Sasankva kameliyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sasankva kameliyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Sasankva kameliyası (lat. Camellia sasanqua) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin çaykimilər fəsiləsinin kameliya cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | vikimətni redaktə et]

Şərqi və Cənubi-Şərqi Asiyanın tropik və subtropiklərində bitir.

Botaniki təsviri

[redaktə | vikimətni redaktə et]

Hündürlüyü 250-300 sm, şaxələnmiş budaqlı həmişəyaşıl kol və ya kiçik ağacdır. Cavan zoğları tükcüklü, qonur-yaşıl və ya qonurdur. Yarpaqları dərili, parlaq, növbəli, qısa saplaqlı, dişli, tünd yaşıl, mərkəzi damarcıqda tükcülüdür. Çiçəkləri iri, oturaq, zoğların uclarında və ya qoltuqda yerləşir. Kasacığı tökülən, beş, açıq yaşıl, qısa tükcüklü kasayarpaqlardan ibarət, çiçək tacı beş, bəzən altı ləçəkli, ləçəkləri yumru-uzunsov, kənarları bütöv və ya zəif oyuqlu, ağdır. Erkəkcikləri çoxsaylıdır. Toxumları müxtəlif formalı, iti künclü, tünd qonur və ya təxminən qaradır. Sentyabr-dekabrda çiçəkləyir, meyvələri gələn ilin oktyabr-noyabrında yetişir.

Dağ yamaclarında, göllərin sahillərində, kolluqlarda bitir.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Park və bağlarda mədəni şəraitdə becərilir.

Bir çox ölkələrdə toxumlarından texniki və qida yağının alınması məqsədi ilə və dekorativ bitki kimi becərilir. Yarpaqlarda 1% efir yağı toplanır, əsas komponenti evqenoldur (95%-dək). Ədviyyat kimi istifadə edilir.

Homotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Thea sasanqua (Thunb.) Nois. ex Cels
  • Thea sasanqua var. thunbergii Pierre

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Sasanqua malliflora Raf.
  • Sasanqua odorata Raf.
  • Sasanqua vulgaris Nees
  • Camellia miyagii (Koidz.) Makino & Nemoto
  • Camellia sasanqua var. angustifolia Miq.
  • Camellia sasanqua var. fujikoana Makino
  • Camellia sasanqua var. lanceolata Miq.
  • Camellia sasanqua var. latifolia Miq.
  • Camellia sasanqua var. longifolia Miq.
  • Camellia sasanqua var. obtusifolia Miq.
  • Camellia sasanqua var. serrata (Siebold ex Kochs) Masam.
  • Camellia sasanqua var. thunbergii Pierre
  • Camellia tegmentosa (Koidz.) Makino & Nemoto
  • Thea miyagii Koidz.
  • Thea sasanqua var. serrata Siebold ex Kochs
  • Thea tegmentosa Koidz.