Vladimir Tsesler
Vladimir Tsesler | |
---|---|
Doğum tarixi | 30 aprel 1951 (73 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | SSRİ → Belarus |
Fəaliyyəti | rəssam, dizayner, heykəltaraş |
Təhsili |
1975-1980-ci illərdə Belarusiya Dövlət Rəssamlıq Akademiyası, Dizayn və Dekorativ və Tətbiqi Sənət Fakültəsi |
Janr | dizayn |
Mükafatları | beynəlxalq müsabiqələr, bienallər və afişa festivallarından 40-dan çox mükafat[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Yakovleviç Tsesler (belar. Уладзíмір Я́каўлевіч Цэ́слер; 30 aprel 1951, Slutsk[d]) ― Sovet və Belarus rəssamı, dizayner. O, Minskdə yaşayır və fəaliyyət göstərir.[1]
Onun iş istiqamətləri arasında poster, rəsm, qrafika, heykəl, obyekt, sənət aksiyaları, sənaye dizaynı, kitab tərtibatı, reklam və s. qeyd etmək olar.
Uşaq ikən Vladimir Şəhər Pionerlər və Məktəblilər Evinin Slutsk İncəsənət Studiyasında oxumuşdur, onun müəllimi Vladimir Sadin olmuşdur (1924—2010-cu illər.).
Həyatı
[redaktə | mənbəni redaktə et]Vladimir Tsesler 1980-ci ildə Minskdəki Belarusiya Dövlət Teatr və İncəsənət İnstitutunun (indiki Belarus Dövlət Rəssamlıq Akademiyası) dizayn şöbəsini bitirdi.[2]
1978-ci ildən bu yana Sergey Voyçenko ilə çalışdı. Tandem, beynəlxalq müsabiqələr və bienallərdən 30-dan çox mükafat qazanaraq ilk növbədə afişa sahəsində beynəlxalq şöhrət qazandı. Tsesler və Voyçenkonun “Əsrin layihəsi. XX əsrdən 12" geniş populyarlıq qazanmışdır, oradan 20-ci əsrin ən vacib on iki sənətkarı yumurta şəklində təqdim olunmuşdur. Layihə Moskvada Puşkin Muzeyində (1999—2000), Sankt-Peterburqdakı Dövlət Rus Muzeyi nəzdindəki Lüdviq Muzeyində (2000)[2] və Venesiya Biennalesində (2005) təşkil olunan sərgilərdə təqdim olunmuşdur.
2010-cu ildən etibarən "Yo-mobil" (rus. Ё-мобиль) adlı Rusiya-Belarus şəhər avtomobili layihəsinin inkişafında fəal iştirak etmişdir.[3][4]
2020-ci ildə Belarusiyada keçirilən etiraz aksiyaları zamanı siyasi böhranı aşmaq prosesinin təşkil edən Koordinasiya Şurasının üzvü oldu,[5] ancaq Belarusu tərk etməli oldu.[6]
Yaradıcılıq ittifaqlarında iştirakı
[redaktə | mənbəni redaktə et]- Belarusiya Dizaynerlər Birliyi
- Belarus Rəssamlar Birliyi
Əsas əsərləri
[redaktə | mənbəni redaktə et]- Plakatlar[1]
"86 — beynəlxalq sülh ili", "Mənin doğma kut", "Marks-87", "Belarus ― folklor diyarı", "Əfqanıstan", "Çiz", "Qadağan olunmuş meyvə", "Yeni Rusiyada istehsal olunub", "Kiçik başmaq (Bahar)", "Xırda sümük"," Hərbi orkestr", "Ağac" və s.
- Mənzərəli kompozisiyalar[1]
"Balıq", "Tısbağa", "Kərgədan", ""Santa Mariya" karavellası", "Çingiz Xan", "Çin kvartalı", "Gepard ilə qız", "İlbiz" və s.
- Heykəl[1]
Amsterdam şəhərində "Mumu" (N. Bayraçnı ilə birlikdə şərikli müəlliflik)
- Bədiilik rəsmiləşdirməsi
"Əsrin yekunu", "Seçilmiş" adlı Andrey Makareviçin solo albomlarının antologiyası[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Владимир Цеслер на сайте Кто есть Кто в Республике Беларусь[ölü keçid]
- ↑ 1 2 Газета «Iнфа-Кур'ер». "Владимир Цеслер. Слуцкий брэнд с мировым именем" (rus). Інфа-Кур’ер[ukr.]. 2010-05-28. 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
- ↑ Газета «Iнфа-Кур'ер». "Случчанин придумал стиль и логотип народного авто" (rus). Інфа-Кур’ер[ukr.]. 2010-11-03. 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
- ↑ "Автор "Ё-мобиля" Владимир Цеслер: "Машина - большое неудобство"" (rus). auto.tut.by. 2013-02-11. 2018-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
- ↑ "Президиум Координационного Совета". Rada.vision (rus). 2020-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-19.
- ↑ Дарья Гуштын. "Надеюсь, скоро вернусь". YUT.BY. 2020. 06.22. 2021-03-03 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Андрей Макаревич Избранное". 2011-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-27.