Urna

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Urna - kremasiya olunmuş meyitin külü saxlanılan hermetik xüsusi qab. Urnalar vazaların bir növü hesab olunur. Üzərində qapağı olan, yuvarlaq gövdəli və bəzi hallarda ayaqlı postamentə malik olan urnalardan insan küllərinin saxlanılmasında geniş istifadə edilməkdədir. Termin daha çox dəfn mərasimlərində istifadə olunan qablar kimi çıxış etsə də, başqa kontekslərdə də istifadəsinə rast gəlinməkdədir. Urnalardan bəzək əşyası kimi də istifadə halları mövcuddur.