World Wide Web Conference
World Wide Web Conference | |
---|---|
Status | davam edir |
Janr | ümumdünya hörümçək toru |
Tezliyi | hər il |
Ölkə | beynəlxalq |
Keçirildiyi illər | 1994–davam edir |
Təsisçi(lər) | Beynəlxalq Ümumdünya Hörümçək Toru Konfransı Komitəsi |
Vikianbarda əlaqəli mediafayllar |
The ACM Web Conference (əvvəlki adı: International World Wide Web Conference; qısaca WWW) — Ümumdünya hörümçək torunun gələcək istiqaməti mövzusunda illik beynəlxalq akademik konfrans. İlk konfrans 1994-cü ildə İsveçrənin Cenevrə şəhərində, CERN-də Robert Kayo tərəfindən keçirilmiş və təşkil edilmişdir. Konfrans o vaxtdan bəri hər il Robert Kayo və həmkarı Cozef Hardin tərəfindən təsis edilən Beynəlxalq Ümumdünya Hörümçək Toru Konfransı Komitəsi (IW3C2) tərəfindən təşkil olunur.[1] 2020-ci ildə "Web Conference" seriyası ACM SIGWEB tərəfindən dəstəklənən Hesablama Maşınları Assosiasiyası (HMA) ilə əlaqəli olmuşdur.[2] Konfransın məkanı Şimali Amerika, Avropa və Asiya arasında dəyişir, onun tədbirləri adətən beş gün davam edir. Konfransın məqsədi "əsas təsir edici şəxslərin, qərar qəbul edənlərin, texnoloqların, bizneslərin və standartlar təşkilatlarının" həm davam edən işlərini, araşdırmalarını və fikirlərini təqdim edə, həm də bu sahədə ən bilikli insanlardan rəy ala biləcəkləri bir forum təmin etməkdir.[1]
"Web Conference" seriyası onunla əlaqəli texnologiyaların standartlaşdırılması, qeyd olunan texnologiyaların cəmiyyətə və mədəniyyətə təsiri ilə bağlı müzakirə və debatlar üçün qlobal forum təmin etmək məqsədi daşıyır. Tərtibatçılar, tədqiqatçılar, internet istifadəçiləri, eləcə də kommersiya müəssisələri və təşkilatlar ümumdünya hörümçək torunun ən son yeniliklərini, həmçinin eTV və elektron biznes kimi digər prosesləri müzakirə etmək üçün konfransda bir araya gəlir.[3] Konfransların mövzusuna adətən dərsliklər və seminarlar kimi müxtəlif tədbirlər, həmçinin əsas konfrans və internet tarixinin yaddaşına xüsusi yer ayrılması və xüsusi diqqətəlayiq hadisələr daxildir.[4] Konfranslar IW3C2 tərəfindən "World Wide Web Consortium" (W3C), yerli təşkilat komitələri və texniki proqram komitələri ilə birgə təşkil olunur.[5]
Tarixi
[redaktə | mənbəni redaktə et]Ümumdünya hörümçək torunun yaradıcısı Robert Kayo özü CERN daxilində, həmçinin 1991-ci ildə Texasın San-Antonio şəhərində və 1993-cü ildə Vaşinqtonun Sietl şəhərində "Hipermətn" kimi konfranslarda lobbiçilik etmişdir.[6] O, 1993-cü ildə konfransdan qayıdan kimi Ümumdünya Hörümçək Toru Konfransı 1 adlı yeni konfrans elan etmiş və əslində bunu MSTM-nin "Mozaika və veb" layihəsindən 23 saat daha əvvəl etmişdir.[7] MSTM əməkdaşı Cozef Hardin ilə Beynəlxalq Ümumdünya Hörümçək Toru Konfransı Komitəsini təsis etdikdən sonra onlar Cenevrədə növbəti konfransların keçirilməsinə qərar vermişdilər.[7]
Keçirilən konfranslar
[redaktə | mənbəni redaktə et]Keçmiş və gələcək konfranslara daxildir:[8]
İl | Konfrans | Şəhər | Ölkə | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2023 | WWW2023 | Ostin | ABŞ | |||||||||||||||
2022 | WWW2022 | Onlayn (COVID-19 pandemiyası səbəbilə; Lion şəhərində keçirilməsi planlaşdırılırdı) | Fransa | |||||||||||||||
2021 | WWW2021 | Onlayn (COVID-19 pandemiyası səbəbilə; Lyublyana şəhərində keçirilməsi planlaşdırılırdı) | Sloveniya | |||||||||||||||
