8°47′00″ c. e. 118°05′00″ ş. u.HGYO

Sumbava

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sumbava adası
ind. Sumbawa,
Ümumi məlumatlar
Sahəsi 15448 km²
Uzunluğu
  • 280 km
Eni 90 km
Hündür nöqtəsi 2850 m
Əhalisi 1,391,340 nəfər (2014-cü il)
Yerləşməsi
8°47′00″ c. e. 118°05′00″ ş. u.HGYO
Ölkə  İndoneziya
Sumbava adası xəritədə
Sumbava adası
Sumbava adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sumbava (ind. Sumbawa) — Kiçik Zond adalarının tərkibinə daxil olaraq İndoneziyanın ərazisidir. Onun ümumi sahəsi 15 448 km² təşkil edir. Adada 1,33 milyon[1] nəfər yaşayır. Onlar arasında Sumbavalılarda vardır. Adanın qərb hissəsində Sumbava-Besar şəhəri mərkəz olmaqla Sumbava diyarı, şərqində isə Boha şəhəri mərkəz olmaqla Bima diyarı yerləşir.

Sumbava ada İndoneziyada yerləşən adalar arasında islam və induizm arasında sərhəd rolunu oynayır. Adanın şərqi öz köklərinə bağlılığını qoruyub saxlamışdır.

Sumbava turistlərə özünün böyük dalğaları və ağ qumlu çimərlikləri ilə məşhurdur. Adanın turist qəbul etmə potensialının böyük olmasına baxmayaraq otellərin azlığı və adaya gəlmək üçün nəqliyyatın azlığı buranı daha az turistin gəlməsinə səbəb olur. Adada quru mövsümdə (apreldən noyabra qədər) güclü küləklər əsir. Küləklər okeandan ada istiqamətində əsir. Bu ərəfədə güçlü dalğalar olur. Yağışlar mövsümündə isə adanın görkəmi sanki dəyişir. Dərələri dağ ətəklərini və düzənlikləri yaşıllıqlar bürüyür.

Adada yerləşən dörd knyazlıq Macapaxit Şərqi Yava imperiyasından asılı olmuşdur. Adanın zəngin təbiəti yaponları, holland və makasarların adaya dəfələrlə hücumlar təşkil etmişlər. Holladlar adaya ilk dəfə 1605-ci ildə ayaq bassalarda adanı XX əsrin əvvələrinə qədər hec vaxt idarə etməmişdir. Bali çarlığı Sumbavanı qısa müddət ərazində idarə etmişdir.

Adanın coğrafi mövqeyi

Sumbava Sakit okean odlu həlqəsində yerləşir. Ada sərqdən qərbə doğru uzanlr. Uzunluğu 280 km və eni isə 90 km təşkil edir. Sumbavadan qərbdə Lombok, şərqdə isə Flores adası yerləşir.

Bu ada vulkanık məşəllidir. Adanın şimalında Tambora dağı yerləşir. 1815-ci ildə baş vermiş püskürmə tarixə məlum olan ən güçlü püskürmədir. Bu püskürmə nəticəsində 72 min insan həlak olmuşdur.

  1. "Indonesia (Urban City Population): Provinces & Cities - Statistics & Maps on City Population". Citypopulation.de. 2 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2014.