Qualidea Code

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qualidea Code
Anime serialının posteri. Personajlar (soldan sağa): Hotaru Rindo, Mayhime Tenkava, İçiya Suzaku, Kanariya Utara, Asuha ÇiqusaKasumi Çiqusa.
クオリディア・コード
(Kuoridia Kōdo)
azərb. Kvalidia kodu
Janr döyüş, fövqəltəbii
Manqa
Kuzu to Kinka no Qualidea
ManqakaSo Saqara
Vataru Vatari
RəssamSaboten
NəşriyyatShueisha
Demoqrafiyakişilər
Nəşr tarixi23 yanvar 2015 – hazırda
Cildlər1 (cild siyahısı)
Manqa
Itsuka Sekai o Sukū Tame ni: Qualidea Code
ManqakaKoşi Taçibana
RəssamKiyotaka Haymura
NəşriyyatFujimi Shobo
Demoqrafiyakişilər
Nəşr tarixi18 iyul 2015 – 20 yanvar 2016
Cildlər2 (cild siyahısı)
Manqa
Sonna Sekai wa Kowashiteshimae: Qualidea Code
ManqakaSo Saqara
RəssamKantoku
NəşriyyatMedia Factory
Demoqrafiyakişilər
Nəşr tarixi23 oktyabr 2015 – 24 iyun 2016
Cildlər2 (cild siyahısı)
Anime
RejissorKeniçi Kavamura
ProdüsserYoşito Danno
Masazuki Kato
Takahaşi Yuba
Masao Sato
SsenaristKoşi Taçibana
So Saqara
Vataru Vatari
BəstəkarTaku İvasaki
StudiyaA-1 Pictures
KanalTokyo MX, GYT, GTV, BS11, tvk, CTC, ABC, AT-X
Buraxılış tarixi10 iyul 2016 – 24 sentyabr 2016
Seriyalar12 (seriya siyahısı)
Manqa
Dōdemo Ii Sekai Nante: Qualidea Code
ManqakaVataru Vatari
RəssamSaytom
NəşriyyatShogakukan
Demoqrafiyakişilər
Nəşr tarixi20 iyul 2016 – hazırda
Cildlər1
  Anime və manqa portalı

Qualidea Code (クオリディア・コード, Kuoridia Kōdo?, azərb. Kvalidia kodu‎)Shueisha nəşriyyatının Dash X Bunko imprinti, Fujimi Shobo nəşriyyatının Fujimi Fantasia Bunko imprinti, Media Factory nəşriyyatının MF Bunko J imprinti, Shogakukan nəşriyyatının Gagaga Bunko imprinti və Shueisha nəşriyyatının "Jump Square" jurnalı tərəfindən yaradılmış Yaponiya multimedia layihəsi. Orijinal konsepsiya Marvelous şirkəti və Speakeasy yazıçı qrupu (Koşi Taçibana, So Saqara və Vataru Vatari) tərəfindən işlənib hazırlanmışdır. 2015-ci ildə 3 ranobenin nəşr olunması ilə başlamışdır və 2016-cı ildən manqası da nəşr olunur. Keniçi Kavamuranın rejissorluğu ilə A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 10 iyul 2016-cı ildən 24 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır.

"Qualidea Code"-da hadisələr bəşəriyyətin "Naməlum" adlandırılan düşmənə qarşı müharibə etdiyi dünyada baş verir. Bir neçə on il əvvəl naməlumların işğalı zamanı yetkinlər uşaqlarını xilas etmək üçün onları soyuq yuxuya salırlar. Uşaqlar oyananda bədənlərinin "Dünya" adlandırılan xüsusi güclər əldə etdiyini öyrənirlər. Yaponiyanı naməlumların işğalından qorumaq üçün bu uşaqlar Tokio, Kanaqava və Çiba müdafiə şəhərlərini qururlar və xüsusi güclərindən istifadə edərək döyüşməyə başlayırlar.

