Tural Əhməd
Tural Əhməd | |
---|---|
Tural Əhməd | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları | Turqay Əhməd, Turan Əhməd |
Anası | Məntiqə Quliyeva |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 2011-hal-hazırda |
İstiqamət | serial |
Boyu | 1.83 m |
Teatr | Bakı Bələdiyyə Teatrı |
Mükafatları |
Tural Əhməd (9 may 1983, Bakı) — Azərbaycan aktyoru, film səsləndirən, mətn oxuyan, bədii qiraətçi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tural Əhməd 1983-cü il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. İlk orta təhsilini 181 saylı məktəbdə almış, daha sonra 151 saylı orta məktəbi bitirmişdir. Aktyorluğa böyük həvəsi olmağına baxmayaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə sənədlərini verə bilmir. Jurnalistikanı bitirsə də bir gün belə olsun jurnalist kimi heç yerdə fəaliyyət göstərmir. 2005-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır və 2006-cı ildə tərxis olunur. 2001-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuş və oranı 2005-ci ildə bitirmişdir.
2008-ci ildə Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin kinoaktyorluq fakültəsinə daxil olmuşdur. Orada Şəfiqə Məmmədova, Ayaz Salayev və digər yerli, xarici mütəxəssislərdən ustad dərsləri alıb.
"Həyat varsa", "Sirr", "Son hədd" seriallarında çəkilmişdir və bir neçə filmi səsləndirmişdir[1]. 2011-ci ildə vətənpərvərlik mövzusunda Gənclərin Birinci Ümumrespublika teatr festivalının qalibi olmuşdur. 2015-ci ildə "Gülüm" serialına çəkilən zaman xalq artisti Amaliya Pənahova ilə tanış olur. Həmin serialda onun oğlunu canlandırırdı. Məhz bundan sonra Amaliya Pənahovanın dəvəti ilə Bakı Bələdiyyə Teatrına dəvət alır.
2015-ci ilin may ayından Bakı Bələdiyyə Teatrında çalışır.[2]
31 dekabr 2021-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif olunub.[3]
Teatr səhnəsindəki rolları
[redaktə | mənbəni redaktə et]Bakı Bələdiyyə Teatrı
[redaktə | mənbəni redaktə et]Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Məkr və məhəbbət | Ferdinand | 2016 | Bəhram Osmanov | Fridrix Şiller |
Nargin faciəsi[4] | Fərqat Tursun[5] | 20 iyun 2017 | Tural Ağayev | Rafael Öztürk Dağlı |
Şanlı Vətən | Əhməd Cavad | 31 oktyabr 2018 | Mərahim Fərzəlibəyov | Çingiz Ələsgərli |
Nəsimi | Nəsimi[6][7] | 2019 | Mərahim Fərzəlibəyov | Çingiz Ələsgərli (İsa Muğannanın "Məhşər" romanı əsasında) |
Sonsuz Tanrı məhəbbəti | Nizami Gəncəvi | 10 noyabr 2021 | Mərahim Fərzəlibəyov | Nizami Gəncəvi ("Xəmsə" əsasında) |
Sehrbaz | Samit | 2022 | Mərahim Fərzəlibəyov | Firuz Mustafa |
Xan qızı | Xasay bəy | 2022 | Mərahim Fərzəlibəyov | İlyas Əfəndiyev |
Şuşada ürəyim qaldı | Mahmud bəy[8] | 16 noyabr 2022 | Mərahim Fərzəlibəyov | İlyas Əfəndiyev Elçin |
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Həyat varsa... (serial, 2012-2014)
- Sirr (serial, 2012) — İmran
- Simasız (film səsləndirən)
- Son hədd (Fitva) (serial, 2012) — Süleyman
- Qarabağnamə (film,2013) — Qala bəyi Həsən
- Həyat çiçəyi (serial, 2013) — Hüseyn
- Edam məhkumunun son günü (film, 2013)
- Xəlvətdə qalmış müdrik (film, 2014)
- Nifrət (serial, 2014) — Səməd
- Paytaxt salatı (serial, 2014) — Hikmət
- Göyçək Fatimə (serial, 2014) — Aydın
- Ümid (film, 2014)
- İkinci bahar (serial, 2014) — Nazim
- Tufanlı səma (serial, 2015) — Tahir
- Yarımdünya (film, 2015) — Cəmil
- Gecə qonağı (film, 2015) — Mamed
- Əli və Nino (film, 2015)
- Gülüm (serial, 2015) — Murad
- Dəfnə ağacı (teleserial, 2016) — Kamran
- Pərdə (film, 2016) — Zaur
- İkinci pərdə (film, 2017) — Zaur
- Oyun (serial, 2017) — Cavad
- Nağıl kimi cümhuriyyət (bədii sənədli film, 2018) — Stalin
- O gecə (serial, 2018) — Samir
- Qara yazı (teleserial, 2019) — Ziya
- Zəhər tuluğu (film, 2019)
- Ata ocağı (serial, 2017) — Bəhram
- İfşa (serial, 2021) — Fəxri
- Gecə yarısı (serial, 2021) — Kamran
- Nəfəs (film, 2021)
- Ağ-qara (film, 2021) — Fuad
- Yuxu kimi (teleserial, 2019) — Gəray
- İnci tək (bədii-sənədli televiziya filmi, 2022) — Xasay bəy
- Şeyx Sənan (teleserial , 2023) — Anton
- Sərnişinlər (film, 2023)
- İlğım (film, 2023) — Kamran
- Gizli yara (serial, 2023) — Tural
- 21-ci möcüzə, film, 2024
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ oxu.az. "Aktyor Tural Əhməd Kənan İmirzalıoğlunun obrazında" (az.). Oxu.az. 01.10.2014. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.
- ↑ Lider TV. "Səda - "Məkr və məhəbbət " tamaşasının premyerası gerçəkləşdi (04.05.2016)" (az.). Youtube.com. 04.05.2016. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-22.
- ↑ ""Nizami Gəncəvinin 880 illiyi" xatirə nişanının təqdimat mərasimi keçirilib". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-28.
- ↑ Mədəniyyət TV. ""Nargin faciəsi" - Bakı Bələdiyyə Teatrının tamaşası" (az.). Youtube.com. 25.06.2017. İstifadə tarixi: 2017-06-29.
- ↑ Şahanə Müşfiq. "Azərbaycan-Türkiyə qardaşlığının möhtəşəm səhnə təcəssümü" (az.). 525.az. 21.06.2017. 2018-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- ↑ Aytən Məftun. "Səhnəmizin yeni Nəsimisi qızları göz yaşlarına boğdu" (az.). Publika.az. 13.11.2019. 2022-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-21.
- ↑ Şahanə Müşfiq. "Bələdiyyə Teatrının səhnəsindəki "Nəsimi"" (az.). Azərbaycan Milli Kitabxanası. 15.11.2019. İstifadə tarixi: 2022-12-21.
- ↑ Teatro.az. "Bakı Bələdiyyə Teatrının 30 illik yubileyi qeyd olundu" (az.). Teatro.az. 16.11.2022. 2022-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-21.