Qəssanilər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qəssanilər
الغساسنة
Bayraq Gerb
Bayraq Gerb
Paytaxt Cəybiyyə
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəssanilər (ərəb. الغساسنةəl-Ğəsasinə və ya الغسانيون əl-Ğəssaniyyun) — Ərəbistanda iqtidarda olan sülalə.

Bu sülaləni bəzi vaxtlar Ali Cəfnə də (babalarının adıdır) adlandırırlar. Onlar Yəməndən şimala tərəf köçərək Roma imperiyasının sərhədlərində məskunlaşanlardırlar. Deyilənə görə bu əhali ilk dəfə Məkkəyə yollanmış, sonra onlardan bir qol ayrılaraq Badiyətuş-Şama (Şam çölünə) getmişdir. Qəssan adlı çayın sahilində yerləşdiklərinə görə onları Qəssani çağırırmışlar. Qəssanilər Ərəbistanın şimalında məskunlaşdıqları ilk vaxtda Səlih qəbiləsinə tabe olmuşlar. Ancaq onlara qalib gəldikdən sonra Roma imperiyasında, daha sonra Bizans imperiyasında baş verən müharibələrdə Romalıları (və Bizanslıları) himayə edirdilər. Sasani şahlarının tərəfdarları olan Ləxmilər ilə də müharibə edirdilər.

Yustinianın imperator olduğu dövrdə Qəssani dövləti daha da gücləndi. O, bu sülalənin əmiri olan Haris ibni Cəbləni padşahlıq rütbəsinə qaldırdı. O, bu işdən Qəssanilərin Ləxmilər müqabilində daha da qüdrətlənməsi məqsədini güdürdü. Qəssani dövləti islamın şimaldakı ilk qələbələrinə və Suriyanın müsəlmanlar tərəfindən fəth olunmasına qədər mövcud olmuşdur. Yərmuk müharibəsində Roma imperiyasının qoşunu məğlub edildikdən sonra, bu əhalinin bir hissəsi öz yerlərində qalaraq müsəlmanlarla həmkarlıq etmiş və başqa bir hissəsi isə Bizansa və ya Kiçik Asiyaya getmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]