İçiya Suzaku (朱雀 壱弥, Suzaku Ichiya?)
Səsləndirən: Soma Sayto[1]
İçiya "Sonna Sekai wa Kowashiteshimae" ranobesinin əsas personajıdır. Tokio şəhərinin lideridir. İçiya çox lovğa oğlandır və digərləri haqqında kiçik düşünür. Uşaqlıqda ona köməklik göstərən şəxslərə hörmət edir. Onun dünyası qravitasiyanı manipulyasiya etməkdir,[2] və bu "Azad qravitasiya" adlanır. Uşaqlıq dostu Kanariyaya qarşı sevgi hislərinin olduğu görünür
Kanariya Utara (宇多良 カナリア, Utara Kanaria?)
Səsləndirən: Yui İşikava[1]
Tokio şəhərinin müdafiəsində iştirak edir və İçiyadan sonra Tokionun ikinci ən əhəmiyyətli şagirdidir. Kanariya İçiyanın uşaqlıq dostudur və ondan bir yaş böyükdür, lakin Kanariya soyuq yuxuda 1 il çox qaldığından yaşı İçiyanın yaşı ilə eynidir. O, İçiyanı "İççan" kimi çağırır. Kanariya uça bilmədiyindən döyüşlərdə digər uşaqlar onu daşıyır. Onun dünyası sağaltmadır[2] və İçiya tərəfindən "Qəlb isidən" adlandırılır. İçiyaya qarşı sevgi hislərinin olduğu və bu hislərin qarşılıqsız olmadığı görünür.
Asuha Çiqusa (千種 明日葉, Chigusa Asuha?)
Səsləndirən: Çika Anzay[3]
Çiba şəhərinin müdafiəsində iştirak edir və Çibanın ən əhəmiyyətli şagirdidir. Kasuminin kiçik bacısıdır. Onun dünyası müxtəlif obyektləri kontrol etməkdir.[2]
Kasumi Çiqusa (千種 霞, Chigusa Kasumi?)
Səsləndirən: Yuuma Uçida[3]
Kasumi "Dōdemo Ii Sekai Nante" ranobesinin əsas personajıdır. Çiba şəhərinin müdafiəsində iştirak edir və Asuhadan sonra Çibanın ən əhəmiyyətli ikinci şagirdidir. Asuhanın böyük qardaşıdır və bacısı onu "Onii" çağırır. İçiya və Kasumi bir-biriləri ilə yola getmirlər, həmişə bir-birilərinə qarşı təhqiedici sözlər işlədirlər. Kasuminin dünyası sistem axtarmaqdır.[2] Özü ilə həmişə snayper gəzdirir və əla snayperçidir. Kanariyaya qarşı sevgi hisləri bəsləyir, lakin bunu üzə vurmur.
Mayhime Tenkava (天河 舞姫, Tenkawa Maihime?)
Səsləndirən: Aoy Yuuki[4]
Mayhime "Itsuka Sekai o Sukū Tame ni" ranobesinin əsas personajıdır. Kanaqava şəhərinin müdafiəsində iştirak edir. Qayğısız və uşaqtəhər şəxsiyyətə malikdir, lakin əla liderdir. Dünyası çox güclüdür, lakin bunu kontrol etməkdə çətinlik çəkir.
Hotaru Rindo (凛堂 ほたる, Rindō Hotaru?)
Səsləndirən: Ayaka Fukuhara[4]
Kanaqava şəhərinin müdafiəsində iştirak edir və Mayhimedən sonra Kanaqavanın ən əhəmiyyətli ikinci şagirdidir. Mayhime onun uşaqlıq dostudur, ona böyük hörmət bəsləyir və onu "Hime" kimi çağırır. Mayhime onun yanında olmayanda özünü narahat hiss edir. Onun dünyası vizual əlaqədir.[2]
Aoy Yaeqaki (八重垣 青生, Yaegaki Aoi?)
Səsləndirən: Sora Amamiya[5]
Kyuutoku Asanaqi (朝凪 求得, Asanagi Kyūtoku?)
Səsləndirən: Hiroaki Hirata[5]
Ayri Yunami (夕浪 愛離, Yunami Airi?)
Səsləndirən: Mamiko Noto[5]
Zakuro Otonaşi (音無 柘榴, Otonashi Zakuro?)
Səsləndirən: Şiori İzava
Qinko Sacihara (佐治原 銀呼, Sajihara Ginko?)
Səsləndirən: Natsumi Fucivara
Mahiru Ookuni (大國 真昼, Ookuni Mahiru?)
Səsləndirən: Sayaka Ohara

