Sony
Sony | |
---|---|
ソニーグループ[1] | |
Ümumi məlumatlar | |
Tipi | İctimai şirkət |
Sənaye | Beynəlxalq sahədə fəaliyyət göstərən Şirkətlər Qrupu |
Məhsulları |
İstehlakçı elektronika Yarımkeçiricilər Video oyunlar Media / Əyləncə Kompüter avadanlığı Telekom avadanlığı |
Təsis tarixi | 7 May 1946[2] |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri | ▲ 137 Milyar US$ (2011) |
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı | 146,300 (2013)[2] |
Tərəfdaşlar | Sony Mobile Communications, Sony Interactive Entertainment, Sony Pictures Animation[d], Sony Pictures, Sony Pictures Motion Picture Group[d] |
Rəhbərlik | |
Təsisçilər | |
Rəhbərlik |
Masaru Ibuka Akio Morita Osamu Nagayama (İdarə Heyətinin sədri) Kazuo Hirai (Prezidenti və CEO) |
SONY Middle East | |
Vikianbarda əlaqəli mediafayllar |
Sony Corporation (yap. ソニー Sony) — transmilli şirkət. Mənzil qərargahı Yaponiya və ABŞ-dadır. 1946-cı ildə yapon mühəndisləri Akio Morita və Masaru İbuka tərəfindən Yaponiyada yaradılıb.
"Sony" sözü latın dilindən sonus (“səs”) və ingilis sözlərindən “sunny boys” (“günəşli oğlanlar”) sözlərindən yaradılmışdır. Morita dünyanın heç bir dilində olmayan sözü tapmaq istəyirdi. Yapon dilində “Sonny” sözünün tələffüzü (“sonni”) uğursuz biznesi xatırladan söz mənasını verdiyindən, o, “n” hərflərindən birinin pozulmasına qərar verir.
Hazırda Sony Corporation — Sony Group holdinqin tərkibinə daxildir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Sony Group əsas əməliyyat seqmenti:
- Sony Corporation
- Sony Computer Entertainment (Sony Playstation, video oyunlar )
- Sony Pictures Entertainment
- Sony Music Entertainment (musiqi alətləri).
- Sony Financial Holdings (maliyyə sferasında əməliyyatlar — sığorta, banklar)
- Sony (mobil telefonlar)
- Sony Vaio (noutbuklar)
- Sony Bravia (televizorlar)
2005-ci il üçün əməkdaşlarının sayı 151400 nəfər olmuşdur.
Maliyyə göstəriciləri
[redaktə | mənbəni redaktə et]2007—2008 maliyyə ili üçün satış dövriyyəsi 85,47 mlrd. $ (2006—2007 ildəki 79,95 mlrd. $-dan 6,9 % artıq) təşkil etmişdir. Xalis gəlir 3,56 mlrd. $ (2006—2007-ci ildəki 1,22 mlrd. $-dan 3 dəfə çox).
Tarixçə
[redaktə | mənbəni redaktə et]1945-ci ildə II. Dünya Müharibəsindən sonra Masaru İbuka, bombardman sonrasında xarabaya çevrilən Tokioda təmir dükanı açmışdı. Ertəsi il iş ortağı Akio Morita ilə birlikdə Tokyo Tsushin Kogyo Kabushiki Gaisya (东京 通信 工业 株式会社; qısaca: Tōtsūkō 东 通 工), adlı şirkəti qurdular. Bu şirkət Type-G adlı Yaponiyanın ilk kaset oxuducusunu istehsal etdi.
1950-ci illərin əvvəlində İbuka Amerikaya getdi və orada Bell Labs'in icadı olan transistoru eşitdi. Bell Labs'i transistorun lisenziyasını alıb öz şirkətində istifadə mövzusunda razı saldı. Bir çox Amerikan şirkəti transistoru hərbi məqsədli istifadə üçün düşünərkən İbuka bu icadı ünsiyyət üçün istifadə etməyi düşündü. Transistoru ilk dəfə Regency and Texas Instruments adlı şirkət istifadə etsə də, İbuka bu icadı ilk dəfə ticarət baxımdan müvəffəqiyyətli etdi.
1955-ci il Avqust ayında Tokyo Tsushin Kogyo, Sony TR-55-i satışa buraxdı.Bu məhsul Yaponiyanın ilk transistorlu radiosu idi. . Eyni ilin dekabr ayında isə, Sony TR-72 satışa çıxarıldı və bu məhsul həm daxildə, həm də xaricdə böyük maraq gördü. Bu məhsul bir çox xüsusiyyəti sayəsində 60-cı illərin ən məşhur radiosu oldu.
May 1956-ci ildə şirkət TR-6-nı satışa çıxartdı. Daşına bilən balonlu bu yeni radio, yenilikçi bir dizayn və daha yaxşı bir səs keyfiyyəti ilə bazara çıxarıldı. TR-6-nın reklamında Sony, cizgi film xarakteri "Atchan" (アッ ちゃん) 'ı istifadə etdi . Atchan xarakteri Fuyuhiko Okabe çəkmişdir. Bu xarakter hələlik Sony boyu olaraq bilinməkdədir. Bu xarakter, reklamda TR-6ı qulağına tuturdu.60 'cı illərin ortasına qədər Sony reklamlarında bu xarakteri istifadə etdi . 1957-ci ildə TR-65 modelini bazara sürdü.Bu radio o zamanların ən kiçik transistorlu radiosu idi. Bu hadisə dünya səviyyəsində ticarət baxımından bir uğur idi . Arizona Universiteti professoru Michael Brian Schiffer bir sözündə belə demişdi: "Sony ilk radio deyil, amma transistorlu radioların ən yaxşısıdır. TR-63 1957-ci ildə Amerikada marketlərə girdi və burada yeni bir sənaye başlatdı.Bu sənayenin adı istehlakçı mikroelektronikadır." 1950-ci illərin ortasında Amerikalı Genom transistorlu radioya böyük bir maraq göstərdi.Satışlar 1955-ci ildə 100.000 ikən 1968 sonunda 5.000.000 'a çatdı.
2006-cı ildə Sonynin mərkəzi binası Shinagawdan Minatoya köçürüldü.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.sony.com/ja/SonyInfo/News/Press/202005/20-039/.
- ↑ 1 2 "Sony Global – Corporate Information". 10 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2014.
- ↑ https://www.docketalarm.com/cases/Delaware_District_Court/1--13-cv-01762/Pragmatus_Mobile_LLC_v._Sony_Mobile_Communications_%28USA%29_Inc._et_al./6/#q=1-7-1+Konan.
- ↑ https://www.sie.com/corporate/history/2003_2012.html.
- ↑ 1 2 3 4 Sony Annual Report 2021 SEC 20-F.
Şirkət haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |