Seyiçi Miyake
Seyiçi Miyake | |
---|---|
yap. 三宅精一 | |
Doğum tarixi | 5 fevral 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 10 iyul 1982 (56 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | ixtiraçı |
Seyiçi Miyake (三宅 精一, Miyake Seyiçi?, 5 fevral 1926, Kuraşiki, Okayama prefekturası – 10 iyul 1982, Okayama) – Yaponiya mühəndisi və ixtiraçısı. O, görmə məhdudiyyətli şəxslərin yol keçidlərində hərəkətini asanlaşdırmaq üçün taktil plitələri ixtira etməsinə görə tanınır.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Seyiçi Miyake 5 fevral 1926-cı ildə Yaponiyanın Okayama prefekturasının Kuraşiki şəhərində doğulmuşdur.[2] Mühəndislik təhsili almış, bir neçə ixtiraya imza atmışdır.[2] 10 iyul 1982-ci ildə Okayama şəhərində ölmüşdür.[2]
İxtirası
[redaktə | mənbəni redaktə et]Miyake 1965-ci ildə görmə qabiliyyəti zəifləmiş dostuna kömək etmək üçün qabarıq səthlərlə təcrübələr aparmağa başlamış və sonda öz maddi vəsaiti hesabına taktil plitələri və ya orijinal adı ilə Tenci plitələrini ixtira etmişdir.[1] O, plitələrin iki növünü yaratmışdır: nöqtəli və zolaqlı. Zolaqlı plitələr təhlükəli yerə yaxınlaşdıqlarını bildirir və keçidlərin kənarında yerləşir.[1] Zolaqlı plitələr isə istiqamət bildirir.[1] O, görmə məhdudiyyətli şəxslərin əsasən müşayiətçi it və ya dəyənəklə hərəkət etdiyini düşündüyü üçün bu dizaynın uyğun olacağını qənaətinə gəlmişdir.[2] Miyake parlaq sarı rəngin görmə məhdudiyyətli şəxslər tərəfindən asan seçildiyini əsas gətirərək taktil plitələrin rəngini bu cür müəyyənləşdirmişdir.[2]
Miyakenin taktil plitələri ilk dəfə 18 mart 1967-ci ildə Yaponiyanın Okayama şəhərində yerləşən Okayama Korlar Məktəbinin yaxınlığındakı küçədə quraşdırılmışdır.[1] Taktil plitələrin istifadəsi yayılmış və 1975-ci ildə Yaponiyadakı dəmiryolu stansiyalarında icbari standart olmuşdur.[2] 1990-cı illərdə isə bütün dünyada istifadə olunmağa başlamışdır.[2]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Google 18 mart 2019-cu ildə Miyakenin taktil plitələri ixtira etməsinin 52 illiyi münasibətilə dudl yayımlamışdır.[1]