Pont çarlığı
| |
Pont çarlığı | |
---|---|
q.yun. Βασιλεία τοῦ Πόντου | |
|
|
|
|
Paytaxt | Amasya, Sinop |
Dilləri | Laz dili |
Rəsmi dilləri | |
Dövlət dini | Senkretika |
İdarəetmə forması | monarxiya |
Sülalə | Mitridatilər |
Çar | |
• e.ə. 281–266 | I Mirtidat |
• e.ə. 266–250 | Ariobarzan |
• e.ə. 250–220 | II Mirtidat |
• b.ə. 38–62 | II Polemon |
Davamiyyət | |
→ | |
Vikianbarda əlaqəli mediafayllar |
Pont çarlığı[1] və ya Pont padşahlığı[2] (q.yun. Βασιλεία τοῦ Πόντου, translit. Basileya tou Pontou) — e.ə. 281–62-ci illərdə Kiçik Asiyada mövcud olmuş ellinist dövləti.
Tarixi
[redaktə | vikimətni redaktə et]Əsasını Əhəmənilər nəslindən olan I Mirtidat qoymuşdur. Paytaxtı Amasiya şəhəri idi. Pont çarlığı tədricən tərkibinə Evksin Pontu (indiki Qara dəniz) sahilinin Trapezunda qədərki şəhərləri və şərq sərhədində yaşayan bir sıra tayfaların məskunlaşdığı ərazilər daxil olmuşdur. E.ə. II əsrin əvvəlində Pont çarlığı fəal xarici siyasət yeridirdi. I Farnak (hak. e.ə. 185–169) e.ə. 183-cü ildə Sinopu tutmuş, onu öz iqamətgahına çevirmişdir ki, şəhər V Mitridat dövründə paytaxt olmuşdur. I Farnakın hakimiyyəti dövründə Pont çarlığının Afina, Xersones və s. dövlətlərlə mədəni və iqtisadi əlaqələri möhkəmlənmişdir. Pont çarlığının böyük yüksəlişi VI Mitridat Yevpatorun hakimiyyəti dövrünə təsadüf edir. Bu zaman Bospor dövləti Pont çarlığının hakimiyyəti altına keçdi. Romaya qarşı Birinci Mitridat müharibəsində (89–85/84) böyük ərazilər ələ keçirilmişdir. Yeni işğal olunmuş bu ərazilərdə 80 min romalı və italik məhv edilmiş, onların torpaqları müsadirə olunmuş, qullar azadlığa buraxılmışdı. E.ə. 86-cı ildə Roma ordusu Pont qoşunlarını Yunanıstanda darmadağın etdikdən sonra Kiçik Asiyaya yürüşə başladı. VI Mitridat e.ə 85-ci (və ya 84-cü) ildə Sulla ilə bağladığı sülhə görə, Kiçik Asiyada ələ keçirdiyi bütün əraziləri itirmiş, öz donanmasından Romanın xeyrinə əl kəmiş və hərbi təzminat ödəməyə məcbur olmuşdur. e.ə. 83-81-ci illlərdə baş tutan İkinci Mitridat müharibəsindən sonra Üçüncü Mitridat müharibəsi (e.ə. 74-64) də Pont çarlığının məğlubiyyəti ilə nəticələnmişdir. E.ə. 71-ci ildə Roma ordusu Pont çarlığını işğal etmişdir. E.ə. 64-cü ildə Pont çarlığının qərb hissəsi Romanın Vifiniya ətalətinə birləşdirilmiş, şərq hissəsi isə Romanın müttəfiqlərini verilmişdir, lakin bu ərazilər sonradan Roma dövlətinin tərkibinə daxil edilmişdir.[2]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Pont çarlığının əsas əhalisi kappadokiyalılar olmuşdur.[2]
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Pont çarlığı şəhərlərində quldarlıq münasibətləri hökm sürürdü. Kənd yerlərində isə ehtimal ki, icma və azad istehsalçı əməyinin istismarı saxlanılmışdı.[2]
Ordu
[redaktə | vikimətni redaktə et]Pont çarlığının ordusunda xidmət edənlər müxtəlif etnik mənsubiyyətə sahib idi. Çarlığın hər yerindən əsgərlər cəlb edilirdi. Ordunun tərkibinə ermənilər, bitiniyalılar, kappadokiyalılar, qalatiyalılar, henioçoylar, yazıgilər, koralloylar, leykosiriyalılar, frigiyalılar, sarmatlar, skiflər, taurilər, frakiyalılar və vasternoylar, eləcə də Qara dəniz ətrafındakı digər bölgələrdən olan əsgərlər aid idi. Orduda xidmət edən yunanlar daimi ordunun bir hissəsi deyildilər. Onlar öz şəhərlərinin vətəndaşları kimi vuruşurdular.[3] Bir çox ellinist ordu kimi, Pont ordusu da Makedoniya falanksından istifadə etmişdir.[4] Pont ordusu həmçinin, katafraqtlar da daxil olmaqla müxtəlif süvari vahidlərindən istifadə etmişdir.[5] VI Mitridatın hakimiyyəti dövründə Pont çarlığında Roma üslubunda silahlanmış 120 min əsgərdən ibarət bir ordu mövcud idi.[6]
Donanma da ordu kimi təşkil edilmişdi. Çarlığın özü gəmilərin əsas kontingentini təmin edərkən, kiçik bir hissəsi yunan şəhərlərindən gəlirdi. Donanmanın şəxsi heyəti ya çarlığın müxtəlif tayfalarından gəlmiş, ya da yunan mənşəli idilər.[3]
Zərbxana
[redaktə | vikimətni redaktə et]Pont çarlığı İran səltənətindən gəldiklərini iddia etsələr də, ümumiyyətlə ellinist krallar kimi davranırdılar. Böyük İsgəndərin krallıq rəmzlərini təqlid edərək pullarında özlərini belə göstərdilər.[7]
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ FANAQORİYA // Azərbaycan Milli Ensiklopediyası. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
- ↑ 1 2 3 4 Понт падшаһлығы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 599.
- ↑ 1 2 "Stefanidou Vera, "Kingdom of Pontus", 2008, Encyclopaedia of the Hellenic World, Asia Minor". 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
- ↑ Plutarch, Life of Sulla, 16.7
- ↑ The Cambridge Companion to the Hellenistic World by Glenn R. Bugh, p. 272
- ↑ Plutarch, Life of Lucullus. 7.4
- ↑ B. C. McGing, The foreign policy of Mithridates VI Eupator, King of Pontus, p. 10–11.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Polybius, the histories.
- Appian, the foreign wars.
- Memnon of Heraclea, history of Heraclea.
- Strabo, Geographica.
- Plutarch, Parallel lives. 'Demetrius'.
- Hazel, John; Who's Who in the Greek World, Routledge (2002).
- Crook, Lintott & Rawson. THE CAMBRIDGE ANCIENT HISTORY VOLUME IX. The Last Age of the Roman Republic, 146–43 B.C. second edition. Cambridge University Press, 2008.
- B. C. McGing. The foreign policy of Mithridates VI Eupator, King of Pontus. 1986.