Sarı qızdırma
Sarı qızdırma | |
---|---|
XBT-10-KM | A95, A95.9, A95.1, A95.0 |
XBT-9-KM | 060.9[1][2], 060[1][2] |
DiseasesDB | 14203 |
MedlinePlus | 001365 |
MeSH | D015004 |
Vikianbarda əlaqəli mediafayllar |
Bu sarı qızdırma virusları tərəfindən törədilir.Törədici 1901 ci ildə W .Reed ,J.Carrol tərəfindən aşkarlanıb.Sarı qızdırma Afrika və Amerika qitələrində 1647 ci ildən məlumdur.Virus sferik formada olub,27–38 mkm böyüklüyündədir.Virus RNTdən,zülaldan və lipdlərdən ibarətdir.Virus 65 °C də 10 dəq yə ,1%li formalin təsirindən 1–2 günə tələf olur.Mühitin turş reaksiyasına davamsızdir.Bu viruslara meymun,ağ siçan,dəniz donuzu,kirpi və s həssasdır.Virus heyvanın daxili üzvlərində , beynində və qanında müşahidə olunur. Sarı qızdırma kəskin ağır keçən xəstəlik olub, insanlarda 30–60%hallarda ölümlə nəticələnir. Xəstəlik 2–6 günlük inkubatsion dövrdən sonra qəfildən temperaturun 40C yə qədər yüksəlməsilə başlayır. Bel nahiyyəsində kəskin ağrılar,gözün hiperemiyası, öd, qusma,anuriya halları meydana çıxır. 4–5 gündən sonra xəstənin vəziyyəti yaxşılaşır. Əksər hallrda isə bir neçə saatdan və ya bir iki gündən sonra yenidən temeratur yüksəlir, sarılıq meydana çıxır, selikli qişalarda qansızma müşahidə olunur. Sarı qızdırmadan sağalmış şəxslər ömürlük immunitet qazanır. Diaqnoz ağ siçanda və ya hüceyrə kulturasında virusun alınmasına əsasən qoyulur.Virusun rezervuarı meymun və ya insandır.Virus ağcaqanad vasitəsilə keçirilir.Xəstənin qanını sormuş ağcaqanad 9–12 gün yoluxucu olmaqla ,bütün ömrü boyu yoluxucu qalır.Xəstəliyin endemik ocağı Cənubi Amerika,Qərbi Afrika və Hindistan hesab edilir.
Epidemiologiyası
[redaktə | mənbəni redaktə et]Sarı qızdırma transmissiv xəstəlikdir.Amerikada Haemoqoqus və Aedes,Afrikada Aedes africanus və başqa ağcaqanadlar yayır.Xəstəliyin 2 ocağı məlumdur.təbiət ocağı və antrapurgik (şəhər) ocağı . Təbiətdə ağcaqanad meymunlardan,gəmiricilərdən və kirpidən yoluxur. Həşəratın bədənində virus 8–12 günə çoxalır. Şəhərlərdə infeksiya mənbəyi insan,keçirici Aedes aegypti — dir. Xəstəlik epidemiya şəklində yayılır. İnsanın sarı qızdırmaya həssaslığı yüksəkdir.
Patogenezi və patoloji anatomiyası
[redaktə | mənbəni redaktə et]Yoluxmadan sonra virus əvvəlcə limfa vəzilərində çoxalır, və hematogen disseminə edərək damarları, qaraciyəri, böyrəkləri , baş beyni zədələyir. Damar keçiriciliyi artır.
Klinikası
[redaktə | mənbəni redaktə et]İnkubasion dövr 10 günə qədərdir. Başlanğıc,hiperemiya dövrü 3–4 gün çəkir.Güclü üşütmədən sonra qızdırma dərhal 40Cyə yüksəlir. Başda,beldə,oynaqlarda ağrı, baş gicəllənmə əmələ gəlir.Xəstələr həyəcanlı olur, yuxusuzluq,yanğı,ürəkbulanma və qusmadan şikayətlənirlər.Nəbz xeyli sürətlənir,hipotoniya olur. Remessiya dövrü xəstəliyin 4–5ci günlərindən əlamətlərin zəifləməsi,və yüngül formada itməsi ilə xarakteriza olunur. Ağır formada isə remissiya dövrü olmur,və xəstəlikreaktiv və ya venoz durğunluq dövrünə keçir.Yəni başlanğıc dövrünün əlamətləri daha da kəskinləşir.
Virus
[redaktə | mənbəni redaktə et]Hazırda tropik bölgələrdə görülür və vektorlar vasitəsi ilə insanlara yoluxur. Təsirli bir aşının varlığına baxmayaraq bir çox Afrika və Cənubi Amerika ölkəsində hemorragik xəstəliyin əsas səbəblərindən biridir. Sarı sözü bəzi xəstələrdə görünən sarılıq simptomundan gəlir.
Xəstəliyi önləmək
[redaktə | mənbəni redaktə et]Malyariyada olduğu kimi ağcaqanadlardan qorunmaq böyük əhəmiyyət daşıyır. Sarı qızdırmadan peyvənd ilə qorunmaq da mümkündür. Sarı qızdırmanın yerləşdiyi yerlərə gedənlərdən və ya bu bölgələrdən başqa ölkələrə keçənlərdən sarı qızdırmaya qarşı peyvənd olunması mütləqdir. Peyvənd, peyvənddən 10 gün sonra və ömür boyu etibarlıdır. Digər vaksinlərlə eyni vaxtda, fərqli yerlərə tətbiq oluna bilər.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Sarı qızdırma epidemiyası haqqında Arxivləşdirilib 2018-09-24 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Disease Ontology (ing.). 2016.
- ↑ 1 2 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |