Saman xudat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Saman xudat (VIII əsr, Bəlx vilayəti)—Samanilər sülaləsi əmirlərinin ulu babası.

Saman xudat bin Hamidan [1] Bəlxdə yaşamışdı.

Sülalənin banisi Saman-xudat (Saman-ata) ilk dəfə siyasi arenada VIII əsrin birinci rübündə peyda olur. Mənbələrə görə, bu dövrdə Saman –xudat Bəlxdən Xorasanın ərəb valisi Əsəd İbn Abdullah Əl Kəsrinin (və ya Əl Kuşairinin ) yanına, Mərvə gəlib onun vasitəsilə islamı qəbul etmiş və onun şərəfinə öz oğluna Əsəd adı vermişdir. Sonra o, öz oğlu ilə birlikdə Xorasanda Əbu Müslümün Əhli-Beyt hərəkatında iştirak etmişdir. Sonradan onun oğlu Əsəd, görünür ikinci dəfə İslamı, Mərvdə olduğu zaman Xəlifə Əl Məmnunun öz əlindən qəbul etmişdir. Saman-xudatın nəvələri, yəni Əsədin oğulları Nuh, Əhməd, Yəhya və İlyas Xəlifə tərəfinə keçərək Rəfi İbn Əl Leysin Orta Asiyadakı Əhli-Beyt hərəkatının ikinci üsyanının yatırılmasında iştirak etmişdilər. Xidmətlərinə görə, Mərvdən Bağdada getməzdən əvvəl Xəlifə Əl-Məmnun onları Maverənnəhrdəki şəhərlərə hakim təyin etmişdi.

Samanilər sülaləsinin soyadı əcdad Saman-xudatın adı ilə bağlıdır. Mənbələrə görə o, Bəlx vilayətində yerləşmiş Saman məskəninin yaradıcısı və sahibi idi. Digər mənbələrə görə, Saman qəsəbəsi Səmərqənddə və ya Termezdə yerləşirdi. Saman adlı yaşayış məntəqəsi qədim mənbələrdə Buxara, Rey, İsfahan və hətta Hindistanda qeyd olunub. Beləliklə, aydın olur ki, «Saman» toponimi orta əsrlərdə nəinki bütün Orta Asiya, eləcə də ondan xaricdə də geniş yayılmışdı. [2]

  • Г.Хидоятов: Саманиды - проблема истории (глава из книги "Крушение Саманидов").
  • Босворт К.Э. Мусульманские династии. М., Наука, 1971
  • Негматов Н.Н. Государство Саманидов. Мавераннахр и Хорасан в IX–X вв. Душанбе, «Ирфон», 1977
  1. Бартольд. Туркестан. С. 267; Наршахи. С. 97.
  2. Ş.S.Kamoliddin, Samanilərin mənşəyi məsələsinə dair, Taşkənd.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]