Qadolinium
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | qadolinium, Gd, 64 | |||||
Qrup, Dövr, Blok | , 6, f | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 157.25 q/mol | |||||
Elektron formulu | [Xe] 4f7 5d1 6s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 1312 °C (1585 K, 2394 °F) | |||||
Qaynama temperaturu | 3273 °C (3546 K, 5923 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Qadolinium (Gd) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 64-cü element, kimyəvi elementi lantanoidlərdən biridir. Elementlərin dövri sistemin III qrupundadır, 7sabit və bir neçə süni radioaktiv izotopu məlumdur.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]1880 ildə İsveç kimyaçısı J.Ş. Marinyak kəşf etmişdir. Fin kimyaçısı Yuxan Qadolininin şərəfinə qadolinium adlandırılmışdır. Təbiətdə başqa lantonoidlərlə birlikdə qadolinitdə (Be2FeY2Si2O10) , monositdə və bastnezitdə tapılır.
Fiziki xassələri
[redaktə | mənbəni redaktə et]Qadolinium açıq boz rəngli metaldır, ferromaqnit xassəlidir.
Alınması
[redaktə | mənbəni redaktə et]Natrium, litium və qadalinium xloridin əridilmiş qarışığının elektrolizindən alınır.
Kimyəvi xassələri
[redaktə | mənbəni redaktə et]Qadolinium havada zəif oksidləşir, temperatur 100 0C- dən yüksək olduqda proses sürətlənir:
- 4Gd + 3O2 → 2Gd2O3
t = 3000C Yüksək temperaturda halogenlərlə, azotla və hidrogenlə reaksiyaya daxil olur:
- 2Gd + 3Cl2 → 2GdCl3
t= 3000C İsti su ilə reaksiyaya girərək əsas alınır:
- 2Gd + 6H2O → 2 Gd(OH)3 + 3H2
Flüor turşusundan başqa, gadolinium mineral turşular ilə reaksiyaya daxil olur:
- 2Gd + 6HCl (duru) → 2GdCl3 + 3H2
- Gd + 6HNO3 (qatı) → Gd(NO3)3 + 3NO2 + 3H2O
Qadolinium qələvi məhlulları ilə reaksiyaya qirmir.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Qadoliniumun bəzi duzlarının, məs., Gd2(SO4)3 . 8H2O paramaqnit xassəsindən mütləq sıfra yaxın temperaturların alınmasında istifadə olunur. Qadolinium neytron radiyasiyasından muhafizəedici materiallar hazırlanması və reaktorların idarə olunmasında işlədilir.[2]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Химическая энциклопедия:в 5 т. Москва: Советская энциклопедия, 1988. Т. 1. С. 450.
- Г. Реми. Курс неорганической химии. Изд. Мир, 1966, Т 2, с. 525
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Michael E. Wieser, Norman Holden, Tyler B. Coplen, John K. Böhlke, Michael Berglund, Willi A. Brand, Paul De Bièvre, Manfred Gröning, Robert D. Loss, Juris Meija, Takafumi Hirata, Thomas Prohaska, Ronny Schoenberg, Glenda O’Connor, Thomas Walczyk, Shige Yoneda, Xiang‑Kun Zhu. Atomic weights of the elements 2011 (IUPAC Technical Report) (англ.) // Pure and Applied Chemistry. — 2013. — Vol. 85, no. 5. — P. 1047–1078. — DOI:10.1351/PAC-REP-13–03–02.
- ↑ Gadolinium prices (англ.). Metal-Pages (16 ноября 2014). Проверено 13 ноября 2014. Архивировано 16 ноября 2014 года