Tatarofobiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Tatarofobiya (rus. Татарофобия) — Volqa, SibirKrım tatarlarına qarşı düşmənlik, nifrət, ayrı-seçkilik və ya qərəzl hisslər. Türkofobiyanın növü.

Fərqli tatar xalqaların bir-biri ilə çaşdırması propaqanda tərəfindən istifadə olunur. Məsələn, propaqandada insanların cahilliyi istifadə edərək, Volqa tatarların nisbətən bərabər statusunu göstərilir ki, onları Krım tatarları ilə çaşdıranlar millətarası münasibətlərinin ümumiyyətlə müsbət olduğunu zənn etsinlər. Volqa tatarları tərifləyən və onları qardaş xalqı kimi göstərən qurumların üçün eyni zamanda Krım tatarlara qarşı tatarofobiya aktları törətməyi və həmçinin Volqa tatarlara qarşı düşmənçilik nisbətən az olması Krım tatarlara qarşı mövcud olan ksenofobiyanın bəraəti kimi istifadəsi qeyri-adi hal deyil. Krım tatar dili və Volqa tatar dili qıpçaq dillərinin ayrı qollarına aid olduğlarında baxmıyaraq, Sovet İttifaqı Krım tatar vətəndaş haqqları hərəkətinin Krımda onların muxtariyyatının bərpasının müraciətlərinə onlar üçün əvəzinə Tatarıstanda muxtariyyatın yaradılmasının təklifi ilə cavab verirdilər.[1][2][3]

Krım tatarlarına qarşı

[redaktə | mənbəni redaktə et]

1944-cü ilin may ayındaki törədilmiş Krım tatarlarının deportasiyasından sonra, Sovet hökuməti Krım tatarları haqqında artıq mövcud olan stereotipləri yaymağa başlayıb. Bundan əlavə, hökumət onların "xain", "burjua", "kontr-inqilabçı" və Krım yarımadası ilə bağlı olmayan "monqol" olduqları bəyan edirdi. Partiya üzvlərin apardığı agitasiya deportasiyanın istiqamətləri olan yerlərdə yaşayan başqa vətəndaşları onlara qarşı olmağa təşviq edirdilər və bundan artıq, Krımın özündə onlara qarşı duyğuları yaymaq üçün konfranslar aparılırdı. Krım Tatarların yarımadadaki izləri silinirdi. Məsələn, yaşayış məntəqələrin Krım tatar adları rus adları ilə əvəzlənilirdi. Mərkəzi Asiyaya deportasiya olunmuş Krım tatarlar xüsusi məskunlaşan statusu yaşayırdılar və dolayısıyla, onların haqqları, o cümlədən yaşayış yerlərinin ölçüsü, başqa vətəndaşlardan az idi.[4]

Tatarofobiya cəmiyyətdə və dövlət orqanlarda hələ də mövcuddur, lakin keçmişnən müqayisədə müasir dövürdə, o daha münaqişəlidir və dövlətin rəsmi siyasəti artıq deyil. Bunun nümunəsi, Ukraynanın Krım Muxtar Respublikasındaki Rusiya Konsulu olan Vladimir Andreyevin rus vətəndaşlardan SSRİ-n iki dəfə Qəhrəmanı Əhmədxan Sultan haqqında olan Haytarma filminə getməməyə tələbi idi. Bunun səbəbi, filmin onun fikirincə Krım tatarları yətərincə mənfi şəkildə göstərməməyi idi:[5][6]

" Mən filmi izləməmişəm, lakin bilirəm ki, film tarixin saxtalaşdırılmasına əsaslanır, çünki onu istehsal edənlər Krım tatarlarıdırlar. "

Volqa tatarlarına qarşı

[redaktə | mənbəni redaktə et]

Tarixən, Volqa tararları nümunəvi azlıq (ing. model minority) olaraq sayılırdı və onlara münasibət Krım tatarlarla müqayisədə nisbətən yaxşı idi. Halbuki, Volqa tatarlarına qarşı da xurafad mövcuddur və hətta Tatarıstanı tatarsızlaşmağa cəhdləri də var idi.[7][8]

2013-cü ildə Elmira Abdrazakova Miss Russia müsabiqəsində qalib gələndə, onun ünvanına etnik təhqirlər gəlirdi.[9]

  1. Chernykh, Aleksandr. Татары Перми: история и культура (rus). Saint Petersburg: Санкт-Петербург Mametov. 2015. 65. ISBN 9785040071074. OCLC 978278427. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  2. Eminov, Ruslan. "Национального Движения Крымских Татар (Попытка краткого анализа участника движения)". litsovet.ru. 27 January 2016. 3 February 2016 tarixində arxivləşdirilib.
  3. Williams, Brian Glyn. The Crimean Tatars: The Diaspora Experience and the Forging of a Nation (ingilis). BRILL. 2001. 92. ISBN 9789004121225. 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  4. Williams, Brian Glyn. The Crimean Tatars: From Soviet Genocide to Putin's Conquest (ingilis). Oxford University Press. 2015. 105–114. ISBN 9780190494704. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-11.
  5. Uehling, Greta. "Genocide's Aftermath: Neostalinism in Contemporary Crimea". Genocide Studies and Prevention: An International Journal. 9. 2015. 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.
  6. Izmirli, Idil. "Russian consul general to Crimea resigns following offensive comments" (PDF). The Ukrainian Weekly. 16 June 2013: 2. 10 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 June 2020.
  7. Halim, Aydar. Убить империю!: Кипарис домой вернулся, или, "Хотят ли русские войны" (rus). Kazan: Kalkan. 1997. 319. OCLC 605977944. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-28.
  8. USAK Yearbook of International Politics and Law 2010, Vol. 3 (ingilis). USAK Books. 373. ISBN 9786054030262. 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-28.
  9. Kurmasheva, Alsu. "Ethnic Tatar Miss Russia Winner Targeted By Ethnic Slurs On Internet". rferl.org. 5 May 2013. 10 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2020.