Tailandda turizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Poda çimərliyi

Tailandin turizm potensialında cəlbedici faktorlara tarixi abidələr, kurortlar, çimərliklər, piknik yerləri, meşələr, müxtəlif qəbilələr və vəhşi təbiət daxildir. Tailand toxnulmamış təbiət turistlərlə sıx əlaqədə olub onlara, balıqçılıq, su xizəyi, çay kruizləri, kaneo yarışları, avarçəkmə, rahat dəniz çimərliyi kimi müxtəlif xidmətlər təklif edir.

İl Ziyarət % Faiz
2014 24,809,683 -6.54%
2013 26,546,725 +18.8%
2012 22,353,903 +15.98%
2011 19,230,470 +20.67%
2010 15,936,400 +12.63%
2009 14,149,841 −2.98%
2008 14,584,220 +0.83%
2007 14,464,228 +4.65%
2006 13,821,802 +20.01%
2005 11,516,936 −1.15%
2004 11,650,703 no data

2011-ci ilin statistikasına görə Tailand turizmdə 1-ci yeri tutub.[1]:

Turizm mərkəzi

[redaktə | mənbəni redaktə et]
Lipa Noy çimərliyi

Tailandı həm də Asiyanın turizm paytaxtı adlandırırlar. Burada turistlərin istər göz yaşı kimi saf suları olan dəniz sahillərində, istərsə də təbiətin yaşıl qoynunda, çay kənarlarında, xüsusi mini-otellərdə (bir neçə nəfərlik, həmçinin ailəliklə) dincəlməsi üçün lazım olan bütün şərait yaradılıb. Ötən əsrin 60-cı illərində Tailandda turizm sürətlə inkişaf etməyə başladı. Ölkənin müxtəlif yerlərində bir-birinin ardınca yüzlərlə istirahət ocaqları, müasir mehmanxanalar inşa edildi. Tailandın ən məşhur kurort əraziləri isə bunlardır: Bankok, Çianq Mae, Pattayya, Pxukat şəhərləri, Samui və Xua-xin adaları.

Tailandda istirahət edən turistlər mavi dəniz sahillərində, müalicəvi qum çimərliklərində özlərini olduqca rahat hiss edirlər.[2]

  1. "Статистические данные за 2011 год". 2013-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
  2. "Thailand Medical Tourism". My Med Holiday. MyMEDHoliday.com. 2012–2013. 19 July 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 September 2013.