Türkiyə bayrağı
Türkiyə Respublikasının bayrağı | |
---|---|
Təfərrüatlar | |
Ləqəb | Al bayraq, ay ulduz, al sancaq |
Proporsiya | 2:3 |
Dizayn |
Qırmızı fonda ağ aypara və beşguşəli ulduz. Rənglər |
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyə bayrağı — Türkiyə Respublikasının dövlət bayrağı. Qırmızı zəmin üzərində ağ aypara və ulduzdan ibarət bayraq ilk dəfə Osmanlı İmperiyası tərəfindən 1844-cü ildə qəbul olunmuşdur. Bayraq 29 may 1936-cı ildə 2994 nömrəli Türkiyə Bayrağı Qanunu ilə rəsmiləşdirilmiş və Türkiyənin dövlət bayrağı olaraq qəbul edilmişdir. 22 sentyabr 1983-cü ildə isə 2893 nömrəli Türkiyə Bayrağı Qanunu ilə bayrağın ölçüləri müəyyənləşdirilmiş və bayraq müasir halını almışdır.
Bəzilərinə görə, Türkiyə bayrağında istifadə olunan hilal formasındaki ay İslam dinini təmsil edir və bəzilərinin cənnətin, Allahına olan inancının köhnə Türk inancı olduğuna inanırlar. Rəvayətə görə bayraqdakı qırmızı qan rəngidir və şəhidlərin tökülmüş qanını təmsil edir. Gecə yarısı isə qan üzərində əks olunan ay və ulduzlar Türkiyə bayrağını əmələ gətirmişdir. Bu əfsanənin 1389-cu ildəki Birinci Kosovo döyüşündə yaşanıldığı deyilmişdir.[1]
25 yanvar 1985-ci ildə Türkiyə bayrağı ilə əlaqəli bir neçə yeni maddələr əlavə olunmuşdur. Bu maddələrə görə Türkiyə bayrağı cırılmış, yamaqlı, çirkli, deşilmiş, qırışmış və ya solğun ola bilməz. Mənəvi dəyərlərə xələl gətirdiyi üçün bu kimi vəziyyətlərdən ehtiyatla çəkinmək lazımdır. Bununla yanaşı, rəsmi mərasimlər istisna olmaqla Türkiyə bayrağı minbər, masa kimi yerlərə örtük kimi qoyula bilməz. Bir paltar şəklində geyilə bilməz, çantalar, torba və digər əşyalar bayraqdan hazırlana bilməz. Türkiyə Bayrağı Qanununun 8-ci maddəsinə görə, sözügedən müddəaları pozan şəxslər qanuni olaraq cəzalandırılır. Türkiyə bayrağı şəhidlərin, prezidentlərin, qazilərin, hakimlərin, müavinlərin, yüksək məhkəmə orqanlarının, hesab məhkəmələrinin, dövlət sənətçilərinin və polis məmurlarının cənazələrinin üzərinə örtülə bilər.[2]
Məktəblərdə bayraq həftənin ilk günü endirilir və həftəsonu tətilindən qabaq yenidən qaldırılır. Bayrağın qaldırılması adətən yuxarı sinif şagirdlərinə tapşırılır. İstiqlal Marşının ilk iki misrası oxunur və bayraq qaldırılır. Bayraq qaldırıldıqdan sonra kəndir möhkəmləndirilir, iki addım geri atılır və himn müşayiət edilir. Bunlar baş verərkən hər kəs "hazır ol" vəziyyətdə dayanır. Himn oxunub bitdikdən sonra növbətçi müəllim "rahat" əmrini verir və mərasimi bitirir. Həftə sonu ərzində bayraq havada qalar, bazar ertəsi isə eyni şəkildə endirilir. Həmçinin, İstiqlal Marşının birinci, ikinci və onuncu misralarında Türk bayrağının adı çəkilir. Türkiyə bayrağı üçün al bayraq, ay ulduz və al sancaq kimi adlardan da istifadə olunur. Türkiyə bayrağına bənzər bayraqlardan istifadə edən ölkələrdə başda Azərbaycan olmaqla Tunis, Pakistan, Mavritaniya və Malayziya kimi müsəlman ölkələri yer alır. Bu ölkələrin bayraqları bir neçə kiçik fərqlə Türkiyə bayrağını xatırladır.[3]
Tarix
[redaktə | mənbəni redaktə et]Osmanlı İmperiyasından əvvəlki Anadolu türk dövlətlərində istifadə edilən bayraqların rəng və simvolları haqqında ətraflı məlumat yoxdur. İlk türk bayrağı Anadolu Səlcuqlu hökmdarı Qiyasəddin Məsud tərəfindən Osman bəyə göndərilən ağ rəngli bayraq olmuşdur.[4] Yavuz Sultan Səlimi dövründə baş tutmuş Çaldıran döyüşündə isə yaşıl bayraq istifadə edilmişdir.
