Rafiq Savalan
Rafiq Savalan | |
---|---|
Rafiq İmanqulu oğlu Ağayev | |
Doğum tarixi | 1 dekabr 1940 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 29 oktyabr 2023[1] (83 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı |
Üzvlüyü | |
Mükafatları |
Ağayev Rafiq İmanqulu oğlu (1 dekabr 1940, Bakı – 29 oktyabr 2023[1]) — nasir, publisist, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1976), Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1971)
Həyatı
[redaktə | mənbəni redaktə et]Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada alıb. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləyib (1956–1958). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1958–1964). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlayıb (1964–1966). Kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966–1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975–1996) vəzifələrində çalışıb.
Teleşirkətdə "Səhər" proqramının baş redaktor müavini vəzifəsində işləyirdi (1996-cı ildən). Hər bazar günü uşaqların maraqla dinlədikləri "Biləyən" radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktoru idi (1975-ci ildən). Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib. Son illər televiziya və dövri mətbuatda islam tərbiyəsi mövzusunda çıxışlar edib, "İmam Əli" (22 seriya) və "İmam Rza" (29 seriya) filmlərinin dublyajına rəhbərlik edib.
30 oktyabr 2023-cü ildə vəfat edib.[2]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Nigarın nağılları. Bakı: Gənclik, 1979, 95 səh.
- Ağ qızılın nağılı. Bakı: Gənclik, 1985, 35 səh.
Tərcümələri
[redaktə | mənbəni redaktə et]- L. N. Tolstoy. Əsərləri. XII c. Bakı: Yazıçı, 1983, 233 səh.
- L. N. Tolstoy. Əsərləri. XVI c. Bakı: Yazıçı, 1984, 292 səh. (şərikli)
- V. V. Ovçinnikov. Palıd kökləri. Bakı: Azərnəşr, 1985, 300 səh.
- M. M. Zoşşenko. Lenin haqqında hekayələr. Bakı: Gənclik, 1988, 40 səh.
- F. Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı: Elm, 1990, 256 səh.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Dağlı çörəyi (film, 2007)
- Bakı milyonçuları. Ağa Musa Nağıyev (film, 2008)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://oxu.az/culture/796466.
- ↑ Bakuplus. ""AzTV"nin sabiq rəhbəri vəfat edib" (az.). Bakuplus.az. 30.10.2023. İstifadə tarixi: 2023-10-31.
- 1 dekabrda doğulanlar
- 1940-cı ildə doğulanlar
- 29 oktyabrda vəfat edənlər
- 2023-cü ildə vəfat edənlər
- 83 yaşında vəfat edənlər
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- Azərbaycan Jurnalistlər Birliyinin üzvləri
- Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Bakıda doğulanlar
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycanlı tərcüməçilər
- Ssenaristlər