Seneqal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Seneqal
République du Sénégal
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"Un Peuple, Un But, Une Foi" (fr.)
"Bir xalq, bir məqsəd, bir etiqad"
Himn: 
Pincez Tous vos Koras, Frappez les Balafons
Tarixi
 • Fransadan 4 aprel 1960
 • Mali Federasiyasindan çıxması 20 avqust 1960
Rəsmi dilləri
Paytaxt Dakar
İdarəetmə forması Qarışıq respublika
Prezident Bassirou Diomaye Faye [ 2.IV.2024 ]
Baş nazir Ousmane Sonko [ 3.IV.2024 ]
Sahəsi Dünyada 87-ci
 • Ümumi 196190 km²
 • Su sahəsi (%) 2,1
Əhalisi
 • Əhali 14 milyon nəfər (72-ci)
 • Siyahıyaalma (19.XI.2013) 13 508 715 nəf.
 • Sıxlıq 71 nəf./km² (137-ci)
ÜDM (AQP)
 • Ümumi 33,6 milyard dollar  (119-cu)
 • Adambaşına 2 300 dollar  (199-cu)
ÜDM (nominal)
 • Ümumi (2008-cu yer) $13 350 milyard dollar
 • Adambaşına $1 066 dollar
İİİ (2008) 0.502 (artış; 153-cü)
İnternet domeni .sn
ISO kodu SN
BOK kodu SEN
Telefon kodu +221
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SeneqalAfrikanın qərbində dövlət. Seneqal Afrikaın qərbində Seneqal çayının cənubunda yerləşir. Ölkə şimaldan Mavritaniya, şərqdən Mali, cənubdan QvineyaQvineya Bisau ilə həmsərhəddir. Bundan başqa ölkənin daxilində doğru uzanan Qambiya dövləti ilə sərhədi var. Şərq sahilərini isə Atlantik Okeanının suları yuyur.

.

Seneqal

Seneqalın Atlantik Okeanı ilə sahil xəttinin uzunluğu 531 km-dir. Sərhəd xəttinin uzunluğu Qambiya ilə 740 km, Mavritaniya ilə 813 km, Mali ilə 419 km, Qvineya ilə 330 km və Qvineya Bisau ilə 338 km təşkil edir.

Senegal ən yüksək zirvəsi (Adsız) - 581 m. Ərazisinin çox hissəsinin landşaftı düzdür, yalnız cənub hissəsində yüksəklir. İqlim Subtropikdir. Orta temperatur yanvar təxminən 23 °C, iyul ayında isə 28 °C -dir.

Şəhər Əhali(2005)
Dakar 2.145.193
Touba 475.755
Thiès 240.152
Kaolack 181.035
M'Bour 170.875
Saint-Louis 165.038
Rufisque 154.975
Ziguinchor 153.456

Əhalisi - 15,1 milyon nəfərdir (yanvar 2014 hesabatına görə). Şəhər əhalisi - 42% (2008-ci il hesabına görə). İllik artım tempi - 2.7% (məhsuldarlıq səviyyəsi - qadın başına 4,8 doğum).

Orta yaşam həddi - 59 il (57 - kişilər və 61 - qadınlar).

Qeyri-immun çatışmazlığı virusu (HİV) - 1% (2007-ci il hesabatına görə).

Etnik qruplar: 20 etnik qrup, onlardan ən böyüyü volof (43%), Fulani (24%) və serer (15%) var. Ağlar (əsasən Fransız dili) - 1%.

Təhsil səviyyəsi - 51% kişi, 29% -ni qadınlar (2002 görə).

Rəsmi dili - əhalinin 20% danışdığı Fransız dilidir. Milli dil kimi Ərəbcə (Hasaniye), Balanta-ganzha və başqa dillərdən istifadə edilir.

Din - Müsəlmanlar 94%, Xristianlar 5%, yerli inanclar 1% təşkil edir. Xristianların böyük əksəriyyəti - katolikdir, bundan başqa baptistlər, adventistlər, pentikostallar var.

Seneqalın təxminən 12 milyon əhalisi var və əhalinin təqribi 60 %-ni cavan insanlar təşkil edir. Əhalinin 95 %-i müsəlmandır.

1982-ci ilin fevralında Seneqal Qambiya ilə birlikdə Seneqambiya Konfederasiyası yaradır. Bu zaman ərazicə və əhali sayına görə kiçik olan Qambiya özünün hökumətinə, müstəqil maliyyə və xarici siyasətinə malik olur. Konfederasiya daxilində xarici siyasətin koordinasiya ediməsi, silahlı qüvvələrin, xüsusi xidmətin və nəqliyyat infrastrukturunun birləşdirilməsi nəzərdə tutulmuşdu. Sonradan Qambiya konfederasiyanın idarə edilməsində rolunun artırılmasını tələb etməyə başladı. Fikir ayrılıqlarına görə konfederasiya 1989-cu ildə fəaliyyətini dayandırdı. Sonrakı dövrdə hər iki dövlətin münasibətləri gərgin olaraq qalır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. http://chartsbin.com/view/edr.