Birinci Kosovo döyüşü 1389-cu ildə Osmanlı İmperiyası və Serbiyanın komandanlığı altında Balkan ittifaqı arasında baş vermişdir. Müharibə Osmanlı İmperiyasının qələbəsi ilə nəticələnmiş, lakin bu müharibədə minlərlə insan həyatını itirmişdir.[5] Rəvayətə görə, müharibədən sonra yerdəki qan qalıqlarının üzərinə əks olunan ay və ulduz o gün Türk bayrağının ilk toxumları olmuşdur. Bu rəvayətə əlavə olaraq, bir neçə müxtəlif mənbələr, 28 iyul 1389-cu ildə Yupiter və Ayın yanaşı gəldiyini iddia etmişdir. Buna görə də, Türk bayrağının yaranması mümkün hal almışdır.[6]
Türk bayrağının ilk istifadəsi III Səlimin dövrü, XVIII əsrə təsadüf edir. 1844-cü ildə tənzimat islahatları dövründə Əbdülməcidin verdiyi qərarla Türk bayrağındakı səkkizguşəli ulduz 5 guşəli olmuşdur.[7] 29 may 1936-cı ildə Türkiyə Respublikasının qurulması ilə birlikdə Türk bayrağı parlamentdə yerini almışdır. Daha sonra, 25 yanvar 1985-ci ildə Türkiyə Respublikası Nazirlər Kabineti tərəfindən bayrağın ölçüləri nizanlanmışdır.[8]
-
Osmanlı İmperiyası bayrağı (1453–1517) -
Osmanlı İmperiyası bayrağı (1517–1793) -
Osmanlı İmperiyası bayrağı (1793–1844) -
Osmanlı İmperiyası bayrağı (1844-1922)
Quruluş
[redaktə | mənbəni redaktə et]Türkiyə Respublikası Nazirlər Kabinetinin 25 avqust 1985-ci il tarixli 9034 saylı qərarı ilə Türk Bayrağının ölçüləri nizanlanmış və bayraq müasir halını almışdır.[9]
Qanuna görə, Türk bayrağının layiq olduğu mənəvi dəyərlərə xələl gətirən, cırılmış, yırtılmış, yamaqlı, deşikli, çirkli, solğun, qırışmış formalarda istifadə edilə bilməz.[10] Rəsmi and mərasimləri istisna olmaqla hər hansı bir məqsəd üçün masaların və kürsülərin üstünə örtük kimi sərilə bilməz. Üzərində oturulacaq və yaxud ayaq üstə dayanılacaq yerlərdə bayraq qoyula bilməz.[11] Heç bir əşyanın istehsalında bayraqdan istifadə edilə bilməz.[12] Paltar və ya forma kimi geyilə bilməz.[13] Əsasnamədə göstərilən dövlət qurumları və təşkilatlarından başqa hər hansı bir siyasi partiya, təşkilat, dərnək, vəqf və quruluşun emblemləri, bayraqları, rəmzləri və bənzəri onların ön və ya arxa tərəfində və ya fond kimi istifadə edilə bilməz.[14] Türk Bayrağına şifahi, yazılı və ya hər hansı bir şəkildə təhqir və ya hörmətsizlik edilə bilməz. Bayraq yırtıla, yandırıla, yerə atıla və ya lazımi baxım olmadan istifadə edilə bilməz.[15][16]
Ölçülər
[redaktə | mənbəni redaktə et]Türk Bayrağı Qanunu ilə verilən xüsusi ölçülər ilə ayparanın daxili dairəsi ilə iki ucunu birləşdirən şaquli xətt arasındakı məsafənin 279⁄800 G = 0.34875 G olduğu təsvir edilmişdir.[17] Beləliklə, ulduzun sol nöqtəsi bu xəttin kənarına nisbəti təxminən 0,0154 G təşkil edir.[18] Ay və ulduzun meydana gəldiyi dairələrin mərkəzi əsas oxda yerləşir. Aypara ucu istiqamətində üzləşir və onun daxili dairəsinin diametri bayrağın eninin onda dördünə bərabər olmalıdır. Xarici dairəsinin diametri bayrağın eninin yarısına bərabərdir. Aypara daxili və xarici dairələrin kəsişməsindən əmələ gəlir. Bayrağın uzunluğu enindən 1.5 dəfə çoxdur.[19] İstər bir neçə kilometr, istərsə də santimetrlik ölçüdə bayraq olsa belə ölçülər dəyişmir.[20] Türk bayrağı haqqında çıxarılan qanunun 2-ci maddəsində bayrağın ölçüləri barədə açıq şəkildə məlumat verilir.
