Qaracalar (Saatlı)
Qaracalar | |
---|---|
39°52′49″ şm. e. 48°18′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Saatlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1033 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | Az 4919[1] |
Qaracalar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.Qaracaların mərkəzi 39°52'39"N 48°17'13"E-dır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisinin sayı 1033 nəfərdir.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Qaracalar oykonimi qılıclı tayfasının qaracalar tirəsinin adı ilə bağlıdır. Qılıclı/qılınclı tayfası keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir.[3] Hal-hazırda Azərbaycan Respublikasının müxtəlif rayonlarında Qılıclı adlı obyektlər vardır.[4]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Saatlı rayonunun Varxan kəndinin inzibati ərazi vahidində yerləşir. Araz çayının sahilində, Muğan düzündədir.
Qaracalar kəndinin iqlimi əsasən mülayim-isti iqlim tipidir. Yayı isti, qışı isə mülayimdir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kənddə əsasən pambıq, taxıl, arpa, şəkər çuğunduru, yonca və s. bitkilər becərilir. Torpağı münbit olduğuna görə ildə 2 dəfə məhsul almaq olur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. II cild, səh. 21.
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. II cild, səh. 53.