Dörd "Qualidea Code" ranobesi yazılmışdır və müəllifləri fərqlidir.[6] İlk ranobe "Kuzu to Kinka no Qualidea" (クズと金貨のクオリディア?) Sabotenin rəssamlığı So Saqara və Vataru Vatari tərəfindən yazılmışdır. Shueisha nəşriyyatı ranobenin ilk cildini 23 yanvar 2015-ci ildə buraxmışdır. İkinci ranobe "Itsuka Sekai o Sukū Tame ni: Qualidea Code" (いつか世界を救うために -クオリディア・コード-?) and illustrated by Kiyotaka Haymuranın rəssamlığı ilə Koşi Taçibana tərəfindən yazılmışdır. Fujimi Shobo 18 iyul 2015-ci ildən 20 yanvar 2016-cı ilə kimi iki cildini buraxmışdır. Üçüncü ranobe "Sonna Sekai wa Kowashiteshimae: Qualidea Code" (そんな世界は壊してしまえ ‐クオリディア・コード‐?) Kantokunun rəssamlığı ilə So Saqara tərəfindən yazılmışdır. Media Factory 23 oktyabr 2015-ci ildən 24 iyun 2016-cı ilə kimi iki cildini buraxmışdır. Dördüncü ranobe "Dōdemo Ii Sekai Nante: Qualidea Code" (どうでもいい 世界なんて ‐クオリディア・コード‐?) Saytomun rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılmışdır. Shogakukan ranobenin ilk cildini 20 iyul 2016-cı ildə buraxmışdır. Animenin ranobe adaptasiyası 25 avqust 2016-cı ildə buraxılmışdır.[7] Riso Maeda tərəfindən istehsal olunmuş manqa adaptasiyası 2016-cı ilin dekabrından Shueisha nəşriyyatının "Jump Square" jurnalında nəşr olunur.[8]

Cild siyahısı

[redaktə | mənbəni redaktə et]

Kuzu to Kinka no Qualidea

Yapon nəşr tarixiYapon ISBN
1 23 yanvar 2015[9]ISBN 978-4-08-631024-6

Itsuka Sekai o Sukū Tame ni: Qualidea Code

Yapon nəşr tarixiYapon ISBN
1 18 iyul 2015[10]ISBN 978-4-04-070611-5
2 20 yanvar 2016[11]ISBN 978-4-04-070612-2

Sonna Sekai wa Kowashiteshimae: Qualidea Code

Yapon nəşr tarixiYapon ISBN
1 23 oktyabr 2015[12]ISBN 978-4-04-067782-8
2 24 iyun 2016[13]ISBN 978-4-04-068318-8

Dōdemo Ii Sekai Nante: Qualidea Code

Yapon nəşr tarixiYapon ISBN
1 20 iyul 2016[14]ISBN 978-4-09-451621-0

Keniçi Kavamuranın rejissorluğu ilə A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı[15] 10 iyul 2016-cı ildən 24 sentyabr 2016-cı ilə kimi nümayiş etdirilmişdir. Serial Crunchyroll vasitəsilə də yayımlanmışdır.[16] Anime serialının ssenarisi Speakeasy kimi tanınan, Koşi Taçibana, So Saqara və Vataru Vatari tərəfindən ibarət qrup tərəfindən yazılmışdır. Hisayuki Tabata Matsuryunun orijinal dizaynlardan istifadə edərək personajları dizayn etmişdir. Musiqi Taku İvasaki tərəfindən bəstələnmişdir.[5] Birinci və ikinci açılış mahnıları "Brave Freak Out""AxxxiS" mahnılarıdır, hər iki mahnısı LiSA tərəfindən ifa olunmuşdur. Birinci bağlanış mahnısı ClariS tərəfindən ifa olunan "Gravity" mahnısı, ikinci bağlanış mahnısı Garnidelia tərəfindən ifa olunan"Yakusoku -Promise Code-" (約束 -Promise code-?) mahnısı, üçüncü bağlanış mahnısı isə ClariS və Garnidelia tərəfindən ifa olunan "Clever" mahnısıdır.[17][18] Animenin seriyaları 21 sentyabr 2016-cı ildən 22 fevral 2017-ci ilə kimi 6 BD/DVD cildində buraxılacaq.[19][20] Animedə üç ranobenin – "Itsuka Sekai o Sukū Tame ni", "Sonna Sekai wa Kowashiteshimae""Dōdemo Ii Sekai Nante" ranobelərinin əsas personajları yer almışdır.

