Qovurğa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qovurğa[1]Azərbaycan milli mətbəxinə daxil olan yemək növlərindən biri. Günün istənilən vaxtı yeyilir

Tərkibi və hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]

Tərkibi:Kərə yağı, buğda, çətənə və küncüt. Qızdırılmış saca əvvəlcədən arıtlanaraq təmizlənmiş buğda əlavə edilir. Qovurğalıq buğda təxmini 8–10 dəqiqə ərzində qovrulur. Küncüt və çətənə də eyni minvalla ancaq buğdadan fərqli olaraq az vaxt ərzində qovrulur. Qovrulmuş buğdanı, küncütü, çətənəni bir yerə yığaraq qarışdırılır. Süfrəyə qoz, fındıq, badam ləpəsi ilə birgə təqdim olunur. Qədim Azərbaycan bayramı olan Novruz bayramında bərəkət simvolu kimi “qovurğa” qovrulurdu əsasən Quba ,Xaçmaz və Şəki , Zakatala zonası üçün xasdır Xüsusilə Qubalılar bayramı qovurğa ilə yola verir əsasən Bərğov kəndi qovurğa hazırlamalarına görə ilk yerlərdə qərarlaşır

  1. "Qovurğa". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-27.