UEFA Konfrans Liqası
UEFA Konfrans Liqası | |
---|---|
Açılış ili | 2021 |
Komandaların sayı |
36 (qrup mərhələsi) 184 (toplam) |
Son çempion | Olimpiakos (1-ci dəfə) |
Ən uğurlu klub |
AS Roma Vest Hem Yunayted Olimpiakos (1 dəfə) |
Veb səhifəsi | uefa.com/uefaconferenceleague |
Cari mövsüm |
UEFA Konfrans Liqası (əvvəlki adı ilə UEFA Avropa Konfrans Liqası) — UEFA tərəfindən 2021-ci ildən etibarən təşkil olunan bir futbol turniridir[1]. Bu yarış UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının ardınca, Avropa klub futbol turnirlərinin 3-cüsü olacaq. Yeni liqa ilk növbədə aşağı səviyyəli UEFA üzv ölkələri komandaları tərəfindən yeni mübarizə üçün yaradılıb[2]. UKL-ə vəsiqə komandaların milli liqalar və kubok yarışlarında göstərdikləri nəticələrə əsaslanacaqdır. Bu turnirdə də Çempionlar və Avropa liqasında olduğu kimi təsnifat mərhələsi təşkil ediləcək. İlk turnir 2021-ci ilin yayında, avrokuboklar üçün təsnifat mərhələsi start götürdükdə başlayacaq[3].
Reqlament
[redaktə | vikimətni redaktə et]UEFA Konfrans Liqasına komandaların vəsiqə qazanması üçün öz daxili liqalarında və kubokda təyin olunmuş nəticəni əldə etməlidirlər. İlk sezon olduğu üçün hələlik bu turnirə birbaşa vəsiqə qazanmaq üçün şans verilməyib. Adətən TOP5 ölkələrin komandaları müəyyən yerləri tutduqda turnirlərə birbaşa vəsiqə əldə edirlər. UEFA Konfrans Liqasında 32 komanda mübarizə aparacaq[4].
- UEFA Avropa Konfransı Liqasının əsas yolundan 17 komanda
- UEFA Avropa Konfransı Liqası çempionlar yolundan 5 komanda
- UEFA Avropa Liqası pley-off mərhələsində məğlub olan 10 komanda
Bütün bunlardan sonra UEFA Avropa Liqasındakı komandaların sayı 48-dən 32-ə endiriləcək. UEFA Çempionlar Liqasının pley-off mərhələsində məğlub olan komandanın Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazandığı kimi UEFA Avropa Liqasının pley-off mərhələsində məğlub olan komanda UEFA Konfrans Liqasının qrup mərhələsində iştirak hüququ qazanacaq. Yeni qərarların digəri isə Çempionlar Liqası və Avropa Liqasının qrupunda 3-cü pillənin sahibi olan komandanın mübarizədən kənar qalmamasıdır. Belə ki, Çempionlar Liqasının qrup mərhələsində birinci və ikinci pillənin sahibləri 1/8 final mərhələsinə vəsiqə qazanırdı. Yeni reqlamentə əsasən Çempionlar Liqasının qrup mərhələsində 3-cü pillədə qərarlaşan komanda ilə Avropa Liqasının qrupunda ikinci pillədə olan komandalar arasında pley-off mərhələsi təşkil ediləcək. Bu cütün qalibi Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanacaq. Həmçinin, Avropa Liqasının qrupunda 3-cü pillənin sahibi ilə UEFA Konfrans Liqasının qrupunda ikinci pillənin sahibi ilə pley-off oyunu keçiriləcək və qalib komanda UEFA Konfrans Liqasının 1/8 final mərhələsində çıxış etmək hüququ qazanacaq. Bu qərarlardan sonra yalnız UEFA Çempionlar Liqasının qrup mərhələsində birinci və ikinci pillənin sahibləri 1/8 final mərhələsinə vəsiqəni birbaşa təmin edəcək. Digər iki liqadakı ikinci pillənin sahibləri isə özündən bir pillə yüksəq liqanın qrup mərhələsinin üçüncüsü ilə pley-off mərhələsinə çıxacaq. UEFA Konfrans Liqasının qrupunda üçüncü pillənin sahibi mübarizəni dayandırmış hesab edilir.
