Qubad Qasımov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qubad Qasımov
Qubad Abdulla oğlu Qasımov
Doğum tarixi 27 iyul (8 avqust) 1896
Doğum yeri
Vəfat tarixi 1993
Vəfat yeri
İxtisası Musiqi tarixi
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti tarixçi, musiqişünas
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru[d]
Elmi adı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qasımov Qubad Abdulla oğlu (27 iyul (8 avqust) 1896, Qarğabazar, Cəbrayıl qəzası1993, Bakı) — musiqişünas, tarix elmləri namizədi (1949), Azərbaycanın Əməkdar mədəniyyət xadimi (1968), Üzeyir bəy Hacıbəyovun bacanağı.

Qubad Qasımov 1896-cı ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində anadan olmuşdu. Orta təhsilini doğma kəndlərində almışdı. 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1940–1944-cü illərdə ADK-da musiqi elmi-tədqiqat kabinəsinin elmi işçisi, 1944–1945-ci illərdə SSRİ EA Azərbaycan filialının incəsənət sektorunun, 1945-ci ilin aprelindən isə Azərbaycan EA-nın İncəsənət İnstitutunun elmi katibi işləmiş, 1955-ci ildən Memarlıq və İncəsənət İnstitutunda teatr və musiqi şöbəsinin müdiri, baş elmi işçi olmuşdu. Üzeyir bəy Hacıbəyovun ədəbi-publisistik və musiqi yaradıcılığına dair tədqiqatların — "Ü. Hacıbəyov" monoqrafiyası (1945, rusca; 1949, azərbaycanca), "Ü. Hacıbəyov. Biblioqrafiya" (1947), çoxsaylı məqalələrin müəllifi, Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən nəşr edilən "Ü. Hacıbəyov" biblioqrafiyasının (1976, 1985) müəlliflərindən biridir. Üzeyir bəy Hacıbəyovun ədəbi və elmi irsinin toplanması, tərtib və nəşr olunmasında xidməti var.[1][2][3]

Qubad Qasımov 1993-cü ildə vəfat edib.

  1. "Касимов Кубад Абдулла оглы". uzeyirbook.musigi-dunya.az. 2013. 4 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2022.
  2. "Qasımov Qubad Abdulla oğlu". photoirs.musigi-dunya.az. 2018. 15 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2022.
  3. "Azad edilmiş torpaqlarımızın musiqiçiləri: Qubad Qasımov". medeniyyet.az. 2020. 15 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2022.