Paul Erlix

Vikipediya, azad ensiklopediya
(Paul Erliş səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Paul Erliş
alm. Paul Ehrlich
Doğum tarixi 14 mart 1854(1854-03-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 avqust 1915(1915-08-20)[1][2][…] (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Elm sahələri İmmunologiya[5], Bakteriologiya[5], kimya, Kimyaterapiya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbərləri Robert Kox
Üzvlüyü
Mükafatları Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paul Erliş (alman: [ˈpaʊ̯l ˈeːɐ̯lɪç]  ( dinlə)) (14 mart 1854[1][2][…], Stşelin[d], Prussiya[4]20 avqust 1915[1][2][…], Bad-Xomburq[d], Almaniya imperiyası[4]) - alman hәkimi, immunoloq, bakterioloq, kimyaçıbiokimyaçı. Kimyәvi terapiyanın banisi, Nobel mükafatı laureatı.

Paul Erliş Rostok, Strasburq, Breslavl, LeypsiqFrayburq universitetlərində oxumuşdur. 1877-ci ildәn Şarite Berlin Klinikasının hәkimi kimi işləməyə başlamışdır. 1887-ci ildən etibarən Berlin Universitetinin privatdosenti, 1890-cı ildәn ekstraordinar professor olmuşdur. 1896-cı ildәn Şteqlisdә zәrdabın öyrәnilmәsi institutunun direktoru olmuşdur. 1899-cu ildәn Frankfurt-Maynda, hazırda öz adını daşıyan, Eksperimental Terapiya İnstitutuna rәhbәrlik etmişdir. Əsas әsәrlәri biokimya, dәrman maddәlәrinin kimyası, eksperimental patologiyaterapiya, habelә immunitet üzrәdir. 1901-ci ildәn bәdxassәli şiş problemi üzәrindә işlәmişdir. Qan leykositlәrinin müxtәlif formalarını tәsvir etmiş, qanyaranmada sümük iliyinin vә limfoid orqanların әhәmiyyәtini göstәrmişdir. Bәzi infeksion xәstәliklәrin kimyәvi preparatlarla müalicә üsullarını işlәyib-hazırlamışdır. İlk olaraq müalicә preparatlarına qarşı mikroorqanizmlәrin davamlılıq qazanmaq şәrtini müәyyәn etmişdir.

  1. 1 2 3 4 Satter H. Paul Ehrlich // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Paul Ehrlich // Who Named It? (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118529358 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 3 4 www.accademiadellescienze.it (it.).
  5. 1 2 Эрлих, Пауль (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.