Sürayə Ağayeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sürayə Ağayeva
Doğum tarixi 29 aprel 1947(1947-04-29)
Doğum yeri
Vəfat tarixi 19 oktyabr 2024(2024-10-19) (77 yaşında)
Elmi dərəcəsi
  • sənətşünaslıq üzrə fəlsəfə doktoru[d]
Elmi adı
İş yerləri
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Ağayeva Sürayə Xosrov qızı (29 aprel 1947, Bakı19 oktyabr 2024) — Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Əməkdar incəsənət xadimi, professor.

29 aprel 1947-ci ildə Bakıdan dünyaya gəlmişdir. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi idi. Muğam sənəti ilə bağlı Azərbaycan, rus, türk, fars, ingilis dillərində çap olunmuş çoxsaylı materilların müəllifidir.[1] 95 elmi əsəri çapdan çıxıb.[2] 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adı ilə təltif olunub.[3]

19 oktyabr 2024-cü ildə vəfat edib.[4]

  1. "AĞAYEVA SÜRƏYYA XOSROV QIZI".
  2. "Ağayeva Sürayə Xosrov qızı". science.gov.az. İstifadə tarixi: 2024-10-19.
  3. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-10-19.
  4. "Əməkdar incəsənət xadimi Sürayə Ağayeva vəfat edib". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-19.