Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət.[1]
Sənayenin inkişafı
[redaktə | mənbəni redaktə et]Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi.[2] Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar. Bəzi sübutlara görə qədim zamanlarda Roma imperiyası və ya Çin Han sülaləsi kimi böyük iqtisadiyyatlar müəyyən sənaye sahələrində daha mərkəzləşdirilmiş istehsal məqsədilə fabriklər inkişaf etdirmişdirlər.[mənbə göstərin]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Əliquliyev R.M., Valehov C.F., Mahmudov R.Ş. İnternet-jurnalistikanın formalaşmasının bəzi aspektləri. Ekspress informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2008, 32 səh.
- ↑ "Industrial Revolution - Facts & Summary". history.com (ingilis). 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.