Qaladan tapılan mücrü (film, 1982)
Qaladan tapılan mücrü | |
---|---|
Janr |
detektiv macəra uşaq |
Rejissor | Gülbəniz Əzimzadə |
Ssenari müəllifləri |
Svetlana Qasımova Semyon Listov |
Baş rollarda |
Kamran Şahmərdanov — Mənsur Ülvi Səfərov — Ənvər Samirə Qarayeva — Nərgiz Mikayıl Kərimov — kapitan İsrafilov İbrahim Əliyev — Həsən Həsənağa Turabov — "qəyyum" |
Operatorlar |
Ələkbər Muradov Valeri Kərimov |
Bəstəkar | Rauf Əliyev |
Rəssam | Arif Əbdürrəhmanov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 27 dekabr 1982 |
Filmin digər adı | İsmayıl bəyin mücrüsü |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 76,5 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca |
İl | 1982 |
Texniki məlumatlar |
8 hissə 2090 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID1198141 |
Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi.
Məzmun
[redaktə | vikimətni redaktə et]Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər.
Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir.
Festivallar və mükafatlar
[redaktə | vikimətni redaktə et]- 1) 1983-cü ildə
- Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir.
Film haqqında
[redaktə | vikimətni redaktə et]Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir.
1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.
Filmin heyəti
[redaktə | vikimətni redaktə et]Film üzərində işləyənlər
[redaktə | vikimətni redaktə et]- Ssenari müəllifi: Svetlana Qasımova, Semyon Listov
- Quruluşçu rejissor: Gülbəniz Əzimzadə
- Quruluşçu operator: Ələkbər Muradov, Valeri Kərimov
- Quruluşçu rəssam: Arif Əbdürrəhmanov
- Bəstəkar: Rauf Əliyev
- Səs operatoru: Akif Nuriyev
- Rejissor: Rafiq Dadaşov
- Operator: Ramiz Rzayev
- Geyim rəssamı: Nailə Cəfərova
- Qrim rəssamı: Berta Roqova
- Montaj edən: Lidiya Vyalsova
- İşıq ustası: K.Orucov
- Rejissor assistenti: A.Əliyev, Ş.Əliyev
- Operator assistenti: V.Romanov
- Rəssam assistenti: Y.Aqaronova, R.Paşazadə
- Quraşdırılmış səhnələrin operatoru: A.Hüseynov
- Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
- Sualtı çəkilişlərin rəhbəri: Vladimir Karpiçev
- Sualtı çəkilişlərin operatoru: Q.Zelenin
- Sualtı çəkilişlərin fotoqraf-rəssamı: Tofiq Kərimov
- Kaskadyor: A.Roşevoy, U.Veyspal, S.Qriqoryev
- Kaskadyor qrupunun rəhbəri: A.Filatov
- Məsləhətçi: Y.Kərimov (daxili xidmətlər polkovniki), K.Kərimov (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü)
- Redaktor: Ədhəm Qulubəyov
- Dirijor: Yuri Serebryakov
- Filmin direktoru: Rimma Abdullayeva
Rollarda
[redaktə | vikimətni redaktə et]- Kamran Şahmərdanov — Mənsur
- Ülvi Səfərov — Ənvər
- Samirə Qarayeva — Nərgiz
- Mikayıl Kərimov — kapitan İsrafilov
- İbrahim Əliyev — Həsən Həmzəyev
- Həsənağa Turabov — "qəyyum"
- Rahib Səfərəliyev — velosiped sürən
- Ağaəli Əliyev — Lütfi
- Rüxsarə Ağayeva — Aişə xala
- Fərqanə Quliyeva — qaraçı qız
- Tofiq Tağızadə — professor
- Fəxrəddin Manafov — Nuriyev
- V.Vəzirova
- R.Yaqubov
- Sona Mikayılova - ana
- Kazım Abdullayev — ata
- Şükufə Yusupova — qonşu
- Q.Quliyeva
- Oqtay Mirqasımov
- A.Əliyev
- Ağahüseyn Kərimov — zərgər
- Rafiq Əliyev
- Vladimir Yuryev
- Kamran Cəlalov
- A.Ağababayev
- Ç.Mehdiyev
- Q.Mehdiyev
Mənbə
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.