50°05′31″ şm. e. 14°24′15″ ş. u.HGYO

Qızıl küçə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qızıl küçə
Zlata uliçka
Xəritə
50°05′31″ şm. e. 14°24′15″ ş. u.HGYO
Ölkə Çexiya Çexiya
Şəhər Praqa
Yerləşir Praqa qəsri
Tikilmə tarixi XVI əsr
Rəsmi sayt hrad.cz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qızıl küçə və ya Zlata uliçka (çex. Zlatá ulička - rəsmi adı Daliborkadakı Qızıl küçə çex. Zlatá ulička u Daliborky) — Praqa qəsrinin ərazisində, şimal qala divarlarının və köhnə burqqraf binasının arasında yerləşir. XVI əsrin sonunda inşa olunmuş kiçik yaşayış evlərində sadə vətəndaşlar düz İkinci dünya müharibəsinə kimi yaşayırdı. Bu mənzərəli küçə gözəl rəngli fasadları, alçaq və rəngarəng damları və demək olar ki, oyuncaqlara bənzəyən pəncərə və qapıları olan kiçik səliqəli evlərdən ibarətdir. Bu küçə olduqca dardır, onun uzunluğu 200 metrdir. Küçə XVI əsrin ikinci yarısında yaranmışdır. O vaxtlar bu yerlərdə şəhər ox atanları, zərgərlər və sadə qulluqçular məskunlaşmağa başlamışdı. Hazırda isə burada dəbli mağazalar yerləşir və bura baş çəkən ziyarətçilərə çox yaddaqalan əşyalar, hədiyyələr, zərgərlik məmulatları və ya mükəmməl kitabları təklif edir.

Adları Qızıl küçə ilə bağlı olan məşhurlar
Yazıçı Frans Kafka bir müddət Qızıl küçədə yaşamışdı.
Astrologiya və kimyagərliyə maraq göstərən imperator II Rudolf küçənin yaradılmasına rəsmi icazəsini vermişdi.

Keçmişdə, bu küçə Zlatnitska (çex. Zlatnická) adlanırdı - çex dilindən bu söz "zərgərlik" kimi tərcümə olunur. Köhnə rəvayətlərə görə, küçənin bu cür adlandırılması məhz kimyagərlər ilə əlaqəli idi. İmperator II Rudolf kimyagərlikastrologiya elmlərinin dəstəkçisi olduğundan, Praqada yaşayan bütün kimyagərlər "saray alimləri" rütbəsinə yüksəlmişdilər. Hesab olunurdu ki, həmin kimyagərlər adi metalı təmiz qızıla çevirmək üçün hər bir yola əl atırdılar. Çox maraqlı bir fakt da odur ki, əslində bu kimyagərlər heç bir zaman bu küçədə yaşamayıblar.

1597-ci ildə şəhər oxçuları qala divarlarının təmir edilmiş daş tağlarını doldurmaq və bu yolla formalaşmış taxçaların yalnız dərinliyində kiçik evləri inşa edərək burada məskunlaşmaq istədiyini imperator II Rudolfa bildirirlər. O dövrün salnamələrində, 16 sentyabr 1597-ci ildə imperatorun oxçuların bu xahişinə müsbət yanaşdığını və onlara icazə verdiyi barədə məlumatlar verilmuşdi. Bununla belə, Qırmızı oxçular (bu ad onların kostümlarının rəngi ilə bağlı idi) bu icazəni imperatordan qətiliklə və tam şəkildə almamışdılar. Bütün binaları onlar tək özləri, qənaət edib yığılmış pullarla inşa etmişdilər. Sonradan bu evlərin alqı və satqısı yalnız oxçu icması daxilində həyata keçirilməyə başlamış və yalnız bir müddət sonra bu prosesə oxçu peşəsinə aidiyyatı olmayan insanlar da daxil edilmişdi. Əvvəlcə onların arasına Qəsrin müxtəlif işçiləri, məsələn gözətçilər, zəng çalanlar, saatsazlar və s. daxil idi. Tezliklə küçədə yerləşən evlər hər cür əlavə tikililərlə böyüməyə başlayır. Bunun nəticəsində o qədər böyük sıxlıq yaranır ki, küçənin eni heç bir metrə çatmır[1].

XVIII və XIX əsrlərdə Zlatnitska alimlər üçün yox, əskinə - cəmiyyətin aşağı təbəqələrinin üzvləri olan Praqa yoxsulları üçün sığınacaq kimi xidmət göstərmişdi.

