40°03′31″ şm. e. 44°23′11″ ş. u.HGYO

Sarvanlar (Zəngibasar)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Sarvanlar
40°03′31″ şm. e. 44°23′11″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 6,2 km²
Mərkəzin hündürlüyü 828 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.475 nəf. (2019)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Sarvanlar xəritədə
Sarvanlar
Sarvanlar

Sarvanlarİrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[1]

Toponim kəngərli qədim türk tayfasından olan sarvanlar etnonimi[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Rayon mərkəzindən 6 km cənub-qərbdə, Araz çayının yaxınlığında yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. Kəndin ilk adı Ulya Sarvanlar olmuşdur[3].

Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Sarvanlar ulya kimi göstərilir[4].

Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib Sis qoyulmuşdur.

Kənddə 1831-ci ildə 153 nəfər, 1873-cü ildə 970 nəfər, 1886-cı ildə 1024 nəfər, 1897-ci ildə 953 nəfər, 1904 - cü ildə 1465 nəfər, 1914-cü ildə 1910 nəfər, 1916-cı ildə 801 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].

1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 372 nəfər, 1926-cı ildə 418 nəfər, 1931-ci ildə 404 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə onlar yenidən öz kəndlərinə qayıtmış və 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən qırğınlarla deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır.

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.537
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.82
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.219
  5. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.82-83, 152-153