Ramiz Fətəliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ramiz Fətəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyun 1946(1946-06-07) (78 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti ssenarist, kinorejissor

Təltifləri "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2016 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1987
"Şöhrət" ordeni

Fətəliyev Ramiz Məmmədəli oğlu (7 iyun 1946, Bakı) — Azərbaycan kinossenaristi,[1] Azərbaycan Respublikası Xalq Artisti.[2][3]

Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib.[4] Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub.

1974–1975-ci illərdə "Azərbaycanfilm" kinostudiyasıın ssenari-redaksiya kollegiyasının üzvü olmuş və həmin dövrdən yaradıcılıq bioqrafiyası azərbaycan kinematoqrafiyası ilə bağlı olmuşdur. 1985–1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışmışdır. 1987–1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990–1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olmuşdur. Ramiz Fətəliyevin ssenariləri üzrə "Azərbaycanfilm"də "Rəqiblər" (kinonovella), T. Bəkirzadə ilə birgə "Ömrün ilk saatı", "Dənizə çıxmaq qorxuludur" (V. Qonçarova, Ə. Əbluçla birgə), "Birisi gün, gecəyarısı" (M. Avdiyev, A. Donetslə birgə), "Sizi dünyalar qədər sevirdim", "Burulğan" (E. Quliyevlə birgə), "Xüsusi vəziyyət", "Akarsızlıq şəraitində", "Yaramaz" (V. Mustafayevlə birgə), SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq, o cümlədən "Öz səadəti", "Köhnə məktublar", "Qraçlar", "Mənasız həyat" (Ukrayna), "Altıncı", "Hər cür rsqsiz", "Həyatın mənası" (Özbəkistan) bədii filmləri çəkilmişdir. 2002-ci ildən Ramiz Fətəliyev kinoda həm də rejissor kimi fimlər çəkir. O , "Bir anın həqiqəti" (12 seriyalı), "Məhəllə", "Qraf Krestovski" və s. bədii televiziya filmlərinə quruluş vermişdir. O, 1986–1995-ci illərdə kinostudiyanın direktoru olmuşdur[5].

SSRİ-nin bir sıra kinostudiyalarında ssenariləri çəkilib.

Ramiz Fətəliyev Azərbaycan Respublikasının xalq artisti, respublika Dövlət mükafatı laureatıdır.

6 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə Ramiz Fətəliyev "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə" "Şöhrət" ordeni[6] və "Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə" "Xalq artisti" fəxri adı[7] ilə təltif edilib.

2019-cu ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.[8]

Quruluşçu rejissor

[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi

[redaktə | mənbəni redaktə et]

Dialoqların müəllifi

[redaktə | mənbəni redaktə et]

Yaradıcılıq birliyinin rəhbəri

[redaktə | mənbəni redaktə et]
  1. Fətəliyev, R. "Hökmdarın taleyi" filmində mühüm tarixi səhvlər buraxmışıq: Ramiz Fətəliyev: Filmdə lap min nəfər də ölsə, hər çey ideyaya xidmət etməlidir": [Ssenarist -rejissor Ramiz Fətəliyevlə müsahibə] //Xalq cəbhəsi.- 2015.- 31 iyul.- S. 15.
  2. "Prezidentdən Ramiz Fətəliyevlə bağlı 2 sərəncam". 2016-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
  3. CBC. "İncəsənət xadimlərinə ali mükafat verildi" (az.). Youtube.com. 07.10.2016. 2021-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-09.
  4. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  5. "AzFilm". www.azerbaijanfilm.az. 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2016.
  6. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar R.M.Fətəliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (azərb.). 6 iyun 2016. 2021-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2016.
  7. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar R.M.Fətəliyevə "Xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az. 6 iyun 2016. 2017-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2016.
  8. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. "Kinematoqrafçılar İttifaqı 2019-cu ilin "Milli Kino Mükafatı" sahiblərinin adını açıqlayıb" (az.). Mct.gov.az. 26.07.2019. 2019-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 310–311.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]