Royal Bank

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Royal Bank
Ümumi məlumatlar
Sənaye bank
Məhsulu Maliyyə xidmətləri
Təsis tarixi 1993
Bağlanma tarixi 2 avqust 2012
Baş qərargahın yeri
royalbank.az/new/view/de…

Royal bank – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilmişdir.

Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minmişdir.

25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilmişdir. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlamışdır. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanmışdır.

Bakının royal bankası – nın rəsmi adı "Royal Bank of Baku Açıq Səhmdar Cəmiyyəti" dir. Bank 1993-cü ilin avqust ayında "ÖZ BANK" adı altında səhmdar kommersiya bankı kimi yaradılmışdır. Bank öz fəaliyyətini 2 avqust 1993-cü il tarixindən Milli Bank tərəfindən verilmiş 158-saylı lisenziyaya əsasən fəaliyyət göstərir. İndiki rəhbərlik Bank üzərində nəzarətini 2004-cü ildən özünə götürmüş və idarəetmə və maliyyə sisteminin yenidən təşkili proqramını başlamışdır.

2006-cı ildə, Bakı Fond Birjasında bank hissələrinin və qeydlərinin gostərilməsi səbəbindən Royal Bank of Baku – nın rəsmi statusu Açiq Səhmdar Cəmiyyəti-nə dəyişilmişdir.

2012 iyul 13 tarixində Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin qərarı ilə "RoyalBank"a verilən bank fəaliyyətinə dair lisenziya geri alınıb.

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]