Seriya siyahısı

[redaktə | mənbəni redaktə et]
Azərbaycanca başlıq[a]
Yaponca başlıq[21]
Yayım tarixi[22]
1 "Sağ qalan dünya qloriyası"
"Zanzon Sekai no Guroria" (残存世界のグロリア) 
10 iyul 2016
2 "Tünd göy karikatura"
"Konpeki no Karikachua" (紺碧のカリカチュア) 
17 iyul 2016
3 "Səssiz ariya"
"Shinkan no Aria" (森閑のアリア) 
24 iyul 2016
4 "Kömür mədənindəki bülbül"
"Tankō no Kanaria" (炭鉱のカナリア) 
31 iyul 2016
5 "Balaca şahzadənin reqaliyası"
"Shōkōjo no Regaria" (小公女のレガリア) 
7 avqust 2016
6 "Memoriya qurtarışı"
"Guze no Memoria" (救世のメモリア) 
13 avqust 2016
7 "Qurtuluş paranoyası"
"Kyūsai no Paranoia" (救済のパラノイア) 
20 avqust 2016
8 "Tərs kvaliya"
"Hanten no Kuoria" (反転のクオリア) 
27 avqust 2016
9 "Zəncirləri qırma ideyası"
"Hangoku no Idea" (反獄のイデア) 
3 sentyabr 2016
10 "Mürəkkəb qeyd folkloru"
"Fukuin no Fōkuroa" (福音のフォークロア) 
10 sentyabr 2016
11 "Dipol familiya"
"Sōkyoku Famiria" (双極ファミリア) 
17 sentyabr 2016
12 "Parlaq dünyanın kvalidiası"
"Sanzen sekai no kuoridia" (燦然世界のクオリディア) 
24 sentyabr 2016
  1. Başlıqlar Crunchyroll-dan götürülmüşdür.
  1. 1 2 "Qualidea Code TV Anime Casts Sōma Saitō, Yui Ishikawa". Anime News Network. February 4, 2016. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  2. 1 2 3 4 5 "Qualidea Code – Introduction". Manga.Tokyo. Donika. March 2, 2016. September 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  3. 1 2 "Qualidea Code TV Anime Casts Chika Anzai, Yūma Uchida". Anime News Network. February 10, 2016. 2018-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  4. 1 2 "Qualidea Code TV Anime Casts Aoi Yūki, Ayaka Fukuhara". Anime News Network. January 20, 2016. 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  5. 1 2 3 4 "Qualidea Code TV Anime Casts Sora Amamiya, Hiroaki Hirata, Mamiko Noto". Anime News Network. June 16, 2016. 2020-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  6. "Goods - クオリディア・コード" (Japanese). A-1 Pictures. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  7. "Goods". Qualidea Code official website (Japanese). Speakeasy. April 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 13, 2017.
  8. "[クオリディア・コード] 原作/Speakeasy(さがら総×橘公司×渡 航) 漫画/前田理想" (Japanese). Shueisha. September 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 13, 2017.
  9. "クズと金貨のクオリディア" (yaponca). Shueisha. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  10. "いつか世界を救うために" (yaponca). Fujimi Shobo. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  11. "いつか世界を救うために2" (yaponca). Fujimi Shobo. 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  12. "そんな世界は壊してしまえ" (yaponca). Media Factory. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  13. "そんな世界は壊してしまえ2" (yaponca). Media Factory. 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  14. "どうでもいい 世界なんて" (yaponca). Shogakukan. 2021-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  15. "Qualidea Code TV Anime Project Announced With Promo Video". Anime News Network. December 19, 2015. 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  16. "Crunchyroll to stream Qualidea Code in Americas". Anime News Network. June 23, 2016. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  17. "Action TV Anime Qualidea Code Will Premiere in July". Anime News Network. March 26, 2016. 2020-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-27.
  18. "ClariS, GARNiDELiA Collaborate on 3rd Qualidea Code Anime Ending Theme". Anime News Network. August 6, 2016. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  19. "Blu-ray&DVD 第1巻" (Japanese). A-1 Pictures. 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  20. "Blu-ray&DVD 第6巻" (Japanese). A-1 Pictures. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  21. "Story" (Japanese). A-1 Pictures. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  22. "クオリディア・コードの放送情報 - アニメ - TOKYO MX" (Japanese). Tokyo MX. 2016-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]