1864-cü ildə həyata keçirilən yenidənqurma işlərindən sonra bütün bu əlavə tikililər, tövlələr və taxta anbarlar dağıdılmışdı. Burada yalnız şimal qala divarları boyunca uzanan evlərin qorunub saxlanılması barədə qərar alınmışdı. İkinci Dünya müharibəsinə qədər küçədəki bütün evlərin sahibləri var idi. Həmçinin 1-ci Respublika dövründə aparılan yenidənqurma işləri zamanı bərpaçılar Praqanın ən mənzərəli küçəsinin ümumi görünüşünü və koloritini qoruyub saxlamağa diqqət göstərirdilər.

Xoş atmosfer hissini yaradan gözəl memarlıq, Qızıl küçəsində xəyal pərisini axtaran rəssam, şair və bir sıra yazıçıların sığınacaq yerinə çevrilmişdi. Misal üçün 22 nömrəli evdə, 1916-cı ilin noyabr ayından - 1917-ci ilin mart ayına qədər yazıçı Frans Kafka yaşamış və məhz burada o "Kəndli həkim" toplusuna daxil olan hekayələrinin bir çoxunu yazmışdı. Qonşu evdə isə, tez-tez Frantişek Qalas, şair Yaroslav Zayfert və yazıçı-jurnalist Vitezslav Nezval görüşürdülər.

İkinci Dünya müharibəsindən sonra Çexoslovakiya Respublikası Prezidentinin dəftərxanası kiçik evləri sonuncu sahiblərdən satın alır və memar Pavel Yanakın rəhbərliyi altında bütün küçə 1955-ci ildə restavrasiya edilmişdir. Fasadların rəngli tərtibatını rəssam və ssenarist Yirji Trnka təklif etmişdir.

Sürüşmə təhlükəsi

[redaktə | mənbəni redaktə et]

Praqa qəsri dağ qolunun zirvəsində yerləşir. Qəsrin yerləşdiyi platforma eninin genişləndirilməsi məqsədilə torpaq təpəsi, yəni qalaq yaradılmışdı. Məhz həmin təpədə də Qızıl küçə salınmışdı. Zamanla yağış suları təpə və evlərin təməlini məhv etməyə başlayır. Zlata uloçkanın Maral xəndəyinə doğru sürüşmə təhlükəsi yaranmışdır. Drenaj yolu ilə axan suların təmirinə, evlərin təməl və döşəmələrinin isə möhkəmləndirilməsinə ehtiyac yaranır[2].

Təmir-bərpa işləri 2010-cu ilin may ayında başlamış və 2011-ci ilin may ayında başa çatmışdır. Qazıntılar zamanı Zlata uloçkada evlərin birtərəfli yox, küçənin hər iki tərəfində yerləşdiyi məlum olmuşdur - belə ki, keçmişdə qala divarlarının qarşısında yerləşən evlərin qalıqları və təməli aşkar edilmişdir[3].

2010-cu ilin payızında arxeoloji işlər başa çatdırılmışdır. Küçənin altından yeni mühəndis və elektrik şəbəkələri, kanalizasiya və su xətləri salınmışdır. İnşaatçılar evlərin içərisində yeni qızdırılan döşəmə salmış, tavan və fasadları yenidən bərpa etmişdilər. Arxeoloqlar burada həmçinin XII əsrə aid edilən roman üslublu istehkam qalıqlarını aşkar etmidilər. Və nəhayət, 1 iyun 2011-ci ildə küçədə yerləşən 16 ev ziyarətçilər üçün yenidən açılmış və burada ekspozisiya mərkəzi yaradılmışdır[4].

Küçədə yerləşən evlər

[redaktə | mənbəni redaktə et]

Küçəyə daxil olan ziyarətçilər Qızıl küçəyə həsr olunmuş interaktiv sərgi ilə tanış olmaq imkanı əldə edirlər. Belə ki, bu sərgi öz fərdi evlərin və onların sakinlərinin taleyi haqqında, eləcə də küçənin tarixi inkişafı barədə bəhs edir. Qonaqlar mənzərəli küçənin tərkibinə daxil olan 16 evdən 9-nu tədqiq və ziyarət edə bilərlər. Bu evlərdə Qızıl küçədə həyatın inkişafını əks etdirən unikal ekspozisiya yaradılmışdır. Əfsanəvi evlərlə tanışlığı soldan-sağa başlamaq lazımdır:

