Rəfael Abbasov
Rəfael Abbasov | |
---|---|
Rəfael Abbas oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (77 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Janrlar | portret, natürmort, peyzaj |
Stil | realizm |
Mükafatları |
Rəfael Abbas oğlu Abbasov (28 noyabr 1943, Bakı – 3 dekabr 2020) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006).
Həyatı
[redaktə | mənbəni redaktə et]Rafael Abas oğlu Abasov 28 noyabr 1943-cü il də Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1968-1974-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. 1967-ci ildən başlayaraq respublika və beynəlxalq sərgilərin iştirakçısı olan Rafael Abasov realizm üslubunda portret, natürmort və mənzərə janrında əsərlər çəkmişdir. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.
Əsərləri Almaniya, ABŞ, Meksika, Hollandiya, Avstriya, Rusiya, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Koreya, Şri Lankada nümayiş etdirilib və Azərbaycan, Almaniya, ABŞ, Meksika, Koreya, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarusiya, Rusiya qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 29 dekabr 2006[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 29 dekabr 2006. 20 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2020.