla

Bill of rights

[mənbəni redaktə et]

Cənab Drabdullayev17, siz etdiyiniz dəyişiklikdə link qırmızıdır, amma bizdə elə məqalə var axı --Azerifactory (müzakirə) 15:18, 23 yanvar 2019 (UTC)Cavabla

Hörmətli Azerifactory, keçid verilən səhifənin adlandırması doğru deyildi. Adını dəyişdim. --Drabdullayev17 (müzakirə) 16:04, 23 yanvar 2019 (UTC)Cavabla

Adı

[mənbəni redaktə et]

Məncə, məqalənin adı ABŞ olmalıdır. Çünki azərbaycandilli əksər etibarlı mənbələrdə məhz bu cürdü. Rəsmiyyətə qalsa gərək məsələn Suriya məqaləsinin də adı, Misir də həmçinin, Suriya Ərəb Respublikası olmalıdır. Və ya Əfqanıstan da Əfqanıstan İslam Əmirliyi ola gərək. Biz rəsmiyyətə yox, etibarlı ümumişləkliyə üstünlük verməliyik. Necə ki, EnViki də United States of America, yox United States yazıb məsələn. samral müzakirə 23:28, 23 noyabr 2023 (UTC)Cavabla

Razıyam. Belə mövzularda həmişə ümumişləkliyə, mənbələrə baxılır, bunlar daha önəmlidir və bunlar varkən rəsmiyyət Vikipediya məqalə adlandırmaları üçün heç nə ifadə etmir. ABŞ Prezidenti, ABŞ bayrağı kimi əlaqəli məqalələrlə də müvafiqdir. Bundan başqa, "Amerika" da bura yönləndirmə verməlidir. Hazırda olan ada da (qitə) dəqiqləşdirməsi əlavə etmək, yaxud da başlığı "Amerika qitəsi" etmək lazımdır, çünki bu anlayış birbaşa ABŞ-ni çağrışdırır. Hörmətlə, Gadirmüzakirə 16:16, 20 may 2024 (UTC)Cavabla
@Gadir, razıyam. samral müzakirə 02:31, 22 may 2024 (UTC)Cavabla
@Samral, artıq müzakirə 2 həftədir (tam olaraq 6 aydan çoxdur başlıq açılıb) davam etdiyi və bu müddət ərzində əlavə fikir gəlmədiyi kimi, etiraz da gəlmədiyini nəzərə alaraq, bunu narazıçılığın olmaması kimi qiymələndirərək, mənbə və qaydaları da nəzərə almaqla, VP:CƏSUR-a əsasən müvafiq dəyişikliklərin icrasına artıq başlamaq olar. Mövzu KM-ya belə çıxarılıb, orada da etirazla qarşılanmayıb. Hörmətlə, Gadirmüzakirə 08:26, 4 iyun 2024 (UTC)Cavabla
@Gadir, razıyam. samral müzakirə 23:16, 4 iyun 2024 (UTC)Cavabla
@Samral, icra edirsiz))? ya müsait bir zamanda mən baxım? Hörmətlə, Gadirmüzakirə 23:19, 4 iyun 2024 (UTC)Cavabla
@Gadir, müzakirəni mən başlatmışam deyə yaxşı olar ki siz icra edəsiz. samral müzakirə 01:50, 5 iyun 2024 (UTC)Cavabla
✅Y Hörmətlə, Gadirmüzakirə 12:05, 5 iyun 2024 (UTC)Cavabla