İsveç — rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)). Şimali AvropadaSkandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. İsveç1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveçAvropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində bu sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və davam etməkdə olan urbanizasiya ilə əlaqədar bu rəqəmin daha da artması gözlənilir. Ən böyük şəhəri Stokholmdur. (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər)
İsveçin uzun müddətli müstəqillik ənənələri var, ölkə öz müstəqilliyini hələ orta əsrlərdə əldə etmişdir. XVII əsrdə İsveç öz torpaqlarını genişləndirərək imperiya halına gətirmişdir. Lakin sonradan XVIII və XIX əsrlərdə İsveç öz ərazilərinin çox hissəsini itirmiş, ölkənin şərq torpaqlarının demək olar hamısı Rusiya tərəfindən işğal olunmuşdur. İsveçin daxil olduğu sonuncu müharibə 1814-cü ildə baş verib, həmin tarixdən bəri İsveç bütün müharibələrdə neytral mövqe tutmaqdadır.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Şəxs
İnqrid Berqman (ing.Ingrid Bergman) — İsveçli kino və teatr aktrisası. İnqrid Berqman 29 avqust1915-ci ildə İsveçinStokholm şəhərində anadan olmuşdur. O, 1934-cü ildə kino fəaliyyətinə başlayır. Daha sonra ABŞ-a gedərək bir çox filmlərdə rol alır. Xüsusilə ingilis rejissor Alfred Hiçkokun filmlərindəki rolları ilə daha yaddaqalan olur. 1944-cü ildə "Qaz işığı" filmindəki roluna görə "Oskar" qazanan aktrisa 1950-ci ildə italyan rejissoru Rosselininin dəvətilə İtaliyaya gedərək orada yaşamağa başlayır. İnqrid Berqman 1956-cı ildə teatra qayıdır və elə həmin ildə də "Anastasiya" filmindəki roluna görə ikinci Oskar mükafatını qazandı. Üçüncü və son Oskarını "Şərq ekspressində cinayət" filmindəki rolu ilə əldə edən İ. Berqman, 1978-ci ildə yenidən İsveçə qayıdır və görkəmli isveçli rejissor İnqmar Berqmanla çoxdan gözlədiyi film layihəsini həyata keçirir. Böyük isveçli aktrisa İnqrid Berqman 29 avqust1982-ci ildə Böyük BritaniyanınLondon şəhərində vəfat etmişdir.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Şəhər
Malmö – [malmø:]ⓘ, İsveçin cənubunda yerləşən liman şəhəri. Əhalisi 635 min nəfərdir. Malmö bu göstərici ilə İsveçin ən böyük üçüncü şəhəridir. Danimarkanın paytaxtı Kopenhagen ilə Malmö arasında 20 kilometr uzunluğu olan boğaz vardır. Malmö İsveçin ən böyük üçüncü şəhəri olsa da, siyasi və iqtidasi baxımdan böyük önəmə sahibdir. Şəhər əhalisinin 16% müsəlmanlardan ibarətdir. Lund şəhərinində daxil olduğu Skane bölgəsinin mərkəzi Malmö şəhəridir. 2001-ci ildə Malmö və Kopenhagen arasında Oresund körpüsü istifadəyə verilmişdir. Hər iki şəhər arasında olan 20 kilmoterilik məsafə XVI əsrlərə aid olan mənbələrdə ərtaflı şəkildə təsvir edilmişdir. Həmin zamanlarda insanlar bir şəhərdən, digərinə bir gün müddətində gedə bilirdilər. Şəhərlərin arasında yerləşən boğaz qış aylarında keçilməz olurdu. Bu səbəbdən tarixən Malmödən Kopenhagenə səfər etmək üçün digər yollardan istifadə edilmişdir.
