Vahid Nadirli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vahid Nadirli
bayraq
Bakı Metropoliteni rəisi
21 fevral 1987 – 1993
bayraq
Azərbaycan Dəmir Yolu İdarəsinin rəisi
Vəzifədədir
10 noyabr 1993-cü ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1946
Doğum yeri
Vəfat tarixi 2 avqust 2017(2017-08-02)
Vəfat yeri

Təltifləri "Şərəf nişanı" ordeni
Fəxri dəmiryolçu

Vahid Məmmədrza oğlu Nadirli (1946, Bakı2 avqust 2017, Bakı) — Bakı Metropoliteni rəisi (1987–1993).

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun, daha sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirmişdir. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlamışdır. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974–1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə "Biləcəri" stansiyasının rəisi, 1980–1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 10 noyabr 1993-cü ildən Azərbaycan Dəmiryolu idarəsinin rəhbəri olmuşdur.[1]

Vahid Nadirli 2 avqust 2017-ci ildə Bakıda vəfat edib.[2]

  1. "Bakı metropoliteninin rəhbərləri" (az.). metro.gov.az. 2019-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
  2. "Bakı metrosunun sabiq rəisi vəfat etdi" (az.). oxu.az. 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.