UEFA Konfrans Liqasının qrup mərhələsində 4 komanda mübarizə aparacaq və hər komanda bir-biri ilə ev/səfər oyununa çıxacaq. Qazanılan hər qələbəyə 3, heç-heçəyə isə 1 xal veriləcək. Qrupdan çıxan komandalar ardıcıllığa uyğun olaraq 1/8, 1/4, yarım-final və final oyunlarına qədər irəliləyə bilər. Avropa Liqasındakı 48 komandanın 32-ə endirilməsindən sonra bu turnirdəki 1/16 final mərhələsi ləğv edilir.
İştirakçı komandaların müəyyənləşməsi
[redaktə | vikimətni redaktə et]UEFA Konfrans Liqasında da komandaların iştirakı digər liqalardakı kimi UEFA-nın əmsallar cədvəlinə uyğun olaraq müəyyənləşdiriləcək[5].
Çempionlar Liqasındakı "Çempionlar Yolu — Liqa Yolu", seçmə sisteminə bənzər bir seçmə mərhələ olacaq.
İlk 5 liqadan bir komanda
6 və 15-ci sıradakı liqalardan iki komanda
16-cı və 51-ci liqalardan üç komanda
52 və 54-cü sıradakı liqalardan iki komanda
55-ci sırada yer alan bir komanda
Lixtenşteyn Futbol Assosiasiyasının yerli liqası olmadığından Lixtenşteyn Futbol Kubokunun qalibi də daxil ediləcək.
Bu turda iştirak edəcək komandalar | Öncəki turdan gələn komandalar | Çempionlar Liqasından gələn komandalar | Avropa Liqasından gələn komandalar | ||
---|---|---|---|---|---|
Birinci təsnifat mərhələsi |
|
||||
İkinci təsnifat mərhələsi | Çempionlar yolu(20 komanda) | Çempionlar Liqasının ilk turunda məğlub olan 20 komanda | |||
Liqa yolu (90 komanda) |
|
Birinci mərhələnin liqa yolunda turu adlayan 36 komanda | |||
Üçüncü təsnifat mərhələsi | Çempionlar yolu (10 komanda) | İkinci təsnifat mərhələsini keçən 10 çempion komanda | |||
Liqa yolu (52 komanda) | 7–12 sıralarda olan ölkələrdən liqa üçüncüsü olan 6 komanda 6-cı sırada olan ölkənin liqasında 4-cü pillənin sahibi olan 1 komanda | İkinci mərhələni keçən 45 komanda | |||
Pley-off mərhələsi | Çempionlar yolu (10 komanda) | Üçüncü mərhələni adlayan 5 çempion komanda | Avropa Liqasının üçüncü mərhələsində məğlub olan 5 çempion komanda | ||
Liqa yolu (34 komanda) | 1–4 sıralardakı ölkələrdən liqanın 6-cı pilləsində qərarlaşan 4 komanda 5-ci pillədə yer alan ölkənin liqasında 5-ci pillənin sahibi olan 1 komanda | Üçüncü təsnifat mərhələsinin liqa yolunda mərhələni adlayan 26 komanda | Avropa Liqasının üçüncü mərhələsinin liqa yolunda məğlub olan 3 komanda | ||
Qrup mərhələsi (32 komanda) | Pley-off mərhələsini adlayan çempionlar yolundakı 5 komanda Pley-off turunu keçən liqa yolundakı 17 komanda | Avropa Liqasının pley-off mərhələsinin liqa yolunda məğlub olan 10 komanda | |||
1/8 final mərhələsi (16 komanda) | Qrup mərhələsini birinci pillədə bitirən 8 komanda Qrupun ikincisi ilə Avropa Liqası qrupunun üçüncüsü arasında keçirilən pley-off matçının qalibi olan 8 komanda | ||||
1/4 final mərhələsi (8 komanda) | 1/8 final mərhələsini adlayan 8 komanda | ||||
Yarım-final mərhələsi (4 komanda) | 1/4 final mərhələsini adlayan 4 komanda | ||||
Final oyunu (2 komanda) | Yarım-final mərhələsində qalib olan 2 komanda |
Təqvim
[redaktə | vikimətni redaktə et]UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları 8 iyul 2021-ci ildə başlayacaq. 26 avqust tarixində keçiriləcək son təsnifat mərhələsi oyunları ilə qrup mərhələsinin 32 iştirakçısı bəlli olacaq. Əsas mərhələnin oyunları 16 sentyabr 2021-ci il tarixindən 25 may 2022-ci ilə qədər davam edəcək. Turnirin ilk final oyunu Albaniyanın paytaxtı Tiranada keçiriləcək.
