Qreyslend

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qreyslend

Qreyslend (ing. Graceland) — 1939-cu ildə ABŞ-nin Memfis şəhərində tikilən malikanə. Bu yer məşhur amerikalı müğənni və aktyor — Elvis Preslinin evi kimi məşhurluq qazanmışdır.

Malikanə Elvis Presli bulvarında yerləşir. 1982-ci ildə Qreyslend kütlənin ora baş çəkməsi üçün açılmışdır. Malikanəni Elvis Preslinin keçmiş həyat yoldaşı Prissilla Presli əhalinin ora baş çəkməsi üçün açmış və evin bütün interyerini dəyişmişdir.

Elvis Qreyslenddə

[redaktə | mənbəni redaktə et]
Elvis Preslinin Qreyslenddəki məzarı

1957-ci ildə Elvis öz ailəsi üçün Memfis ətrafındakı Vaythevendə yerləşən Qreyslend malikanəsini alır. Bu yer 14akr torpağa malik olmaqla yanaşı, Elvisə bu yeri əldə etmək elə də ucuz başa gəlməmişdir. Buna görə o, 100 000 dollarından keçməli olmuşdur. Beləliklə, bu yer Elvisin öz anasına danışdığı uşaqlıq arzularının həyata keçməsi idi: "Nə vaxtsa mən varlı olacam, bütün ətraf dəyişəcək, mən sizə hamımızın birlikdə yaşayacağı gözəl ev alacam. Daha siz işləməyəcəksiniz, başqaları sizin üçün işləyəcək" . Qreyslend Elvis üçün hər şeyə çevrilmişdir. O, burada özünün adət etdiyi vərdişlərlə: at çapmaq, yığıncaqlar təşkil etmək, dincəlməklə məşğul ola bilirdi. Qreyslendin həyətində hovuz yerləşir. Elvisin üzməyi bacarmamasına baxmayaraq, o şezlonqda uzanıb dostları ilə uzun müddət danışmağı xoşlayırdı. Qreyslend iki yaşayış mərtəbəsi və 23 otaqdan, bir neçə tikilidən, ofis, hovuz, Meditation Garden (bu gün bura Elvis ailəsinin dəfn mərasimi yeri kimidir), bağ və çəmənlikdən ibarətdir.

Qreyslendin interyeri 1950-ci illərdəki görkəminin qoruyub saxlaya bilməmişdr. Elvis tez-tez evin avadanlığnı dəyişərək məşhur dizaynerlərin mebellərini alırdı. Qonaq otağının interyeri çəhrayı-qara-qızılı rəngdə idi və 50-ci illərdə Elvisin vizit kartı idi. Elvisin yataq otağı ispan stilində — qırmızı-qara qammada idi, yerə qırmızı-qızılı rəngdə xalça sərilmiş, tavan güzgülü, divar isə qara məxmər və dəridən idi. Qapıdan sol tərəfdə Elvisin nəhəng çarpayısı yerləşirdi. Onun rəfiqələrindən biri bu çarpayı barədə bu sözləri söyləmişdir: "Bir neçə insandan ibarət bütöv bir ailənin yerləşə biləcəyi qəbir idi". Yataq otağının tavanından 2 televizor asılmışdı. Burada həmçinin, Elvisin evin müxtəlif hissələrində baş verən hadisələri görməsi üçün videomüşahidə kamerası qoyulmuşdu.

1971-ci ildə Elvis və Prissilla Presli boşandılar. Həyatının o dövründə Elvis Qreyslendin bütün interyerini dəyişir. Prisçillanın seçdiyi bütün mebelləri otaqlardan götüzdürür. Bütün mebellər açıq-qırmızı rəngə boyanır. Bu Qreyslendə Elvis tərəfindən edilən sonuncu dəyişiklik idi.

Qreyslenddə albomların yazılması

[redaktə | mənbəni redaktə et]

Today albomu çıxdıqdan sonra Elvis yeni mahnılarının yazılması üçün RCA studiyasına getməkdən imtina edir. RCA səyyar studiyaya malik olduğundan birbaşa Qreyslendə gəlir. Sessiya 1976-cı il 2 fevral tarixində "Jungle Room"a 6gün müddətində davam etmişdir. Bu müddət ərzində 12 mahnı yazılmışdır. Sonuncu albom Moody Blue da Qreyslenddə yazılmışdır.

Qreyslend bu gün

[redaktə | mənbəni redaktə et]

Bugün Qreyslend orada olmaq istəyən hər kəs üçün açıqdır, lakin burada şəkil və video çəkmək qadağandır. Bu malikanədə Elvis Presli və onun valideynləri Vernon Presli və Qledis Lav Smitin qəbirləri yerləşir.

Qreyslend haqda sitat

[redaktə | mənbəni redaktə et]

"Mən ancaq Qreyslenddə olanda özümü evimdəki kimi hiss edirəm. Bura mənim evimdir. Mən burdan başqa heç harda yaşamaq istəməzdim….."

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]