2001-ci ildə fəaliyyətə başlamış Orestud körpüsü isə şəhər arasında olan məsafəni 10 dəqiqəyə qədər endirmişdir. Körpü 5 milyard avro dəyərindədir. Malmönün dəqiq yaranma tarixi məlum deyildir. Ancaq bir sıra tarixi qaynaqlarda şəhərin 1275-ci ilə qədər kiçik qəsəbə olduğu və yalnız bu ildən sonra şəhər kimi formalaşdığı qeyd edilir. Bu səbəbdən şəhərin yaranma tarixi kimi 1275-ci il götürülür. Malmö şəhərin XIII əsrin ortalarında Lund şəhərinin 3 müdafiə mərkəzidən biri idi. Malmödə yerləşən hərbi birliklər Lund şəhərini İsveçlilərin hüçümlarından müdafiə etməlidilər. XIV əsrin başlanğıçında şəhər Danimarkaya tabe idi. Bu dövrlərdə şəhər Kopenhagendən sonra Danimarkanın ən böyük ikinçi şəhəri hesab edilirdi. Danimarkalılar şəhəri Malmhaug adlandırırdılar. Bu sözün mənası Danimarka dilidən tərcümədə qumluq ərazi mənasını ifadə edir. XV əsrdə şəhər Danimarkanın ticarət və mədəni mərkəzi sayılırdı.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Yazıçı
Selma Ottiliya Lovisa Lagerlöf – (isv.Selma Ottiliana Lovisa Lagerlöf, 20 noyabr 1858, Vermland — 16 mart 1940, Morbakka) — İsveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın (1909) ("Əsərlərini digərlərindən fərqələndirən yüksək idealizmə, aydın parlaq fikir və müqəddəsliyi tərənnüm etdiyinə görə"). İsveçli Selma Ottiliana Loviza Laqerlöf ədəbiyyat sahəsində Nobel mükafatı qazanan ilk qadın yazıçıdır. O, ölkənin cənubundakı Vermlan əyalətində, istefaya çıхmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü idi. Üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalхa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. Nənəsindən dinlədiyi çoхsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözün sehrli aləminə gətirmişdi. Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdi. İki il sonra atasının vəfatı, ardınca ata-baba mülklərinin borca görə hərraca qoyulması ona sarsıdıcı zərbə olmuşdu.
Selma ailəsinə kömək məqsədi ilə qız məktəbində işə düzəlmişdi. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilmişdi. Vermlandın təkrarsız mənzərələri, eşitdiyi хalq rəvayətləri gənc qızı ilk romanını yazmağa ruhlandırmışdı. Hazır hissələr "İdun" jurnalının keçirdiyi müsabiqəyə göndərilmişdi. Jurnal onu sadəcə qalib kimi mükafatlandırmaqla kifayətlənməmişdi, əsəri kitab şəklində çap etməyə hazır olduğunu da bildirmişdi. İsveç ədəbiyyatı üçün ənənəvi romantik üslubda qələmə alınan "Host Berlinq haqqında saqa" (1891) əvvəlcə oхucuların diqqətini o qədər də çəkməmişdi.
Məqaləni oxu...
Kənd pastorunun arvadı Eva artıq yeddi ildir görüşmədiyi anası Şarlottanı öz evlərinə qonaq çağırır. Onun anası dünya şöhrətli, istedadlı, dəlisov, yaşlı pianoçudur. Eva fortepianoda pis çalmadığına baxmayaraq, anası kimi o qədər də istedadlı deyildi. Lakin ən əsası onun evdar qadın, həyat yoldaşı, ana və sevimli bacı olmağa meyili idi. Buna baxmayaraq onun həyatında hər şey uğursuz idi: ərinə böyük hörmət edir, amma əslində onu sevmir, onların oğlu dörd yaşında batmışdır və sağalmaz yara əvvəlki kimi yenə də rahatlıq vermirdi. Hətta Şarlotta da heç vaxt Evanı o istədiyi kimi istəməmişdi. Eva özünü ələ almaq üçün xəstəxanadan iflicdən əziyyət çəkən bacısını götürür. O, yer üzündə öz tənhalığını başa düşür.
Böyük bacının evində kiçiyin olması ananı şoka salır. O, özünün xəstə, yad saatlarını Evanın ifasında Şopenə qulaq asmağa sərf edir. Və bu əsəri özü də necə çalmaq lazım olduğunu düşündüyü kimi ifa edir. Öz şəxsi avtomobilini qızına bağışlamaq fikrinə düşür. Buna görə də o, evə təyyarə ilə qayıtmalıdır. Yeni maşının alınmasında da heç bir problem olmayacaq. Gecə Şarlotta pis yuxudan ayılır: ona elə gəlir ki, Eva onu boğur. Qadın durur, qonaq otağına keçir və orada Evanı görür. O da yatmayıb. Ana və qızı yaşadıqları həyatı yada salaraq münasibətlərinə aydınlıq gətirirlər. Evanın əri pastor bu isterikanı eşidir, lakin bu söhbətə qarışmır. Bu qalmaqalı xəstə qız da eşidir. O, çarpayıdan çıxır, pilləkənlə Eva və Şarlottaya doğru sürünür və "Ana, yanıma gəl!" deyib çağırır.
