Patet Lao
Patet Lao | |
---|---|
Yaranma tarixi | 1950 |
Ləğvolma tarixi | 2 dekabr 1975 |
Vikianbarda əlaqəli mediafayllar |
Patet Lao (laos ປະເທດລາວ, Pa thēt Lāo, hərf. Lao milləti),[1] rəsmi olaraq Laos Xalq Azadlıq Ordusu — Laosda XX əsrin ortalarında yaradılmış kommunist siyasi hərəkatı və təşkilatı. Qrup 1975-ci ildə, Laosda vətəndaş müharibəsindən sonra siyasi hakimiyyəti ələ keçirməkdə son nəticədə uğur qazanmışdır. "Patet Lao" həmişə Vyetnam kommunistləri və Şimali Vyetnam ilə yaxından əlaqəli idi. Vətəndaş müharibəsi zamanı Vyetnam Xalq Ordusu tərəfindən effektiv şəkildə təşkil edilmiş, təchiz edilmiş və hətta rəhbərlik edilmişdir. Vyetnam müharibəsində antikommunist qüvvələrə qarşı vuruşmuşdular. Nəhayət, bu termin Laos kommunistlərinin ümumi adı olmuşdur.
Hərəkata hərbi yardımın ən mühüm mənbəyi Çin idi. Mao Tszedunun əmri ilə Xalq Azadlıq Ordusu onları 115,000 silah, 920,000 qumbara və 170,000,000 güllə təmin etmin, 700-dən çox hərbi zabitinə təlim keçmişdir.[2]
"Patet Lao"nun "Laos Vətənpərvər Cəbhəsi" (laos Neo Lao Hak Xat) adlı siyasi qanadı[3] 1956-cı ildən başlayaraq çoxsaylı koalisiya hökumətlərində xidmət xidmət etmişdir. 1960–1970-ci illərdə "Patet Lao" Laosda vətəndaş müharibəsi dövründə kral hökuməti ilə vuruşmuşdur. Onlar Laosun şimal və şərqinə nəzarəti ələ keçirmişdi. "Patet Lao" 1975-ci ilin yazında bütün ölkədə hakimiyyətə gəlmişdir. Dekabrda ABŞ-nin dəstəklədiyi Laos krallığı süqut etmiş və Laos Xalq İnqilab Partiyası yeni hökumət qurmuşdur.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Andrea Matles Savada, redaktor"The Pathet Lao". Laos: A Country Study. GPO for the Library of Congress. 1994. June 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2011.
.... The basic stance of this front's propaganda was the united struggle against the French without reference to political parties or ideology. Illustrative of this stance was the use henceforth of the name Pathet Lao (Lao Nation).
- ↑ Brazinsky, Gregg A. (2017) Winning the Third World: Sino-American Rivalry during the Cold War, p. 249, The University of North Carolina Press
- ↑ Лаос. Тарихи очерк // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 154.
- ↑ Pathet Lao. britannica. 18 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2013.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Evans, Grant. A Short History of Laos: The Land in Between. Allen & Unwin. 2002. ISBN 9781864489972. İstifadə tarixi: 17 October 2019.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- https://web.archive.org/web/20120204034101/http://www.onwar.com/aced/data/lima/laos1962.htm
- https://web.archive.org/web/20120204034105/http://www.onwar.com/aced/data/lima/laos1954.htm
- http://www.factmonster.com/ce6/world/A0859186.html
- http://countrystudies.us/laos/
- http://countrystudies.us/laos/14.htm
- http://www.britannica.com/eb/article-9058717/Pathet-Lao