2020 | WWW2020 | Onlayn (COVID-19 pandemiyası səbəbilə; Taypey şəhərində keçirilməsi planlaşdırılırdı) | Çin Respublikası | |||||||||||||||
2019 | WWW2019 | San-Fransisko | ABŞ | |||||||||||||||
2018 | WWW2018 | Lion | Fransa[9] | |||||||||||||||
2017 | WWW2017 | Pert | Avstraliya | |||||||||||||||
2016 | WWW2016 | Monreal[10] | Kanada | |||||||||||||||
2015 | WWW2015 | Florensiya | İtaliya | |||||||||||||||
2014 | WWW2014 | Seul | Cənubi Koreya | |||||||||||||||
2013 | WWW2013 | Rio | Braziliya | |||||||||||||||
2012 | WWW2012 | Lion | Fransa | |||||||||||||||
2011 | WWW2011 | Heydərabad | Hindistan | |||||||||||||||
2010 | WWW2010 | Roli | ABŞ | |||||||||||||||
2009 | WWW2009 | Madrid | İspaniya | |||||||||||||||
2008 | WWW2008 | Pekin | ÇXR | |||||||||||||||
2007 | WWW2007 | Banff | Kanada | |||||||||||||||
2006 | WWW2006 | Edinburq | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} |
2005 | WWW2005 | Çiba | Yaponiya | |||||||||||||||
2004 | WWW2004 | Nyu-York | ABŞ | |||||||||||||||
2003 | WWW2003 | Budapeşt | Macarıstan | |||||||||||||||
2002 | WWW2002 Arxivləşdirilib 2010-07-10 at the Wayback Machine | Honolulu, Havay adaları | ABŞ | |||||||||||||||
2001 | WWW10 | Honkonq | Honkonq | |||||||||||||||
2000 | WWW9 | Amsterdam | Niderland | |||||||||||||||
1999 | WWW8 | Toronto | Kanada | |||||||||||||||
1998 | WWW7 | Brisben | Avstraliya | |||||||||||||||
1997 | WWW6 | Santa-Klara | ABŞ | |||||||||||||||
1996 | WWW5 | Paris | Fransa | |||||||||||||||
1995 (dekabr) | WWW4 | Boston | ABŞ | |||||||||||||||
1995 (aprel) | WWW3 | Darmştadt | Almaniya | |||||||||||||||
1994 (oktyabr) | Mosaic and the Web (sonra WWW2) | Çikaqo | ABŞ | |||||||||||||||
1994 (may) | WWW1 | Cenevrə | İsveçrə |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Past and Future Conferences". 10 November 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 January 2011.
- ↑ "ACM SIGWEB to Sponsor and Organize Leading International Web Conference Series". ACM (ingilis). 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09.
- ↑ Business/Technology Editors. "Ninth International World Wide Web Conference Opens Today: Latest Developments in Trend-Setting Technologies Revealed". Business Wire. 26 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2014. ([[:Category:|link]])[[Category:]]
- ↑ Şablon:Cite document
- ↑ "International World Wide Web Conference, 28th March - 1st April 2011, Hyderabad, India". Www2011india.com. 2011-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-19.
- ↑ Petrie, Charles; Cailliau, Robert. "Interview Robert Cailliau on the WWW Proposal: "How It Really Happened."". Institute of Electrical and Electronics Engineers. November 1997. 6 January 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2010.
- ↑ 1 2 Petrie, Charles; Cailliau, Robert. "Interview Robert Cailliau on the WWW Proposal: "How It Really Happened."". Institute of Electrical and Electronics Engineers. November 1997. 6 January 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2010.
- ↑ "Past and Future Conferences". IW3C2. 10 November 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-26.
- ↑ International World Wide Web Conferences Committee Arxivləşdirilib 2016-11-10 at the Wayback Machine.
- ↑ 25th World Wide Web Conference - Home Arxivləşdirilib 2023-10-05 at the Wayback Machine.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- iw3c2.org/conferences/ — Rəsmi saytı