Turnirin mükafat fondu və brendinqi ilə dəqiq məlumatlar hələ bəlli deyil. Konfrans Liqasının oyunları Avropa Liqasındakı kimi cümə axşamı günləri keçiriləcək.
- Birinci təsnifat mərhələsinin püşkü: 15 iyun
- İkinci təsnifat mərhələsinin püşkü: 16 iyun
- Birinci təsnifat mərhələsi: 8–15 iyul
- Üçüncü təsnifat mərhələsinin püşkatması: 19 iyul
- İkinci təsnifat mərhələsi: 22–29 iyul
- Play-off mərhələsinin püşkü: 2 Avqust
- Üçüncü təsnifat mərhələsi: 5–12 Avqust
- Pley-off: 19 & 26 Avqust
- Qrup mərhələsinin püşkatma mərasimi: 27 Avqust
- Qrup mərhələsi: 16–30 sentyabr, 21 oktyabr, 4–25 noyabr, 9 dekabr tarixlərində keçiriləcəkdir.
UEFA Konfrans Liqasının qalibi olan komanda növbəti ildə UEFA Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanacaq.
Teleyayım
[redaktə | vikimətni redaktə et]UKL-in yayım hüququna sahib olan televiziya kanalları:
Ölkə | Kanal | Ölkə | Kanal | Ölkə | Kanal | Ölkə | Kanal | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Andorra | Movistar + | Çexiya Respublikası | KT | Monqolustan | SPS | Sloveniya |
|
||||
Avstriya |
|
Danimarka | TV 2 | Çernoqoriya | Arena İdman | Cənubi Afrika | SuperSport | ||||
Baltikyanı ölkələr | NENT | Finlandiya | NENT | Hollandiya | Talpa TV | İspaniya | Movistar + | ||||
Belçika |
|
Fransa |
|
Şimali Makedoniya | Arena İdman | Səhra altı Afrika | SuperSport | ||||
Bosniya və Herseqovina | Arena İdman | Almaniya | RTL | Norveç | NENT | İsveç | NENT | ||||
Braziliya | ESPN | Yunanıstan | Cosmote TV | Polşa | NENT | İsveçrə |
| ||||
Orta Asiya | Saran Media | İslandiya |
|
Portuqaliya |
|
Ukrayna | MEGOGO | ||||
Xorvatiya | Arena Sports | İndoneziya | Emtek | Rusiya | Birləşmiş Krallıq | BT Sports | |||||
Kipr | CytaVision | İtaliya | Sky Sport | Serbiya | Arena İdman | Amerika Birləşmiş Ştatları |
| ||||
Malta |
|
Slovakiya | RTVS | Özbəkistan | MTRK |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.
- ↑ "Arxivlənmiş surət". 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.
- ↑ "Arxivlənmiş surət". 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.
- ↑ "Arxivlənmiş surət". 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.
- ↑ "Arxivlənmiş surət". 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.