  • Ev № 27 - burada əvvəllər ara həkimi, türkəçarəçi yaşamışdı. Evin içərisindəki kiçik otaqda qurudulmuş dərman bitkiləri asılıb, dərmanların hazırlanması üçün xüsusi qurğular və müxtəlif ölçülü şüşə qablar səliqəli şəkildə yerləşdirilib. Həmçinin evdə yataq otağı da yerləşir. Aydındır ki, bu otaq ağır iş günündən sonra, həkimin istirahəti üçün nəzərdə tutulmuşdu.
  • Ev № 26 - burada əvvəllər dərzi yaşayırdı. Müxtəlif parçalar, tikiş maşını, manekenlərin üzərinə geyindirilmiş kostümlar fəaliyyət növünü müəyyən etməyə yardımçı olur. Burada məhz qadının yaşadığını içəridəki səliqəlik, komfort, eləcə də rənglərin ahəngdarlığı və çoxlu sayda qab-qacaq təlgin edir.
  • Ev № 25 - burada XX əsrin 50-ci illərində küçə sakinlərinin həyatını təsvir edən fotoşəkillərin sərgisi yerləşir.
  • Ev № 24 - burada Missis Maqdalena yaşayırdı. O ilk dəfə evlərin müxtəlif rənglərlə boyama ideyasını sakinlərə təqdim etmişdi. Onun evi o vaxtlar başqaları üçün nümunə idi. Məhz onun gətirdiyi bu ideya ilə, qeyri-adi evlərə baxmaq istəyən insanlardan az miqdarda pul yığılmağa başlanılmışdı. Və bu gün də, Qızıl küçəyə daxil olmaq və buradakı evlərə baxmaq üçün pul ödəmək lazımdır.
  • Ev № 22 - burada nəinki müxtəlif dillərdə Praqa haqqında kitab almaq, həm də lazımi şəhər xəritələrini, habelə suvenirləri əldə etmək olar. Yeri gəlmişkən, Frans Kafka məhz bu evdə yaşayırdı. Bunu sağ pəncərə yanındakı yazı təsdiqləyir.
  • Ev №№ 21, 20,19,18,17, 16 - burada ənənəvi Çex suvenirlərini, müxtəlif kuklalar, yeməklər, maqnit satan mağazalar yerləşir. 21 nömrəli evdə həmçinin pivə mayasına əsaslanan və "Manufaktura" adı ilə tanınan çex kosmetikası satılır.
  • Ev № 14 - burada XX əsrin birinci yarısında əfsanəvi öncəgörən Matilda Pruşova yaşayırdı. O hərbi əməliyyatlar ilə bağlı hadisələri proqnozlaşdırmamaq riayətinə qulaq asmadığına görə Almaniyanın həbs düşərgələrinin birində vəfat etmişdi.
  • Ev № 12 - burada köhnə Çex və Amerika istehsallı filmlərin kolleksiyası ilə məşğul olmuş həvəskar tarixçi Yozef Kazdı yaşayırdı. Burada nəonki köhnə kinolentlərdən ibarət böyük qalağı görmək, həm də o vaxtlar evlərdə təşkil olunan kinosessiyalar ilə yaxından tanış olmaq olar.
  • Eduard Herold. "Malebné cesty po Praze : Královský hrad pražský" (çex). Grégr, Praha - 353-355. 1884. 1885 - Ulička u Daliborky (bývalá Zlatá ulice) tarixində arxivləşdirilib.
  • kniha Divy světa, překlad: G. Veselá, J. Veselý
  • Jana Svabova: Goldenes Gässchen und die Alchimisten im rudolfinischen Prag. ATP, Jihlava 2000; ISBN 80-86374-10-6.
  1. "Novinky.cz, Zlatá ulička v Praze se po rekonstrukci znovu otevřela, 1. červen 2011". 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-27.
  2. "Il Vicolo d'oro chiude per lavori" (italyan). a-tout-prague.com, Milano. 2010-03-17. 2015-05-03 tarixində orijinalından arxivləşdirilib.
  3. "Zlatá ulička bude na rok uzavřena, do domů zatéká voda" (çex). lidovky.cz, Praha. 2010-02-01. 2015-04-12 tarixində arxivləşdirilib.
  4. "Zlatá ulička v Praze se po rekonstrukci znovu otevřela" (çex). novinky.cz - Praha. 2011-06-01. 2016-09-19 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]