Veb 2.0
Veb 2.0 (iştirakçı veb[1] və sosial veb[2] kimi də tanınır) — son istifadəçilər üçün istifadəçi tərəfindən yaradılan məzmunu, yuzabilitini, iştirakçı mədəniyyətini və funksional uyğunluğu (yəni, digər məhsullar, sistemlər və cihazlar ilə uyğunluq) vurğulayan vebsaytlar.
Tarixi
[redaktə | mənbəni redaktə et]Bu termin 1999-cu ildə Darsi Dinuççi tərəfindən təklif edilmişdir[3] və daha sonra 2004-cü ildə ilk Veb 2.0 Sammitində Tim O’Rayli və Deyl Dogerti tərəfindən populyarlaşdırılmışdı.[4][5][6] Termin proqram versiyalarının nömrələnməsini təqlid etməsinə baxmayaraq, bu, ümumdünya hörümçək torunun təbiətindəki formal dəyişikliyi ifadə etmir,[7] sadəcə olaraq bu dövrdə interaktiv vebsaytların çoxalması və orijinal vebin daha statik, köhnə vebsaytlarına kölgə salması nəticəsində baş vermiş ümumi dəyişikliyi təsvir edir.[8]
Veb 1.0
[redaktə | mənbəni redaktə et]Veb 2.0
[redaktə | mənbəni redaktə et]Veb 2.0 vebsaytı istifadəçilərə virtual cəmiyyətdə istifadəçi tərəfindən yaradılan məzmunun yaradıcıları kimi sosial media dialoqu vasitəsilə qarşılıqlı əlaqədə olmaq və bir-biri ilə əməkdaşlıq etmək imkanı yaradır. Bu, insanların məzmuna passiv şəkildə baxmaqla məhdudlaşdığı birinci nəsil veb 1.0 dövrünə aid vebsaytlardan fərqlidir. Veb 2.0 xüsusiyyətlərinə misal olaraq sosial şəbəkə saytları və ya sosial media saytları (məsələn, "Facebook"), bloqlar, vikilər, folksonomiyalar, video paylaşma saytları (məsələn, "YouTube"), şəkil paylaşma saytları (məsələn, "Flickr"), veb tətbiqləri, kollektiv istehlak platformaları və meşap proqramlarını göstərmək olar.
Veb 2.0-nin əvvəlki veb texnologiyalarından əhəmiyyətli dərəcədə fərqli olub-olmaması məsələsinə bu termini jarqon kimi təsvir edən, ümumdünya hörümçək torunun ixtiraçısı Tim Berners-Li etiraz etmişdir.[9] Onun veb haqqında ilkin təxəyyülü "hamımızın görüşüb oxuyub yaza biləcəyimiz bir yer, əməkdaşlıq vasitəsi" idi.[10][11] Digər tərəfdən, semantik veb termini (bəzən veb 3.0 adlandırılır)[12] ilk dəfə Berners-Li tərəfindən mənanın maşınlar tərəfindən emal oluna biləcəyi məzmun şəbəkəsinə istinad etmək üçün istifadə edilmişdir.[13]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Blank, Grant; Reisdorf, Bianca. "The Participatory Web". Information. 15 (4). 2012-05-01: 537–554. doi:10.1080/1369118X.2012.665935.
- ↑ "What is Web 1.0? - Definition from Techopedia". Techopedia.com (ingilis). 2018-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
- ↑ DiNucci, Darcy. "Fragmented Future" (PDF). Print. 53 (4). 1999: 32. 2011-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-11-04.
- ↑ Graham, Paul. "Web 2.0". November 2005. 2012-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-08-02.
I first heard the phrase 'Web 2.0' in the name of the Web 2.0 conference in 2004.
- ↑ O'Reilly, Tim. "What Is Web 2.0". O'Reilly Network. 2005-09-30. 2013-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-08-06.
- ↑ Strickland, Jonathan. "How Web 2.0 Works". computer.howstuffworks.com. 2007-12-28. 2015-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-28.
- ↑ Sykora, M. "Web 1.0 to Web 2.0: an observational study and empirical evidence for the historical r(evolution) of the social web". International Journal of Web Engineering and Technology. 12. 2017: 70. doi:10.1504/IJWET.2017.084024. 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- ↑ "What is Web 1.0? - Definition from Techopedia". Techopedia.com (ingilis). 2018-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
- ↑ "DeveloperWorks Interviews: Tim Berners-Lee". IBM. 2006-07-28. 2012-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-05.
- ↑ "Berners-Lee on the read/write web". BBC News. 2005-08-09. 2012-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-05.
- ↑ Richardson, Will. Blogs, Wikis, Podcasts, and Other Powerful Web Tools for Classrooms (2nd). California: Corwin Press. 2009. səh. 1. ISBN 978-1-4129-5972-8.
- ↑ "What is Web 3.0? Webopedia Definition". www.webopedia.com (ingilis). 2017-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ Berners-Lee, Tim; James Hendler; Ora Lassila. "The Semantic Web" (PDF). Scientific American. 410 (6832). may 17, 2001: 1023–4. Bibcode:2001SciAm.284e..34B. doi:10.1038/scientificamerican0501-34. PMID 11323639. oktyabr 1, 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: oktyabr 1, 2018.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Web 2.0 / Social Media / Social Networks. Charleston, South Carolina, SUA: MultiMedia. 2017. ISBN 978-1-544-63831-7.