Urumi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Urumi istifadə edən bir şəxs.

Urumi (sinh. ethunu kaduwa; malaya. uṟumi; hind. āra) – əyilgən və qamçıyaoxşar tiyəsi olan hind qılıncı. Hindistanın Kerala ərazisində yaranmışdır.[1] Bu qılınc növünün ilk dəfə Sanqam dövründə hazırlandığı düşünülür.

Urumi polad qamçı hesab olunur[2] və ondan istifadə etmək üçün xeyli təcrübə tələb olunur. Buna görə hind döyüş sənətlərində urumi ən sonda öyrənilən silahlardan biridir.

"Urumi" sözü bu silahın malayalam dilindəki adıdır və silah ən çox bu adla tanınır. Malayalam dilində bu silaha "çuttuval" da deyilir. Bu söz hərfi tərcümədə "qıvrılan qılınc" deməkdir.[2] Tamil dilində bu silaha "surulkatti" (qıvrılan bıçaq) və ya "surulval" (qıvrılan qılınc) deyilir.

Uruminin sapı dəmirdən və ya misdən hazırlanır. Tiyəsi isə qalınlığı 1,9-2,54 sm olan əyilgən poladdan ibarətdir. Tiyənin uzunluğu silahdan istifadə edən şəxsin qol uzunluğuna əsasən hazırlanır. Bu, adətən 122-168 santimetrdir. Çox vaxt bir sapa birdən çox tiyə bərkidilir. Şri-Lankada bir urumi 32 tiyədən ibarət ola bilir. Adətən hər əldə bir dənə olmaqla iki urumi eyni anda istifadə olunur.[3]

Urumidən istifadə edərkən çox gücdən istifadə olunmur, çünki mərkəzəqaçma qüvvəsinin təsiri ilə ciddi zədələnmələr baş verə bilər. Silahın istifadəçiləri fırlatma və çeviklik texnikalarına yiyələnərək tiyənin impulsunu izləməyi öyrənirlər.[2] Urumi çox sayda rəqibə qarşı döyüşmək üçün yaxşı silah hesab olunur. Silah istifadə olunmadıqda qıvrılmıç vəziyyətdə qurşaqdan kəmər kimi taxılır.

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Cənubi Hindistanda yaşayan bir qurbağa seliyində aşkarlanmış bir peptidə urumin adı verilmişdir.[4][5] "League of Legends" video oyunu üçün 2022-ci ildə buraxılmış, Hindistan mədəniyyətindən ilhamlanaraq dizayn edilmiş Nila adlı personajın əsas silahlarından biri urumidir.

  1. Devnath, Vinay. "10 Deadly Weapons That Originated In India". Storypick (ingilis). 2016-07-09. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
  2. 1 2 3 Saravanan, T. "Valorous Sports Metro Plus Madurai". The Hindu. January 14, 2005. January 28, 2007 tarixində orijinalından arxivləşdirilib.
  3. "හෙළයේ සටන් රහස අංගම්" [Angam fighting in Hela]. Lankadeepa (sinhala). September 7, 2013. October 18, 2013 tarixində orijinalından arxivləşdirilib.
  4. Mole, Beth. "South Indian frog oozes molecule that inexplicably decimates flu viruses". Ars Technica. April 19, 2017. January 30, 2018 tarixində arxivləşdirilib.
  5. Holthausen, David J.; və b. "An Amphibian Host Defense Peptide Is Virucidal for Human H1 Hemagglutinin-Bearing Influenza Viruses" (PDF). Immunity. 46 (4). April 18, 2017: 587–595. doi:10.1016/j.immuni.2017.03.018. PMID 28423338. April 19, 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: June 18, 2022.