Rass Kun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rass Kun
Şəxsi məlumatlar
Doğum tarixi 8 sentyabr 1975(1975-09-08)[1] (49 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi
demo.nauru.gov.nr/hon-ru…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rass Cozef Kun (8 sentyabr 1975[1], Ubenid[d]) — naurulu siyasətçi, Nauru Respublikasının keçmiş daxili işlər naziri (2012-ci ildə), Nauru-nun UNESCO üzrə Milli Komissiyasının üzvü (2008–2010 və 2012–2013-cü illərdə), Nauru Respublikasının keçmiş prezidenti (29 sentyabr 2022 – 30 oktyabr 2023).[2]

Kun 8 sentyabr 1975-ci ildə anadan olub.[3] 2003 və 2004-cü illərdəki ümumi seçkilərdə nəzarətçi kimi fəaliyyət göstərib.[4][5] O, 2005-ci ildə Ticarət Sənaye və Sərvətlər Nazirliyinin katibi vəzifəsini icra etmişdir.[6] 2008-ci ildə Baş Katib, 2012-ci ildə Daxili İşlər Naziri vəzifələrini icra etmişdir.[7][8] Parlamentə gəlməzdən əvvəl Ticarət, Sənaye və Ətraf Mühit Nazirliyində çalışmışdır. Kun həmçinin 2008–2010 və 2012–2013-cü illərdə YUNESKO üzrə Nauru Milli Komissiyasının üzvü olmuşdur.[9][10][11] O, ilk dəfə Nauru parlamentinə 2013-cü ildə Ubenide seçki dairəsindən dörd millət vəkilindən biri olaraq seçilmişdir. 2016, 2019 və 2022-ci illərdə yenidən seçilmişdir.[12]

Kuhn Ümumdünya Korrupsiyaya qarşı parlamentarilər Təşkilatının (GOPAC) üzvüdür. GOPAC seminarında iştirak etdikdən sonra o, Nauru Parlamenti üçün etika kodeksinin hazırlanması səylərinə rəhbərlik etmişdir. Bu məqsədlə o, Parlamentin Liderlik Məcəlləsi daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.[13]

2022-ci il ümumi seçkilərindən sonra parlamentin ilk iclasında Kun Nauru prezidentliyinə yeganə namizəd idi. O, sentyabrın 29-da kabineti ilə birlikdə and içdi. Onun şəxsi portfelinə xarici işlər, ədliyyə və sərhəd nəzarəti daxil idi.[14]

25 oktyabr 2023-cü ildə parlamentdən Kunun əleyhinə etimadsızlıq votumu verildi. 30 oktyabrda David Adanq parlament tərəfindən gizli səsvermə yolu ilə prezident seçildi.[15]

  1. 1 2 http://ronlaw.gov.nr/nauru_lpms/files/gazettes/2036ff91550db96c4cfa0815669bd3d6.pdf.
  2. "28 sentyabr Pacific news xəbərlərinin qısa icmalı". RNZ News. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-22.
  3. Deigidoa, Gideon (16 June 1976). "Births, Deaths and Marriages". Republic of Nauru Government Gazette (27): 4. Archived from the original on 4 July 2022. Retrieved 28 September 2022.
  4. Star, T. W. (30 April 2003)."G. N. No. 110/2003". Republic of Nauru Government Gazette (34): 4. Archived from the original on 1 October 2022. Retrieved 1 October 2022.
  5. Solomon, Camilla (20 October 2004). "Appointment of Scrutineers". Republic of Nauru Government Gazette (84): 7. Archived from the original on 1 October 2022. Retrieved 1 October 2022.
  6. Solomon, Camilla (30 November 2005). "Appointment of Acting Secretary for Commerce Industry & Resource". Republic of Nauru Government Gazette (99): 3. Archived from the original on 5 June 2023. Retrieved 1 October 2022.
  7. "G. N. No. 237 / 2008". Republic of Nauru Government Gazette (62): 1. 4 June 2008. Archived from the original on 5 June 2023. Retrieved 1 October 2022.
  8. "G. N. No. 161/ 2012". Republic of Nauru Government Gazette (35): 1. 28 March 2012. Archived from the original on 4 June 2023. Retrieved 1 October 2022.
  9. Solomon, Camilla (20 February 2008). "G. N. No. 74 / 2008".Republic of Nauru Government Gazette (17): 1. Archived from the original on 4 June 2023. Retrieved 1 October 2022.
  10. Grundler, Bernard (16 March 2012). "G. N. No. 149/ 2012". Republic of Nauru Government Gazette (34): 2. Archived from the original on 4 June 2023. Retrieved 1 October 2022.
  11. Paravanoor, Sasikumar (17 June 2013). "G. N. No. 446 / 2013". Republic of Nauru Government Gazette (95): 2. Archived from the original on 4 June 2023. Retrieved 1 October 2022.
  12. Ligaiula, Pita (28 September 2022). "Russ Kun elected Nauru president unopposed". PINA. Archived from the original on 28 September 2022. Retrieved 29 September 2022.
  13. "Establishing Anti-Corruption Practices in the Pacific Region". The Parliamentarian. 96 (4). Archived from the original on 29 September 2022. Retrieved 29 September 2022.
  14. https://www.rnz.co.nz/international/pacific-news/475732/nauru-s-new-president-takes-oath. RNZ. 29 September 2022. Archived from the original on 29 September 2022. Retrieved 29 September 2022.
  15. "Taiwan congratulates new Nauru President David Adeang". Focus Taiwan. 30 October 2023. Archived from the original on 2 November 2023. Retrieved 30 October 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]