Daq Yalmar Aqne Karl Hammarşeld (isv.Dag Hjalmar Agne Carl Hammarskjöld; 29 iyul1905 – 18 sentyabr1961) — İsveç diplomatı, iqtisadçısı və müəllifi, BMT-nin ikinci Baş katibi (1953-1961). 1961-ci ilin sentyabr ayında Şimali Rodeziyada təyyarə qəzasında həlak olmuşdur. O, ölümündən sonra Nobel Sülh Mükafatına layiq görülmüş ilk şəxsdir (1961). O, həmçinin şair, jurnalist və esse müəllifi kimi tanınır. İsveç Akademiyasının üzvü (1954). ABŞ PrezidentiCon Kennedi onu XX əsrin ən böyük dövlət xadimi adlandırmışdı. Daq Hammarşeld Yönçöpinqdə, 1914-1917-ci illərdə İsveçin baş naziri olmuş Hyalmar Hammarşeldin ailəsində doğulmuş, uşaqlığının əksər hissəsini Uppsalada keçirmişdir. Onun nəsli XVII əsrdən İsveç monarxiyasına qulluq edirdi. Daq Hammarşeld Uppsala Universitetində əvvəlcə Hüquq ixtisası üzrə bakalavr, sonra isə Siyasi-İqtisad magistr təhsili almışdır. Təhsilini bitirdikdən sonra o, Stokholma köçmüşdür.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Paytaxt
Stokholm (isv.Stockholmⓘ[stɔkːhɔlm]) — İsveç Krallığının paytaxtı. Melaren gölünün şərq sahilində yerləşir. Əhalisi 800 000-ə yaxındır. 6.519 km² ərazisi olan metropoliya ərazisində isə əhalinin sayı 2 milyon nəfərdir. 2009-cu ilin statistikasına görə İsveç əhalisinin 22 faizi Stokholm metropoliyasında yaşayır. Kralın iqamətgahı, Beynəlxalq Arlanda aeroportu, Hökumət binası və riksdaq bu şəhərdə yerləşir. 2008-ci ildə 1.1 milyon turistin ziyarət etdiyi Stokholm Skandinaviyada 2-ci ən çox turist qəbul edən şəhər olmuşdur (1-ci yerdə Kopenhagen). Bəzən Stokholmu "Şimalın Venesiyası" adlandırırlar. Bu şəhər haqqında ilk məlumat Aqnafit haqqında saqada rast gəlinir. Burada ilk yaşayış məntəqəsi 1187-ci ildə tikilmişdir. Stokholm haqqında ilk yazılı məlumata 1252-ci ildə rast gəlinir. İlk vaxtlar İsveçi xarici hücumlardan qorumaq üçün hərbi obyekt vəzifəsini yerinə yetirən Stokholm sonradan Baltik dənizi ölkələri ilə ticarətin nəticəsində sürətlə böyüməyə başladı.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Şair
Erik Aksel Karlfeldt (isveçcə Erik Axel Karlfeldt (20 iyul1864 — 8 aprel1931) — isveçli şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931). İsvеç şairi Еrik Aksеl Karlfеldt sadə ailənin yеtirməsidir. Onun uşaqlıq illəri İsvеçin mərkəzi hissəsində, mənzərəli guşədə yеrləşən ailə malikanələrində kеçmişdi. Həqiqi familiyası Еriksson idi. Yaradıcılığa başlayanda fеrmеr təsərrüfatlarının yеrləşdiyi kəndin adını özünə təхəllüs götürmüşdü. Soyadını dəyişməyin başqa və daha trivial səbəbi bir məsələyə görə cinayət məsuliyyətinə cəlb еdilmiş atası ilə aralarında müəyyən məsafə saхlamaq idi. Еrik Aksеl Upsala univеrsitеtində oхuduğu dövrdə atası müflisləşmiş və borclarını ödəmək üçün ailə mülkünü satmışdı. Maddi imkanları məhdudlaşan gənc həyatını rеpеtitorluqla təmin еtməli olmuşdu. Ona görə də univеrsitеti yalnız 1902-ci ildə başa vura bilmişdi. İsvеç Akadеmiyasına kеçənə qədər Stokholmdakı Kral kitabхanasında çalışmışdı.
Məqaləni oxu...