Pikard çoban iti
Pikard çoban iti | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Pikard çoban iti (fr. Berger Picard) — Fransa çoban iti cinsi. Bu itlər Birinci və İkinci Dünya müharibələrindən sonra demək olar ki, nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş, lakin qalan fərdlərin köməyi ilə sayları nisbətən bərpa edilmişdir.[1][2]
Xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Pikard çoban iti ortaölçülü, əzələli və zərif quruluşlu bir itdir. Erkək itlərin hündürlüyü 61–66 sm, dişilərinki isə 56–61 sm arasında dəyişir. Çəkiləri hər iki cins üçün 23–32 kq aralığındadır. Qulaqları təbii olaraq dik, dibində geniş və hündürdür. Qaşları qalın olsa da, bu, tünd rəngli gözlərini örtmür. Təbii quyruğu çənəyə çatır və ucunda yüngül "J" əyrisi ilə aşağıya doğru sallanır. Kürkü sərt quruluşludur, minimal alt örtüyə malikdir və çox uzun deyil. Rəngləri açıq qəhvəyi və tünd qırmızı olmaqla iki əsas çalarla xarakterizə olunur.[3]
Temperament
[redaktə | vikimətni redaktə et]Pikard çoban iti ağıllı, enerjili və təlimə tez cavab verən bir cinsdir. Onlar canlı və həssas xarakterə malikdirlər. Yad insanlara qarşı aqressiv ola bilərlər, buna görə də erkən yaşda sosiallaşma və təlim vacibdir. Bu itlər ayıqdır və həddindən artıq hürməklə tanınır. Bəzi fərdlər yemək mövzusunda seçici ola bilərlər. Pikardlar insan yoldaşlığına böyük ehtiyac duyurlar və sahiblərinə bağlıdırlar. Onlar həm qoyun, həm də mal-qara çoban iti kimi effektiv işləyirlər. Digər heyvanlarla münasibətdə həvəsli olsalar da, formal itaət təlimi və müsbət sosiallaşma bu münasibətlərin düzgün inkişafı üçün əhəmiyyətlidir.[4]
Sağlamlıq
[redaktə | vikimətni redaktə et]Pikard çoban iti nisbətən sağlam bir cinsdir, lakin bəzi fərdlərdə omba displazisi və mütərəqqi retinal atrofiya (PRA) kimi irsi xəstəliklərə rast gəlinə bilər. Bu problemlərin qarşısını almaq üçün göz müayinələri və OFA (Amerikan Kineoloji Assosiasiyası) tərəfindən sertifikatlaşdırma tövsiyə olunur. Cinsin orta ömrü 12–14 il arasında dəyişir. Pikard çoban iti çeviklik yarışlarında, izləmə, itaətkarlıq, şoumenlik, şutshund, flaybol, Fransa üzük idmanı və sürü yarışlarında iştirak edə bilər. Onların təbii sürü qoruma instinktləri müxtəlif testlərlə ölçülə bilər. Bu cins həm də sürü sınaqlarında iştirak etmək üçün öyrədilə bilər.[5][6][7]
Mədəniyyətdə
[redaktə | vikimətni redaktə et]Pikard çoban iti bir neçə filmdə yer almışdır. Bu filmlərə "Daniel və superitlər" (2004), "Vinn-Diksiyə görə" (2005) və "Hələ bitirməmişik?" (2007) daxildir. Xüsusilə "Vinn-Diksiyə görə" filminin prodüserləri çəkilişlər üçün Avropadan beş Pikard çoban iti gətirilmiş, onlardan üçü – "Skott", "Liko" və "Taşa" filmdə iştirak etmişdir.[6]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ The Picardy Shepherd of Yesterday and Today by J SENECAT (1979) (ing.)
- ↑ Jacques SENECAT Extraits du catalogue de la première Nationale d’Elevage et de sélection MONTILS le 3 septembre 1967 (ing.)
- ↑ Les Amis du Berger Picard Club de Race affilie a la Societe Centrale Canine
- ↑ Jacques SENECAT Extraits du catalogue de la première Nationale d'Elevage et de sélection MONTILS le 3 septembre 1967
- ↑ "Orthopedic Foundation for Animals". www.offa.org. 11 November 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 April 2022.
- ↑ 1 2 Berger Picard Club of America
- ↑ Hartnagle-Taylor, Jeanne Joy; Taylor, Ty. Stockdog Savvy. Alpine Publications. 2010. ISBN 978-1-57779-106-5.