Ramiz Məlik-Aslanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ramiz Məlik-Aslanov
Ramiz Lütfəli oğlu Məlik-Aslanov
Ümumi məlumatlar
Doğum tarixi 14 mart 1942(1942-03-14) (82 yaş)
Doğum yeri
Atası Lütfəli Məlik-Aslanov
Anası Valentina Yermakova
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1991 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1981
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2019

Ramiz Lütfəli oğlu Məlik-Aslanov (14 mart 1942, Bakı) — Azərbaycan dirijoru, professor (1993), Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Beynəlxalq müsabiqələr laureatı.

Ramiz Məlik-Aslanov 14 mart 1942-ci ildə Bakıda anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir.

Uşaqlıqdan musiqi ilə məşğul olmağa başlamış, altı yaşından İsaak Mixayloviç Turiçin sinfində təhsil almışdır. Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) təhsil alaraq 1959-cu ildə buranı bitirmiş.

1959–1965-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) violonçel sinfi üzrə, 1966-cı ildən isə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında (indiki N. A. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) opera-simfonik dirijorluq ixtisası üzrə aspiranturada təhsilini davam etdirmişdir.[1]

Musiqi məktəbində oxuduğu illər ərzində SSRİ xalq artisti Müslüm Maqomayevla parta yoldaşı olmuş, musiqi məktəbini bitirdikdən sonra dost qalmışlar.

Ramiz Məlik-Aslanov aspiranturanın 5-ci kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dirijor assistenti vəzifəsində çalışmağa başlamış, həmin il "Qırmızı papaq" uşaq operasını tamaşaya hazırlamışdır. Leninqradda təhsilimi başa vurduqdan sonra isə Azərbaycan SSR Dövlət Televiziya və Radiosunun Simfonik Orkestrinin baş dirijoru təyin edilmişdir.[2] Həmin orkestrlə bir çox ölkədə qastrol səfərində olmuşdur.

1977–1979-cu illərdə Qahirə Konservatoriyasının orkestrində çalışmış, 1980–1987-ci illərdə yenidən Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri ilə çalışaraq orkestrin bədii rəhbəri və dirijoru olmuşdur.

1988-ci ildə İraqa dəvər edilərək buradakı milli simfonik orkestrinin baş dirijoru vəzifəsində, Azərbaycana qayıtdıqdan sonra isə Bakı Musiqi Akademiyasında Opera hazırlığı kafedrasının müdiri vəzifəsində çalışmışdır. Bir müddət sonra isə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin baş dirijoru təyin olunmuşdur. sonra isə Türkiyədə çalışmağa başlamışdır.[1]

1995–2022-ci illərdə İstanbul Universitetinin Dövlət Konservatoriyası orkestrinin baş dirijoru işləmiş.

2002-ci ildə Makedoniyaya dəvət olunaraq 2008-ci ilədək Makedoniya Milli Simfonik Orkestrinə baş dirijor kimi fəaliyyət göstərmişdir.

Ramiz Məlik-Aslanov Üzeyir Hacıbəyovun bir çox əsərlərinə, o cümlədən operalarından parçalara dirijorluq etmişdir. O, Moskva, Sankt-Peterburq və London Kral Simfonik Orkestrlərini idarə etmiş, Aberdin, Bethoven, Babil, Oxrid və bir sıra başqa festivallarda iştirak etmişdir.

Həyat yoldaşı: Tamilla Əli qızı Muxtarova (08.04.1937, Bakı)
Övladları: Teymur (24.11.1970, Bakı), Zaur (20.07.1974, Bakı)

"Azərbaycan Respublikasının xalq artisti" — 17 may 1991-ci il[3]
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" — 30 dekabr 1981-ci il
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2019-ci il

  1. 1 2 "Görüşlər…". Musiqi dünyası. 2013-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  2. "Пришло время создать карабахский симфонический оркестр!". karabach.czaz. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  3. "Respublikanın musiqi-ifaçılıq sənəti xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 19 October 2022 tarixində arxivləşdirilib.
  • Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142.
  • N. A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, "Səda", Bakı, 2001, səh. 30–31 ISBN 5-86871-204-4
  • E. E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 169 ISBN 9952-25-001-0