Abbreviatura | Ölçü | Nisbət |
---|---|---|
G | Eni | 1 |
A | Xarici ay mərkəzinin kənarından məsafəsi | 1/2 G |
B | Ayın xarici dairəsinin qütblüyü (diametri) | 1/2 G |
C | Ayın daxili və xarici mərkəzləri arasındaki məsafə | 1/16 G |
D | Ayın daxili dairəsinin radiusu (diametri) | 0.4 G |
E | Ulduz dairəsinin ayın daxili dairəsindən məsafəsi | 1/3 G |
F | Ulduz dairəsinin radiusu (diametri) | 1/4 G |
L | Hündürlük | 1.5 G |
M | İpucu eni | 1/30 G |
Qeyd: Bayraq enindən asılı olmayaraq (G) həmişə sabitdir. |
Rənglər
[redaktə | mənbəni redaktə et]RGB rəng sıralamasında, Türk bayrağı 89% qırmızı, 3,9% yaşıl və 9% mavi rəngdən ibarətdir.[21] CMYK rəng sıralamasında isə 95,6% maqenta, 89,9% sarı və 11% qara rəngdən ibarətdir. 356.4 dərəcəlik ton bucağı, 91,6%-lik saturasiya və 46,5% işıqlılığa malikdir. Türk bayrağındakı qırmızı rəng canlı qırmızı adlanır.[22] Bu rəng #FF142E və #C70000 rənglərinin qarışdırılması ilə əldə edilə bulər. Bayrağın rənginə ən yaxın rəng #D11919 hesab edilir.[23][24]
Rəng modeli | Qırmızı | Ağ |
---|---|---|
Pantone | Red | White |
RGB | 227–10-23 | 255–255-255 |
CMYK | 0, 96, 90, 11 | 0, 0, 0, 0 |
Hexadecimal | #E30A17 | #FFFFFF |
Oxşar bayraqlar
[redaktə | mənbəni redaktə et]Türkiyə bayrağına bənzər bayraqlardan istifadə edən ölkələrdə başda Azərbaycan olmaqla Tunis, Pakistan, Mavritaniya və Malayziya kimi müsəlman ölkələri yer alır. Bu ölkələrin bayraqları bir neçə kiçik fərqlə Türk bayrağını xatırladır.[25] Türk bayrağına bənzəyən ölkə bayraqları xaricində Türk dövlətlərinin istifadə etdiyi bayraqlar da mövcuddur. Onların əksəriyyəti müxtəlif formalarda olsa da, demək olar ki Türk bayrağı ilə eynidir. 1944-cü ildən bəri Şərqi Türkistanın istifadə etdiyi aypara və ulduzlu bayraq sadəcə rəngi ilə fərqlənir. Şimali Kipr Türk Respublikasının rəsmi bayrağında da aypara və ulduz yer alır. Lakin Türk bayrağından fərqli olaraq aypara və ulduz qırmızı rəngdədir. İraq türkmənlərinin və müsəlman bosniyalıların bayraqları da türk bayrağına olduqca bənzəyir.[26]
-
Hatay dövlətinin bayrağı -
Axısqa türklərinin bayrağı
-
Şimali Kipr Türk Respublikası bayrağı -
Türkmanların bayrağı -
Şərqi Türkistan bayrağı -
Müsəlman boşnakların bayrağı -
Türk Şurasının bayrağı -
Almaniya türklərinin bayrağı
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Dövlət qurumları
[redaktə | mənbəni redaktə et]Məktəblərdən nazirlik binalarınadək bütün dövlət qurumlarında Türk bayrağı daim gözə çarpır. Çanqaya köşkü, parlament, nazirliklər, məktəblər, hərbi hissələr, məclislər, bələdiyyə binaları, muxtar ofisləri, körpülər, hava limanları və ölkədəki demək olar ki, hər bir dövlət binasında Türk bayrağı olduqca yayğın istifadə olunur.[27]
Formalar
[redaktə | mənbəni redaktə et]Hərbi geyimlərdə bayraq sağ çiyində və ya formanın ön hissəsindəki yamaqda yer alır. Kaskalarda isə bayraq adətən ön tərəfdə yer alır. Uçuş dəstləri, donanma forması, polis forması və digər rəsmi formalarda bayraq çiyin yamaqlarında yer alır. Forma ilə yanaşı, bir neçə emblem və yamaq bayraqda önəmli və ya kiçik dəyişikliklərlə əks olunmuşdur.[28]
