Vikipediya:Həftənin seçilmiş məqaləsi/avqust 2024

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 26 avqust 2024, Bazar ertəsi (İlin 35. həftəsi); bu an saat 03:17 (UTC)
(yenilə)


Keşi təmizlə

32. Həftə
Laynus Polinq — Amerika kvant kimyaçısı, biokimyaçısı, kristaloqrafı, molekulyar bioloqu və tibb tədqiqatçısı. O, XX əsrin ən mühüm kimyaçılarından biridir. Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallarzülalların təkmilləşdirilməsində iştirak etmişdir. Onun 1953-cü ildə DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar Ceyms Vatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır. Ona yerüstü nüvə tədqiqatlarına görə 1962-ci ildə Nobel Sülh mükafatı verilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


33. Həftə
Dünyəvi zövqlər bağı — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir ad. Əsərin orijinal adı itirilib, İspaniya kralı IV Filippin tərtib etdirdiyi invertarda əsər "La Pintura del Madrono" adlandırılıb. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir. Sağ lövhədə incə cəhənnəm əzabı və əziyyət çəkən fiqurlar göstərilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


34. Həftə
"We Can Do It!" — İkinci Dünya müharibəsi dövründə, 1943-cü ildə C. Hovard Millerin "Westinghouse Electric"də işləyən qadın işçilərdə ruh yüksəkliyi yaratmaq üçün çəkdiyi plakat. Uzun müddət hesab edilirdi ki, plakat Ceraldin Doyl adlı miçiqanlı qadın fəhlənin ağ-qara fotoşəkli əsasında yaradılıb, lakin 2015-ci ildə məlum oldu ki, plakat 20 yaşlı Naomi Parkerin ABŞ Hərbi Dəniz Qüvvələrinin Kaliforniyadakı Alamida aviabazasında çəkilmiş fotoşəklinə əsaslanıb. Plakata İkinci Dünya müharibəsi zamanı çox az rast gəlinirdi. Plakat 1980-ci illərdə yenidən tapıldı və geniş miqyasda bir çox formalarda reproduksiya olundu. Plakat çox vaxt "We Can Do It!" adlandırılsa da, bəzən "Çəkicvuran Rozi" adlandırılırdı. 1980-ci illərdə plakat feminizm və digər siyasi məsələlərin təşviq edilməsində istifadə olunurdu.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


35. Həftə
Vinsent van Qoqholland postimpressionist rəssam. Yuxarı orta təbəqəyə mənsub bir ailədə dünyaya gəlmiş Vinsent ciddi, sakit və düşüncəli bir uşaq idi. Uşaqlığında şəkil çəkməklə məşğul olan Vinsent gənclik illərində tez-tez səyahət etdi və incəsənət dileri kimi fəaliyyət göstərirdi. Londona transfer olunduqdan sonra depressiyaya düşmüş, daha sonra dinə üz tutdu və cənubi Belçikada vaxtını protestant missioner olaraq keçirmişdir. Xəstə və tənha Vinsent 1881-ci ildə rəssamlığa maraq salmazdan əvvəl evinə, valideynlərinin yanına gətirilir. Gənc qardaşı Teo ona maddi baxımdan yardım göstərir və onlar uzun illər məktublaşaraq daim ünsiyyətdə olurlar. Əksəriyyəti natürmort və kəndli işçilərin təsvirlərindən ibarət olan erkən yaradıcılıq işlərində parlaq rəng tonlarının az olması onları rəssamın sonrakı rəsmlərindən fərqləndirir. 1886-cı ildə o, Parisə köçdü, Emil BernarPol Qogen də daxil olmaqla, avanqard üslubun impressionizmin həssasiyyətinə qarşı çıxan bir sıra nümayəndəsi ilə tanış olur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə