Rahat Əliyev
Rahat Əliyev | |
---|---|
qaz. Raxat Älïyev | |
| |
Doğum tarixi | 10 dekabr 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 24 fevral 2015 (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Dəfn yeri |
|
Vətəndaşlığı |
SSRİ→ Qazaxıstan |
Həyat yoldaşı |
|
Uşaqları | |
Təhsili | |
Fəaliyyəti | diplomat, iqtisadçı, siyasətçi, iş adamı |
Elmi dərəcələri | |
Vikianbarda əlaqəli mediafayllar |
Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı – 24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri;[1] Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur.
1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir.[2]
Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb.[2]
Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.[2]
2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur.[2] 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib.[2]
Həbsi və vəfatı
[redaktə | vikimətni redaktə et]Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub.[1] Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir.[2] Özü də "Nurbank"ın səhmdarı olan Rahat Əliyevi 2007-ci ildə həmin bankın rəhbərləri – idarə heyətinin sədri Əbilmajin Gilimov və idarə heyəti sədrinin sabiq birinci müavini Joldas Timirəliyevin oğurlanmasında ittiham edirlər.[2]
Onun barəsində Qazaxıstanda qiyabi məhkəmə keçirilmiş və 40 il müddətinə azadlıqdan məhrum edilmişdi.[3] O, 2007-ci ilin yazından xarici ölkələrdə gizlənirdi.[3]
Nəhayət 2014-cü il iyunun 5-də Vyanada tutulub[3] və həmin vaxtdan Avstriyada həbsdə idi;[4] Onun Qazaxıstana ekstradisiya edilməsi məsələsi Avstriya tərəfindən imtina edilib.[5] 2015-ci ilin fevral ayının 24-də Avstriya həbsxanasında intihar edib.[1]
Ailəsi
[redaktə | vikimətni redaktə et]Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qızı Dariğa Nazarbayeva ilə evli olub.[1] Onlar 1983-cü ildə evlənib.[2] Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d. 2000) adlı 3 övladları var.[6]
2007-ci Dariğa Nazarbayeva ilə ayrıldıqdan sonra Avstriya vətəndaşı olan Elnarə Şorazova ilə evlənmişdir.[5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 Prezident: “Qızım ağlayaraq nəvələrimlə...” Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine axar.az, 01.07.2015 (az.)
- ↑ 1 2 3 4 5 6 7 8 Nazarbayevin keçmiş kürəkəni Vyana həbsxanasında özünü asıb Arxivləşdirilib 2023-07-06 at the Wayback Machine. bbc.com, 24.02.2015 (az.)
- ↑ 1 2 3 Prezident: "Niyə insanlar elə düşünür ki, 3 nəvəmin atasını mən tutdurmuşdum?" Arxivləşdirilib 2015-07-02 at the Wayback Machine atv.az, 01.07.2015 (az.)
- ↑ Nazarbayevin keçmiş kürəkəninin qalmqallı ölüm səbəbi[ölü keçid]. anspress.com, 27.02.2015 (az.)
- ↑ 1 2 Qazaxıstan prezidentinin eks qatil kürəkəni Kipr vətəndaşlığı almaq istəyir[ölü keçid]. anspress.com, 25.12.2013 (az.)
- ↑ "Алиев Рахат Мухтарович (персональная справка)" (rus). Zakon.kz. 10 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2015.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "Kazakhstan cracks down on press freedom on eve of leading OSCE" Luke Harding, The Guardian, 29 December 2009
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 10 dekabrda doğulanlar
- 1962-ci ildə doğulanlar
- Almatıda doğulanlar
- 24 fevralda vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- 52 yaşında vəfat edənlər
- Vyanada vəfat edənlər
- Vyana mərkəzi qəbiristanlığında dəfn olunanlar
- İqtisad elmləri doktorları
- Tibb elmləri doktorları
- Bioqrafik qaralamalar
- Qazaxıstanın Avstriyadakı səfirləri
- İntihar edən şəxslər
- Həbsdə ölən şəxslər