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Cümhuriyyət bayramı və bir çox qələbə bayramlarında Türk bayrağından olduqca geniş istifadə olunur. İnsanlar bayraqlar ilə küçələrə xüsusi qələbə günlərini qeyd etmək üçün gəlirlər. Digər hallarda, kütləvi olaraq bəzi hadisələrə etiraz edərkən və ya görkəmli sənətkar yad edilərkən bayraqlardan istifadə edilir.[29] Yürüşlər və mahnılar səsləndirilərkən heykəllər və abidələr bayraqla örtülmüş vəziyyətdə ola bilər. Televiziya ekranlarında isə sağ üstdə Atatürk portreti ilə birlikdə Türk bayrağı bu kimi hadisələrin qeyd olunması zamanı müşahidə edilir. Bayraq, faciəli hadisələrin və ya matəm günlərində də istifadə edilir.[30]
Dəfn mərasimləri
[redaktə | mənbəni redaktə et]Bayraq dövlət və hərbi dəfn mərasimlərində olduqca mühüm bir vəzifəyə malikdir. Dəfn bayrağı həmişə tabutun üstünə örtülür və tabut hərbi polis və ya mərhumun yaxınları tərəfindən aparılır. Bir çox mərasim iştirakçıları, mərhumun şəkli ilə yanaşı bayraq da tutur.[31]
Göstərişlər
[redaktə | mənbəni redaktə et]İndiyə qədər hazırlanmış ən böyük Türk bayrağı Mersində olmuşdur. 2006-cı ildə Tavr dağlarında tamamlanan bayrağın hazırlanmasında təxminən 5 ton boya istifadə edilmiş və 4500 kvadrat metr ərazini əhatə etmişdir. Toroslar Bələdiyyəsi tərəfindən hazırlanan nəhəng bayraq, şəhərin şimalında yerləşən dağların üzərindən görünülür. Bir ay ərzində 20 işçi tərəfindən tamamlanan bu iş hal-hazırda ən böyük Türk bayrağıdır.[32]
Ən yüksək Türk bayrağı dirəyi isə Samsunun Kavak ilçəsində yer alır. Sahəsi 2 min kvadrat metr, çəkisi 450 kiloqram olan və paraşüt parçasından hazırlanan bayraq hər 2 ayda bir dəyişdirilir. Bu bayraq 2011-ci ildə inşa edilmişdir.[33] 116 metr hündürlüyündə olan bu dirəyin ağırlığı 92 tondur. 400 ton beton tökülən Türk bayrağının 730 metr yüksəklikdəki çəkisi isə 450 kilodur. Paraşüt parça istifadə edərək istehsal olunan bayraq 2 aydan bir dəyişdirilir. Samsun—Ankara magistral yolundan görünən bayraq hər il çoxlu ziyarətçi cəlb edir. Həmçinin bayrağın olduğu ərazidə məscid də fəaliyyət göstərir.[34]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
İstanbul boğazında dalğalanan Türk bayrağı
-
Türk bayrağı, İstiqlal Marşı və Mustafa Kamal Atatürk portreti
-
15 iyul Şəhidlər Körpüsündə dalğalanan Türk bayrağı
-
Cümhuriyyət bayramı ərəfəsində Türk bayraqları
-
Anıtqəbir göstərişlərində istifadə olunan Türk bayraqları
-
Somalidə Türk səfirliyi qarşısındaki bayraqlar
-
2010 Qış Olimpiya Oyunları zamanı türk idmançılar
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Map Universal, Turkey Flag Map and Meaning Arxivləşdirilib 2020-11-25 at the Wayback Machine
- ↑ "Bayrağımızın yüzlerce yıldır değişmediğinin kanıtları". Sabah (türk). 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ Koç, Yılmaz. "Türk Bayrağı Nerelerde Ve Nasıl Kullanılır". Ülkücü Kadro (türk). 20 iyun 2013. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Türk Bayrağının Anlamı ve Tarihi". www.bidolubaski.com (türk). 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ Raw, Dr Laurence. The Silk Road of Adaptation: Transformations across Disciplines and Cultures (ingilis). Cambridge Scholars Publishing. 2013-09-18. 42. ISBN 9781443852890.
- ↑ "Türk bayrağının tarihçesi". Ensonhaber (türk). 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ Lord Kinross, The Ottoman Centuries: The Rise and Fall of the Turkish Empire, Morrow Quill Paperbacks, 1977, səh. 23–24, ISBN 978-0688080938
- ↑ "Türk Bayrağı Rengini ve Şeklini Nereden Nasıl Almıştır? Hakkında Bilgi". www.ozguncel.com (türk). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "2893 sayılı Türk Bayrağı Kanunu - Konsolide metin". LEXPERA (türk). 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Türk Bayrağı, yırtık, sökük, delik, kirli, soluk, buruşuk ya da layık olduğu manevî değeri zedeleyecek herhangi bir şekilde kullanılamaz. Resmî yemin törenleri dışında her ne maksatla olursa olsun, masalara kürsülere örtü olarak serilemez" (PDF). Türkiyə Böyük Millət Məclisi (türk). 2021-05-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Türk Bayrağı: Türk Bayrağı Kanunu haberi". Arkeolojik Haber (türk). 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Ekli «Türk Bayrağı Tüzüğünün yürürlüğe konulması; 22/9/1983 tarihli ve 2893 sayılı Kanun'un 2, 3, 6 ve 9 uncu maddelerine göre, Bakanlar Kurulu'nca 25/1/1985 tarihinde kararlaştırılmıştır" (PDF). T.C Resmî Gazete (türk). 2022-04-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Türk Bayrağının Marka ve Reklamlarda Kullanılamaması | Marka Tescil Ofisi.com". markatescilofisi.com (türk). 2020-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "T.C.CUMHURBAŞKANLIĞI : Türk Bayrağı". www.tccb.gov.tr (türk). 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Türk bayrağı nasıl asılır?". Sabah (türk). 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Türk Bayrağı Nasıl Asılır?". https://www.haberdenizli.com/ (türk). 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Standart Türk Bayrağı Ölçüleri - BAYRAK ÖLÇÜLERİ". ulusalbayrak.com (türk). 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Türk Bayrağı Ölçüleri". Türk Bayrakları (türk). 30 oktyabr 2015. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Yasal Bayrak Ölçüleri". www.istanbulbayrak.net (türk). 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Türk Bayrağı Kanunu". www.ttk.gov.tr (türk). 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Türkiye - Republic of Turkey, Türkiye Cumhuriyeti". crwflags.com (ingilis). 1997-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Turkey Flag Colors Hex, RGB & CMYK Codes". www.schemecolor.com (ingilis). 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Turkey Flag Colors - Flag Color - Hex, RGB, CMYK and PANTONE". Flag Color. 2 may 2019. 3 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Turkish Flag Color Color Palette". color-hex.com. 2018-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Bayrağında Hilal Bulunan 10 Ülke". Milliyet Haber (türk). 2020-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Türk bayrağına benzeyen bayraklar ve adları". www.turkbayrak.com.tr (türk). İstifadə tarixi: 3 sentyabr 2020.[ölü keçid]
- ↑ "TÜRK BAYRAĞI TÜZÜĞÜ". www.aydinbayrak.com (türk). 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "En güzel Türk Bayrağı resimleri! Ay yıldızlı Türk bayrağı görselleri…". www.sozcu.com.tr (türk). 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Hamburg: 'Alman-türk' Bayrağı, Müzeye Kaldırıldı". Haberler.com (türk). 2015-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Türk Bayrağı Kanunu" (PDF). mevzuat.gov.tr. 22 sentyabr 1983. 2020-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Drapeau de l'Union Islamique Européenne (Eurabia)". Bergolix (fransız). 19 sentyabr 2008. 2015-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ Biçer, Hatice. "Türk Bayrağı Hakkında Bilinmesi Gereken 30 Bilgi | Paratic". Paratic.com (türk). 5 may 2017. 4 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Türkiye'nin en büyük bayrağı Samsun'da dalgalanıyor". www.trthaber.com (türk). 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.
- ↑ "Göndere çekili Türk bayrağı nihayet değişti". www.sozcu.com.tr (türk). 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2020.