Sergey Karyakin
Sergey Karyakin | |
---|---|
rus. Серге́й Алекса́ндрович Каря́кин | |
Ölkə |
Rusiya Ukrayna |
Doğum tarixi | |
Doğum yeri | Ukrayna |
Titulu | qrosmeyster |
Son reytinqi |
|
Maksimal reytinqi | 2788 (iyul 2011) |
FİDE nömrəsi | 14109603 |
Mükafatları |
|
t.me/karjakinchess | |
Vikianbarda əlaqəli mediafayllar |
Sergey Karyakin (12 yanvar 1990[2], Simferopol[3][4][…]) — Ukraynada doğulmuş Rusiya qrosmeysterdir. O, 12 yaş 7 ayında ikən dünyanın ən gənc qrosmeysteri rekordunu qazanmışdır.
Karjakin iki dəfə Norveç turnirinin (2013, 2014-cü illər) və bir dəfə Corus Chess turnirinin qalibi olmuşdur (2009-cu il). Sergey həmçinin 2012-ci il Sürətli Şahmat üzrə Dünya Çempionatının qalibi olmuşdur.
Sergey üç dəfə Ukrayna, üç dəfə isə Rusiya komandaları tərkibində Olimpiada iştirakçısı olmuş, üç qızıl, iki gümüş, və bir bürünc medal qazanmışdır. O, 2013-cü il Antalyada keçirilən Komandalar arasında Dünya Çempionatında qızıl medal qazanmış Rusiya komandasının üzvü olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Karakin Simferopolda anadan olub. Şahmat oynamağı beş yaşında olanda öyrənib və 11 yaş 11 aylığında IM ( beynəxalq usta) olur. 2001-ci ildə 12 yaşlılar arasında Dünya Çempionu olur. 2002 Fide Dünya Çempionluğu ərəfəsində Karyakin ilk dəfə Ukraynalı Ruslan Ponomariovun yerlisi olduğu üçün diqqəti çəkdi. GM normasını 2002-ci ildə Moskvada Aeroflot turnirində, mayda Aluşta turnirində və avqusta Sudakda Beynəxalq turnirdə yığdı və Bu Xiangzhini keçərək ən gənc qrosmeyster oldu.
14 yaşıda Dortmund Sparkassen Şahmat Görüşündə blitzdə dünya çempionu Vladimir Kramniki məğlub elədi. 2004-cu ildə İspaniyada Bilbaoda keçirilən Kişi və Maşın Dünta Komanda Man vs Machine World Team Championship) komputeri udan yeganə şəxs idi, o ən gənc və ən az reytinqli oyuncu idi Deep Junioru udan. Sonrakı ildə dekabrın 20-dən 29-a kimi keçirilən Navarra turnirində Karyakin ikinci yerə çıxdı, birinci yerə Boris Qelfand çıxmışdır.
Karyakin 2005-ci ilin aprelində FİDE-nin reytinq listində top yüzlüyə daxil oldu, 2635 Elo reytinqi ilə 64-cü sırada qərarlaşmışdır. Mayın 14-dən 26-na kimi Rusiyanın Kirişi şəhərində keçirilən Dünyanın Gənc Ulduzları Turnirində 8½ (+7−3=1) qalib oldu. Turnirdən əvvəl Karyakin Yunanıstanda Nigel Shortla hazırlaşırdı, Afina hava limanına gedən zaman avtomobil qəzasına düşdü və kiçik zədə aldı. Daha sonra qeyd elədiki : demək olar ki, mənim qayğımda olan potensial gələcək dünya çempionunun ölümünə icazə verməklə şahmatın tarix yolunu dəyişdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ FİDE FIDE Standard Ratings as of 30 June 2023. 2023.
- ↑ Sergei Alexandrowitsch Karjakin // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ http://en.chessbase.com/post/trouble-brewing-for-world-championship-2014.
- ↑ http://en.chessbase.com/post/amber-carlsen-scores-a-fourth-2-0-knock-out/1.
- Yaşayan insanlar
- 12 yanvarda doğulanlar
- 1990-cı ildə doğulanlar
- II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər
- Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri
- Rusiyanın əməkdar idman ustaları
- Əlifba sırasına görə şahmatçılar
- Simferopolda doğulanlar
- Şahmat qrosmeysterləri
- Ukraynada doğulanlar
- Rusiya şahmatçıları
- Şahmatın blits növü üzrə dünya çempionları