Səngəçal
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
SƏNGƏÇAL | |
---|---|
40°10′00″ şm. e. 49°27′46″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qaradağ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Səngəçal – Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Tarixi
[redaktə | mənbəni redaktə et]Əslində bu yerin adı Səngəçal deyil, Səngəçar olmalıdır. Bölünən söz olub "Səngə" (sənə) və "çar" vurğularında özünü göstərir. Bu sözlər də ayrı-ayrılıqda böyük mənalar daşıyır. İlk baxışda Səngəçal mənası ilə ad çaxmaq daşına bağlanır. Səng - daş, 2-ci mənası səngi - məhək sınaq daşı (qoşa mənasında, yəni qızılı, gümüşü yoxlayan daş), 2-ci mənası - sınaq daşı, 3-cü mənası səngi - sitəm, daş kimi ağır dərd. Bu baxımdan, bəsit formada Səngəçal çaxmaq daşı olan yer mənasını daşıyır (Bax. ə.f. lüğ. səh. 551).
Toponim kimi ağ daş mənasını daşıyan Səngəçal qəsəbəsinin ərazisində 1936-37-ci illərdə dəmir yolu stansiyası fəaliyyət gostərmiş və dəmiryolçular üçün barak tipli ilk yaşayış evləri salınmışdır. 1940-ci ilədək burada kiçik balıqçılar zavodu olmuş və yerli sakinlərin əksəriyyəti burada işləmişlər. 1940-cı illərin ikinci yarısından etibarən Səngəçal qəsəbəsinin ərazisində hərbi əsirlər ucun yeni barak tipli evlər tikilmiş, iki hərbi hissə yaradılmış və hərbi şəhərcik salınmışdır. 1956-cı illədək Səngəçal qəsəbəsi Duvannı rayonunun tərkibində olmuş, 1956-ci ildə Molotov (Qaradağ) rayonunun tərkibinə verilmiş və 1968-ci ildə qəsəbə inzibati vahidliyi kimi təşkil olunmuşdur.[1]
Sangaçal qəsəbəsi Ərazisində Mədəni İrs nümunələri
Sanqaçal qəsəbəsi ərazisində Karvansara (XV əsr)
Sanqaçal qəsəbəsi yaxınlığında “Miadjik” ərazisində Karvansara (XV əsr)
Sanqaçal qəsəbəsi yaxınlığında “Miadjik” ərazisində Sofi Həmid türbəsi (XVIII əsr)
Dövlət əhəmiyyətli Arxeoloji Abidələr
Sənqəçal qəsəbəsi yaxınlığında “Miadjik” ərazisində ovdan (XV əsr)
Sanqaçal qəsəbəsi ərazisində iki ovdan
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Qəsəbədə AzərEnerji Sənqəçal Elektrik Stansiyası fəaliyyət göstərir. 2001-ci ildə Səngəçal qəsəbəsi yaxınlığında dünyadakı ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı tikilib.
İstinadlar
[redaktə | mənbəni redaktə et] Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |