Sfalerit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sfalerit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
ZnS
Strunz təsnifatı II/B.01[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sfalerit
Sfalerit, Gədəbəy yatağı, Gədəbəy rayonu

Sfalerit – ZnS - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.                            

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Kleyofan – dəmirlə kasıb olan açıq rəngli və ya rəngsiz, marmatit–dəmirlə zəngin olan (Fe > 8-10 %) qara, prşibramit – kadmium (5 %-ə qədər) və başqa element qarışıqları ilə zəngin olan qırmızı, voltsit və qumuçionit – mərgümüşlü sfaleritlər; brunkit – ağımtıl-boz rəngli torpaqvari kütlələr.

Rəng – açıq-qəhvəyidən qaraya qədər, hərdənbir – sarı, yaşıl, qırmızı, narıncı, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ, sarı, boz; Parıltı – yarımmetal, almaz, qatran; Şəffaflıq – qeyri-şəffaf, hərdənbir yarımşəffaf, bəzən şəffaf; Sıxlıq – 3,9-4,1; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {110} rombododekaedr üzrə altı istiqamətdə tam mükəmməl; Sınıqlar – pilləvari: Lüminessensiya – sürtüldükdə və ya sındırıldıqda bəzən fosforessensiya müşahidə olunur; Başqa xassələr – piroelektrik xassəsi ilə səciyyələnir; Morfologiya – kristallar: tetraedrik, hərdənbir rombododekaedrik; İkiləşmə: {111} üzrə tez-tez qeyd olunur; Mineral aqreqatları: dənəvər və sıx kütlələr, ara-sıra kollomorf-zonal, böyrəkvari, qlobulyar aqreqatlar, qabıqlar, stalaktitlər.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Adətən hidrotermal yataqlarda, bəzən skarnlar içərisində yerləşən qurğuşun - sink yataqlarında qeyd olunur. Sfalerit fumarollar ilə də əlaqədar olaraq yaranır. İri bütöv filiz cisimləri və püruzları çökmə süxurlar içərisində yerləşən stratiform tipli yataqlarda qeyd olunur. Bəzən fosforit, pirit və siderit konkresiyalarının tərkibində iştirak edir. Ay süxurlarında və bəzi meteoritlərdə tapılmışdır. Birlikdə rast gəldiyi minerallar: qalenit, xalkopirit, pirit, pirrotin, tetraedrit, tennantit, kvars, barit, kalsit. Mineralın tapıldığı yerlər: Broken-Xill (Avstraliya); Sumeb (Namibiya); Prşibram, Kölerqrund (Çexiya); Olkuş (Polşa); Madan (Bolqarıstan); Uralın bir sıra kolçedan-polimetal obyektləri, Dalneqorski yatağı (Rusiya), Jayrem (Qazaxıstan); Sullivan (Kanada); «Missisipi vadisi tipli» çoxsaylı başqa yataqlar (ABŞ) və b. Azərbaycanda filizlərinin sənaye əhəmiyyətli əsas minerallarından biri sfalerit olan bir sıra kolçedan və polimetal yataqları (Filizçay, Katex, Katsdağ, Mehmana, Gümüşlük, Ağdərə və s.) məlumdur. Sfaleritə həmçinin bəzi digər filiz obyektlərində də rast gəlinir.

Sink almaq üçün ən mühüm xammaldır. Sfaleritin izomorf qarışıqlarının – kadmium, indium, germanium, qallium, selen və tellurun mənbəyidir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]