Ramil Usubov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ramil Usubov
Vəzifədədir
20 iyun 2019-cu ildən
Prezidentİlham Əliyev
29 aprel 1994 – 20 iyun 2019
PrezidentHeydər Əliyev
İlham Əliyev
ƏvvəlkiVaqif Novruzov
SonrakıVilayət Eyvazov
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri
11 avqust 1993 – 29 aprel 1994
SonrakıMürsəl İsayev
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi
1991 – 1992
Naxçıvan MSSR daxili işlər naziri
1987 – 1989
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1948(1948-12-22) (76 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Rusiya DİN İdarəsinin Akademiyası[d]
Fəaliyyəti dövlət qulluqçusu
Rütbəsi
General-polkovnik

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 1998 "Şərəf" ordeni — 2023 "Şöhrət" ordeni — 2018 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018 "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Polisinin 90 illiyi (1918–2008)" yubiley medalı "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" yubiley medalı "Ədliyyə sahəsində fərqlənməyə görə" medalı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)" yubiley medalı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
Sovet İttifaqı və Rusiya
1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı "Döyüş birliyinə görə" medalı
digər dövlətlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramil İdris oğlu Usubov (22 dekabr 1948, Xocalı, DQMV) — Azərbaycan siyasi xadimi, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi.[1] [2] O, daha əvvəl Azərbaycanın 7-ci daxili işlər naziri (1994–2019), Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (1987–1989, 1993–1994) vəzifələrində çalışıb.

Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olmuşdur. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir.

Ramil Usubov 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışmışdır.[3]

1987-ci ildə Ramil Usubov Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur.[3]

Ramil Usubov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.[3]

Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.

Ramil Usubov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmiş[4] və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir.[5]

  • 24 dekabr 1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
  • 2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunmuşdur.[6]
  • 29 iyun 2018-ci ildə Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
  • 22 dekabr 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[7]
  • 25 dekabr 2023-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.[8]

Ramil Usubov ailəlidir, Emil və Raul adında 2 oğul və 1 qız övladı var.

  1. Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edilib. gulustan.info [ölü keçid]/
  2. "Ramil Usubov appointed secretary of Security Council under Azerbaijani president. en.trend.az". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-20.
  3. 1 2 3 "Azərbaycanın Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində Azərbaycanın daxili işlər naziri Ramil İdris oğlu Usubovun səhifəsi az". www.mia.gov.az. 24.12.2018. 2010-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
  4. "R.İ.Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı" (az.). president.az. 2019-06–20. 2019-06–20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06–20.
  5. "R.İ.Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı" (az.). president.az. 2019-06–20. 2019-06–20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06–20.
  6. "Polşa prezidentinin Azərbaycanın hansı vəzifəli şəxslərini təltif etdiyi dəqiqləşdirildi". 2012-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
  7. "Ramil İdris oğlu Usubovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı. (az.)". www.e-qanun.az. 24.12.2018. 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
  8. R. İ. Usubovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı